Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəri Baxımında Doğru Bilinən Yanlışlar
Dəri Baxımında Doğru Bilinən Yanlışlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1473
Səs ver:

Günümüzün qadını üçün dəri baxımı imtina edilməzlər arasında iştirak edir. Ancaq iş, elə yoldaş tövsiyəsiylə, ətrafdan eşitdiklərinizlə olmur. Yaxşısı siz yazımızı oxuyub, məlumatların doğrularını öyrənin. Bədəndəki ən böyük orqan dəri və xüsusilə də qadınlar dəri baxımıyla son dərəcə maraqlanırlar.

Ancaq bu mövzuda nələrin edilməsi və nələrin edilməməsi lazım olduğuna dair o qədər çox söz-söhbət var ki, vəziyyəti açıqlığa qovuşdurmaq istədik. Qadınların çoxu, necə bir dəri baxımı tətbiq edəcəyi mövzusunda olduqca məntiqli fikirlər qarşıya qoysa da, iş tətbiqə gələndə, edilənlər deyilənlərdən fərqli ola bilər. Əksər qadınlar bəlkə də aşağıdakı fikirlərlə razıdırlar ancaq…… 

“Üzümü suyla yuyuram. Buna görə də tonikə ehtiyacım olmur.”

Üzünüzü suyla yumağınızda heç bir problem yoxdur. Hətta dərinizi bir südlə təmizlədikdən sonar da üzünüzü su ilə yumanızda da qorxu yox. Məsələ, dərinizin təxminən 5,5 səviyyəsində pH səviyyəsinə sahib olması. Halbuki bu nisbət suda, oturduğunuz bölgəyə və istifadə etdiyiniz suyun sərtliyinə görə, 9,5 ə qədər çıxa bilir. Tonik isə, dərinizin turşu səviyyəsini normala çevirib, tarazlığı təmin etdiyi üçün, su istifadə edərək bu tarazlığı təkrar pozmuş olursunuz. Bazarda satılan tonikləri daha diqqətli araşdırıb özünüzə uyğun birini seçə bilərsiniz.

“Gecə kremim, gündüz kremimdən daha çox olmalı.”

Bu şəxsi seçimdən asılıdır. Bəzi qadınlar gecə istifadə etdikləri məhsulun, gündəlik olaraq istifadə etdiklərindən daha çox olmasını istəyirlər amma əslində kremə elə də ehtiyac yoxdur. Bəlkə gündüz istifadə etdiyiniz kremdən daha fərqli xüsusiyyətə sahib bir məhsulu seçim edə bilərsiniz, məsələn yaşlanmağı gecikdirici məhsullar kimi. Amma bunları da yüngül məhsullardan seçə bilərsiniz

“Gündüz və gecə məhsullarım fərqli olmalı.”

Bu səhv bir fikirdir. Əgər dəri probleminiz yoxdursasizdən tələb olunan şey bunu qorumaq üçün dərinizə qulluq etmənizdir. İstifadə etdiyiniz məhsulları da gündə iki dəfə istifadə edə bilərsiniz. Bəziləri  nəmləndirici istifadə etməklə və gündüz də günəşdən qoruyan bir məhsulu  bunun üstündən çəkməkdir. Amma məqsəd az məhsulda çox iş bacarmaq, işinizi asanlaşdırmaqdırsa, ikinci variant sizə çox köməkçi olmayacaq.

“Əgər gecə dərimə bir şey sürtməsəm, dərim nəfəs ala bilər.”

Bəzi dəriyə qulluq üzrə mütəxəssislərin fikrinə görə, gecə dərinizi təmizlədikdən sonra, başqa bir məhsul sürtməsəniz, dəriniz öz tarazlığını tapar. Bu zaman özünüzü necə hiss etdiyiniz əhəmiyyətlidir. Dərinizi təmizlədikdən sonra, üzünüzə bir şey sürtməyiniz lazım olduğunu hiss edirsinizsə, sürtün. Əks halda sürtməsəniz də olar. Ancaq bunu d unutmamaq lazımdır ki, gecələr dərinizi yeniləmək üçün uyğun bir zamandır. Bu zamandan faydalanmaq yaxşı ola bilər.

“Təmizləyicim, göz makiyajı təmizləməkdə də istifadə edilir. Buna görə də ayrı bir məhsul istifadə etmirəm.”

Əgər çox az makiyaj edir, ya da istifadə etdiyiniz təmizləyicinin makiyajınızı yaxşıca və tamamilə təmizləndiyini düşünürsünüzsə, onda problem yoxdur. Bəzi məhsulların tərkibi, başqa bir göz makiyajı təmizləyicisinin istifadəsinə gərək buraxmayacaq şəkildə hazırlanmışdır. Amma gözlərinizi tam mənasıyla təmizləmək üçün onları yaxşıca silmək lazımdırsa, o zaman ikinci bir məhsula ehtiyacınız var. Dəri elastik olduğu üçün, onu dartsanız, erkən qırışıların yaranmasına səbəb olmuş olarsınız.

“Su, dərimi qurudur.”

Dərinizin növü nə olursa olsun, su əslində dəri üçün yaxşıdır. Suyun dərinizdə təbii olaraq qurumasında qaçının. Belə olarsa, su buxarlanar və dərinizdə olan təbii suyu da özü ilə yuyub aparar. Bu da dərinizin gərilməsinə səbəb olar. Üüzünüzü yuyub, qurulayıb, uyğun toniki istifadə etsəniz, problem olmaz.

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 1473
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz