Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bahar və qadın ətri
Bahar və qadın ətri
Göndərən: Fialka
Şərhlər: 5
Baxılıb: 386
Səs ver:
Ətir yalnız obrazı tamamlayan sonuncu element deyil, həm də qadının daxili dünyasının, arzularının, xarakterinin bir hissəsidir. O qadının işıqlı tərəflərini önə çıxara, gizli, məşum tərəfini nümayiş etdirə bilər. Ona görə də  ideal ətir seçmək çox vacibdir. Ətir dəbi olmur, axı ətir seçimi fərdidir, o, insana müsbət emosiyalar ötürməli və  qətiyyən heç kimi qıcıqlandırmamalıdır.
 
Amma ətirləri mövsümlərdən asılı olaraq bir neçə qruplara ayırmaq olar. 
Bu il bir çox tanınmış şirkətlər həm qadınların, həm kişilərin istifadə edə biləcəyi uniseks, yaxud da kifayət qədər ağır qoxulu qadın ətirləri istehsal edib. Lakin ehtiraslı və ya şirin ətirli qadın parfümləri hər zaman olduğu kimi aktual olaraq qalır. Yüngül çiçək ətirli parfümlər da bu bahar aktual olacaq, ancaq yadda saxlayın ki, onlar gənc qızlar üçün daha uyğundur.
 
"Aqua Allegoria Pera Granita”, "Guerlain”
"Pera Granita” üslubuna görə "Aqua Allegoria” seriyasından olan 1999-ci ildə buraxılmış "Pamplelune” ətrini xatırladır. Ətrin kompozisiyasına  qreypfrut, tropik meyvə kokteylləri daxildir.
 
"Pleasures Florals”, "Esteè Lauder”
Şirin qoxusu ilə hər tərəfə qığılcım saçan ətir naringi, şirin meyvələr, su zanbağı, jasmin, ənbər və yaşıl bitkilərin notlarından ibarətdir. Bu ətir qaynar bahar günlərində əhvalınıza sakitləşdirici təsir göstərmək gücünə malikdir.
 
"Le Parfum Rose Couture”, "Elie Saab”
Ətriyyatçılar yeni mövsümdə qızılgül notlarına daha çox müraciət ediblər. "Elie Saab” brendinin yeni çiçəkli ətri "Le Parfum Rose Couture”-nun əsasını vanil, pion, jasmin və möhtəşəm qızılgül notları təşkil edir.
 
"Escada Agua del Sol”, "Escada”
Bu tualet suyu klassik qoxusuna bənzəməsə də, əvvəlki təravətini saxlaya bilib. Meyvə notlarından təşkil olunan ətirlə bahardan daha çox həzz alacaqsınız.
 
"Valentino Donna”, "Valentino”
"Valentino Donna” ətrinin də baş qəhrəmanı qızılgüldür. Bu ətirdə qızılgül ekstraktı əvəzinə gül suyu molekulundan istifadə olunub və nəticədə çox zərif qızılgül qoxusu alınıb.
 
"Dolce Rosa Excelsa”, "D&G”
Bu bahar "D&G” brendi "Dolce” ətirlər kolleksiyasını yeniləyib və "Dolce Rosa Excelsa” parfümünü təqdim edib. Ətri qızılgül ilə Afrika itburnusunun qeyri-adi vəhdəti təşkil edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Afrika  itburnusu ətriyyat sahəsində ilk dəfədir ki, istifadə olunub.  
 
"Narciso For Her L`Absolu”
"Narciso” brendinin "Narciso For Her L`Absolu” parfümü çiçəkli ağac-müşklü ətirlər qrupuna daxildir. Məstedici ətrin notlarına zəngin tuberoz  və jasmin daxildir. Bazasındakı ənbər, səndəl ağacı, paçuli notları isə ətrin qoxusuna dərinlik, cəlbedicilik qatır.
 
"Miss Dior”,  "Christian Dior”
"Dior”-un son yenilənmiş versiyası - "Miss Dior Blooming Bouquet” ətrinin tərkibinə pion və qızılgül ilə yanaşı ərik və şaftalı notları da əlavə olunub.
 
"Si", "Giorgio Armani”
Bu ətir nəinki zərif cinsin nümayəndələrinin qəlbini fəth edəcək, eyni zamanda, qadınlara kişiləri ovsunlamağa kömək edəcək. Çox ehtiraslı və təhrikedici qoxusu olsa da qarağat və may qızılgülü sayəsində bu ətri kifayət qədər romantik hesab etmək olar.
 
"Boss Ma Vie Pour Femme Intense”, "Boss”
Öz cazibənizi vurğulamaq istəyirsinizsə, bu sprey ideal seçimdir. "Boss Ma Vie Pour Femme Intense” ideal kompozisiyası ilə seçilir. O, üç hissədən - "müasirlik", "zəriflik" və "əminlik"-dən ibarətdir. Birinci hissədə yuxarı notlar: yaşıl bitkilər, kaktus qərarlaşıb, qönçə, qızılgül və yasəmən ikinci hissədə - orta notlarda öz əksini tapıb. Alt notu isə şam ağacı təşkil edir.


Şərhlər: 5
Baxılıb: 386
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bezilerinden isdifade edirem
2 iyun 2016 13:48
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Senmeleysen
Etirleri sevirem ama ya metroda ya da avtibusda olarken bizim orta yasli qadinlardan cox pis iy gelir bezen genc xanimlarda da olur cooox pis haldi biabrciliqdi mence yaxwi etir almaqa pul yoxdu hec olmasa her gun temizlenin .menim pulim cox olsa etir kolleksiyasi yigaram
31 may 2016 12:10
# 4
BARBI
En sevdiyim christian diorun miss dior parfumudur. Etri insani valeh edir
31 may 2016 08:51
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ekizlerin mamasi
cox muxtelif etirlerden istifade edirem.hemde deyidik iyleri sevirem.
31 may 2016 08:05
# 2
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
qanadli melek
Etirleri cox sevirem qizilgul,cicek etirlerine cox ustunluk vermirem ama Giorgio Armani en sevdiyim etirlerdendi
31 may 2016 07:59
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz