Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boyun və sinə nahiyələri üçün maskalar
Boyun və sinə nahiyələri üçün maskalar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2678
Səs ver:

1 yumurta sarısını 1 çay qaşığı bal, ½  portağal şirəsi ilə qarışdıraraq boynunuza sürtüb quruyana qədər saxlayın. Sonra ilıq su ilə yuyun və krem sürtün (bütün maskalardan sonra boynunuza qidalandırıcı krem sürtün).
2 xörək qaşığı yağlı kəsmiyi ½  limonun şirəsi və 1 çay qaşığı zeytun yağı ilə qarışdırın. Bu tərkibi nazik pambıq parça üzərinə sürtərək boynunuza dolayın və 10-15 dəqiqə saxlayın.
 Boyun dəriniz xeyli bürüşmüşsə həftə ərzində 1-2 dəfə olmaqla, kartof püresi, yumurta sarısı, 1 çay qaşığı bal və 1 çay qaşığı bitki yağından hazırlanmış maskanı kompres şəklində boynunuza qoyun və 20 dəqiqə saxlayın.
Suda bişirilmiş kartofun qabığını soyub əzərək,1 çay qaşığı zeytun yağı və qliserinlə (apteklərdə satılır) qarışdıraraq tənzif üzərinə çəkin, boynunuza dolayın və qalın parça ilə örtüb 15-20 dəqiqə saxlayın.
Xırda-xırda doğranmış xiyarı parça üzərinə düzün və boynunuza dolayın. 20 dəqiqə uzandıqdan sonra onun qalıqlarını yuyun.
2 qaşıq mətbəx duzunu 1,5 stəkan qaynadılmış ilıq suda həll edin. Tənzif parçasını bu məhlulla isladaraq sıxdıqdan sonra boynunuza qoyun. 10 dəqiqədən sonra onu xaric edin. Bu proseduranı 1 həftə ərzində hər gün etsəniz, boynunuzda olan kiçik qırışlar praktiki olaraq görünməz olar.
Boyun dərisində yeni qırışların əmələ gəlməsinin qarşısını alan və mövcud olan qırışları isə hamarlaşdıran vasitələrdən biri də yumurta ağından istifadə edilməsidir. Boyun və sinə dərisini kosmetik vasitələr ilə təmizlədikdən sonra, yumurta ağını çalmadan enli fırça ilə dərinizə sürtün və 10 dəqiqə gözləyin.
4 xörək qaşığı xırda-xırda doğranmış cəfərinin üzərinə 4 xörək qaşığı isti süd əlavə edib soyudun. Salfeti alınmış qarışıqda isladaraq 15 dəqiqə ərzində boyun sahəsində saxlayın. Sonra maskanı çıxarıb (boyunun yuyulması tələb olunmur) dərinin öz-özünə qurumasına imkan verin.
Solğun dəri üçün çobanyastığının süddə hazırlanan dəmləməsindən də istifadə etmək olar: bir ovuc çobanyastığı çiçəyinin üzərinə 1 stəkan süd əlavə edərək, qaynara düşənə qədər qızdırın və soyudun. Qalın parçanı ilıq şəkildə olan dəmləmədə isladaraq boynunuza dolayın. Üzərini əvvəlcə polietilen, sonra isə xovlu dəsmalla örtün. 15 dəqiqə keçdikdən sonra kompresi çıxarın, boyunu dəsmal ilə qurudun (su ilə yumaq lazım deyil) və istənilən krem sürtün.
Bürüşmüş dəri üçün kontrast kompreslər yaxşı effekt verir. Həftədə 2 dəfə olmaqla, bir-birinin ardınca gah isti, gah da soyuq kompres edin. 2 dəsmal isladın: biri isti şəkildə olan ot dəmləməsində (rozmarin, adaçayı, cökə ağacı çiçəyi, yarpız), digəri isə soyuq suda (limon şirəsi əlavə etməklə də olar). İsti ot dəmləməsində isladılan dəsmalı boynunuzda 2-3 dəqiqə, soyuq suda isladılan dəsmalı isə 1-2 dəqiqə saxlayın. Bu qaydada olmaqla kompresləri bir neçə dəfə dəyişdirin. Həm 1-ci dəfə, həm də sonuncu dəfə qoyulan kompres soyuq olmalıdır. Qalxanvari vəzinin xəstəliklərində belə kompresləri etmək olmaz.
Buxaq ilə mübarizədə vaxtaşırı olaraq, evdə olarkən, bu sahəyə 30-60 dəqiqə müddətinə eni 2 sm olan və orta hissəsi limon şirəsi əlavə edilmiş suda isladılan kətan parçadan sarğı qoymaq olar. Sarğını çıxardıqdan sonra boyunun dərisinə qidalandırıcı krem sürtmək lazımdır. Bu sarğını 1 ay müddətində, günaşırı olaraq, gecə vaxtı qoymaq da məsləhət görülür.



Şərhlər:
Baxılıb: 2678
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz