Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlam və gözəl ayaqlar üçün nə etməli?
Sağlam və gözəl ayaqlar üçün nə etməli?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 4468
Səs ver:
Ayaqlarınızı hər gün ilıq və sabunlu suyla yuyun. Ardından sərin suyla durulayıb bir dəsmal köməyi ilə və barmaq aralarını atlamadan yaxşıca qurulayın. Diləsəniz ayaqlarınıza əlavə baxım üçün talk pudrası və ya krem çəkə bilərsiniz. 
Ayaqqabı  almaq üçün ən yaxşı zaman günün gec saatlarıdır. Yəni ayaqlarınızın bir az şiş olduğu zamanlar. Ayaqlarınız ən şiş halıyla rahatlamışsa doğru bir seçki etmiş olarsınız. 
Günəşə çıxdığınız zamanlarda əgər yalınayaq və ya barmaq arası başmaq geydinizsə, ayaqlarınızın üst qisimlərinə mütləq günəş kremi çəkin. 
Topuqlarınızı ponza daşıyla nizamlı bir şəkildə təmizləyin. Ən ideal zaman duşda… Saçınızda baxım kreminizi gözləyərkən zamanı bu şəkildə qiymətləndirə bilərsiniz… Ölü hüceyrələrdən təmizlənin, körpə kimi ayaqlara sahib olun! 
Yatmadan əvvəl yuduğunuz ayaqlarınıza, xüsusilə də topuqlarınıza nəmləndirici çəkin. Amma barmaq aralarına qaçırmamağa səy edin çünki nəmli qalan bu bölgələrdə göbələk meydana gələ bilər. 
Yatmadan əvvəl edə biləcəyiniz bir şey daha, ayaqlarınıza sıx bir krem çəkin və ardından yun corab geyin. Yayda tətbiqi bir az çətin amma həqiqətən işə yarayır! Səhərə pambıq kimi ayaqlara zəmanət verilir! 
Ayaqlar yorğun olduğunda dabanlar ağrıyar, yerə çətin basarsınız. Belə zamanlarda tam rahatlaya bilmək üçün tercihen birindən sizə ayaq masajı etməsini xahiş edin. Ya da özünüz edin!  Ayrıca təzyiqli soyuq su da yorğun ayaqlara çox yaxşı gəlir. 
 İncə, kiçik qum parçaları ayaqlarınızda ‘peeling' təsiri edəcək. 
Son tövsiyəmiz yanınızda daim yara bantı daşımanız. Babet ayaqqabılar, topuqluqlar xüsusilə yazda corab geyməyi seçmədiyimiz üçün və ya istidən ayaqlarımız şişdiyi üçün sıxa bilir. Günün yükünü qaldıran ayaqlarınıza ağrının, kilid bölgələrə yara bantlar yerləşdirərək tədbir alın. 
Ayaq baxımında edə biləcəyiniz təbii reseptlər 
Ayaq duşu 
1 limonun suyu 
¼ çay qaşığı darçın tozu 
2 yemək qaşığı zeytunyağı 
¼ su stəkanı süd 
Su 
Ayaqlarınızın rahatca girəcəyi bir ləyəni isti suyla doldurun və içinə limon suyunu,darçını, zeytun yağını və südü tökün. Yaxşıca qarışdırın. 
Ayaqlarınızı ləyənin içinə salın və 10-15 dəqiqə gözləyin. 
Ayaqlarınızı sabunla yuyub dəsmal köməyi ilə qurulayın. Ardından krem çəkin. 

Ayaq kremi 

1 yemək qaşığı badam yağı 
1 çay qaşığı zeytunyağı 
1 çay qaşığı buğda toxumu yağı 
12 damla evkalipt esansyel yağı 
Tünd rəngli şüşə qab (kremi işıqdan qorumaq, pozulmasını maneə törətmək üçün) 
Tünd rəng şüşə qabın içinə badam, zeytun, buğda toxumu və evkalipt yağlarını qoyun. 
Möhkəm bağladığınız şüşəni çox yaxşı çalxalayın, yağların yaxşıca qarışmasını təmin edin. 
Hazırladığınız kremi ayaqlarınızı yuyub quruladıqdan sonra çəkin. 
Yaz mövsümündə ayaq baxımı necə olmalı? 
Yaz aylarında ortopedik və ya dəri bir ayaqqabı istifadə etməniz lazımdır. Xüsusi ilə uzun müddət eyni ayaqqabını geyməməyə diqqət göstərməlisiniz! Göbələk infeksiyası yayda çox sıx görüldüyündən, ayaqlarınızı yuduqdan sonra mütləq qurulamanız lazım olduğunu da unutmayın. 

/Mənbə: Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 4468
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz