Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saçların tez uzadılması
Saçların tez uzadılması
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 21341
Səs ver:
Uzun, möhkəm və ipək saçlar haqqında hər bir xanım xəyal edir. Bu heçdə təəcüblü deyil, saç xanım gözəlliyinin ən öndə gedən atributudur.
Saç dəbi hər il dəyişilir, lakin uzun saçlar həmişə dəbdə qalır. Amma heçdə hər bir xanım öz güclü, uzun saçları ilə lovğalana bilmir.
Saçların süni uzadılması heç bir zaman insanın öz saçı kimi gözəl görsənə bilməz. Bu səbəbdəndir ki, xanımlar öz saçalrının tez bir zamanda uzanmasını istəyir.
Saçların uzanması. Uzanma nədən asılıdır?
Saçların uzanma xüsusiyyəti qenetik irsdən, həyat tərzindən, saç və dəri növündən, sağlamlıqdan və sair bu kimi ünsürlərdən asılıdır. Əgər siz daimi əsəbisiz, düzgün qidalanmırsınız isə, heç bir bahalı kosmetoloji vasitə sizə kömək olmayacaq.
Məlumdur ki, saçlar follikuldan uzanırlar – saç torbalarından, bu torbaların kimyəvi tarazlığından saçların parlaqlığı, onların sağlamlığı asılıdır.
Hər bir saç uzananda üç mərhələ keçir. Beləki ilk 2-5 il sürətli uzanma, ardınca 3 aya yaxın durğunluq və saç tökülərək yeni saçın bitməsinə şərait yaradır. Bu proses hər bir insanda fərqli gedə bilər. İnsan yaşdaşdıqca onun saçları zəifləyir və uzanması ləngiyir.
Saçların uzanması üçün qidalanma və vitaminlər.
Saçların tez bir zamanda uzanmasının şərti – onlara yaxşı baxılmalı, sağlamlığa fikir verilməli, qidalanma və follikulların stimulyasiyası yüksək səviyyədə olmalıdır. Hamısından öncə qidalanmadan başlamaq məsləhətdir. Əgər saçlar daxildən lazım olan hər bir şeyi əldə edə biləcəklərsə, onlar tez bir zamanda uzun, möhkəm və sağlam olacaqlar. Ən vacib vitaminlərə A, C, E, H, və B vitamin qrupları aiddir.
A Vitamini – balıq ciyəri, yumurta sarısı, kök, kərə yağı. Bütün qırmızı, sarı və yaşıl meyvə-tərəvəzdə bu vitamin bolluq təşkil edir. Sadaladıqlarımızı yaxşı olar ki, yağ ilə yeyəsiniz, çünki A vitamini yağda tez həzm olunur.
C Vitamini – qan dövranını yaxşılaşdırır, qan follikullara daxil olur, saç torbaları qidalanır. C vitaminini ən çox sitrus meyvələrindən, qara qarağatdan və bolqar bibərindən əldə etmək olar.
B qrup vitaminləri – saçların uzanmasına və gözəlləşməsinə kömək edən maddələr ilə zəngindir. Qara çörək, qoz, tum, yumurta, içalat, kök, noxud, lobya yeyin.
E vitamini – qoz, tum, bitki yağı.
H vitamini (bibion) – düyü, qoz, paxlalılar.
Bu vitaminləri dərman vasitəsi ilə də əldə emək olar. Lakin təbii yolla alınacaq vitaminləri heçnə əvəz edə bilməz. Həmçinin artıq vitamin, əksinə olaraq, saçların tökülməsinə yol aça bilər.
Vitaminlərdən səvai, saçlara sink, dəmir, kremniy, kükürt, molibden, mis kimi maddələrdə tələb olunur. Ona görə bunlarında bol olduğu məhsullardan da isitifadə edin.
Sağlam saç.
Saçların ev şəraitində uzadılması: vasitələr və maskalar
Ev şəraitində saç uzadılması üçün bir çox vasitələr vardır.
Yağ kokteyli – kokos yağı, zeytun yağı, gənəgərçək yağı. Bunları hər bir insan əldə edə bilər. Yağları qarışdırıb, biraz isidib saçların dibinə, yumazdan əvvəl sürtmək lazımdır. Saçların uzanması mütləq yaxşılaşacaq.
Pomidorun əti də həmçinin saçların uzanmasına yardımcıl ola bilir. Onu saçlarınızı yumazdan əvvəl saç dibinə yedirmək lazımdır. Cəfəri tumunun tozunu saçınızın dibinə həftədə 2-3 dəfə sürtsəz, xeyirli olar.
Xardal – xardaldan olan maskalar artıq neçə nəsildir ki, hamı tərəfindən istifadə olunur. Xardaldan saç üçün maskalar onlarcadır, istifadə edən xanımlar saçlarının 3 sm 1 ay ərzində uzandığını da qeyd edirlər.
Xardalın istifadəsində diqqətli olmaq lazımdır ki, saç dibi qurumasın, saçqıran və kəpək yaranmasın. Xardalı saça kefir, xama, bitki və efir yağları ilə qarışım halında sürtmək lazımdır.
Xardal maskası biraz sızıltı hissi yaratmalıdır, bu zaman onun təsiri daha mükəmməl olacaq. Əgər sızıltı yox, yandırcı hiss varsa, maskanı dərhal yumaq lazımdır.
Maska: 1 stəkan kefir, 2 yumurta sarısı, 1 stəkan quru xardal yarpağı. Bunları yaxşıca qarışdırıb, toz halına salmaq lazımdır. Qarışımı saç dibinə bir neçə dəqiqəlik sürtüb, saçı bağlamaq lazımdır. Sonra qidalandırıcı şampunla saçınızı yuyun. Bu maskanı ən azı bir ay, həftədə bir dəfə eləmək məsləhət görülür.


Şərhlər:
Baxılıb: 21341
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz