Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətir haqda bilmədiklərimiz
Ətir haqda bilmədiklərimiz
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 411
Səs ver:
Məşhur yazıçı  Lourens Darrelin romanında satıcı sevgilisinə ətir seçməkdə çətinlik çəkən gəncə: "Mənə qadının adını de, ətrini verim”- deyir.
İlk baxışda asan görünsə də, əslində bizə doğru olan ətiri seçməkdə çox zaman çətinlik çəkirik. Amma bu incə sənətin də öz sirləri var. İndi verəcəyimiz məlumatlar ətir seçimində sizə ən doğru yolu göstərəcək! Qadınlar ətir qoxusunun gün ərzində qalıcı olmasını arzulayırlar. Bəs onun bədəndə uzun müddət qalmasını necə təmin etmək olar? Ətirin ən qalıcı olduğu nöqtələr hansılardır?

Ekspertlərə görə, ətirin ən ideal istifadə zamanı duş sonrasıdır. Sürətli qan dövranı səbəbindən bədən istiliyi, qoxunun dəriyə daha uzunmüddətli şəkildə hopmasını təmin edir. Biləyə sürtülən ətir isə ovuşdurma nəticəsində molekullarının zərər görməsi səbəbindən qoxu funksiyasını itirir. Estee Lauderin ətir vurmaqla əlaqədar əfsanəvi bir üsulu var. O, ətiri əvvəl havaya sıxıb, sonra yaranan qoxu buludunun altında dayanmağı məsləhət görür.

Ətirin bədəndə uzunmüddətli qaldığı nöqtələr
Ətir qoxusunun bədəndə uzunmüddətli qaldığı ən ideal nöqtələr gicgahlar, sinə və biləklərdir. Bədənin bu hissələri qan damarlarının dəriyə ən yaxın olduğu yerlərdir və burada istilik daha yüksək olur. Bu da qoxunun həmin nahiyələrdə mükəmməl şəkildə bədənə hopmasını təmin edir. Ətirin qalıcılığı dəri tipi ilə bilavasitə əlaqəlidir. Quru dərilər qoxunun aromatik tərkibini yağlı dərilər qədər yaxşı mühafizə edə bilmir. Beləliklə, əgər ətirin bədəndə uzunmüddətli qalmasını istəyirsinizsə, aşağıdakı qaydalara riayət edin:
-Topuğa və dizin arxa hissəsinə vazelin, ya da qoxusuz krem çəkin. Vazelin çəkdiyiniz hissəyə ətir vurun.
-Bir biləyinizə ətir vurub, digər biləyinizlə 5-6 saniyə onu sıxın. Ovuşdurmayın, çünki bu zaman ətirin qoxusu dağılır.
-Ətiri qulaq arxalarına və boynunuza da sıxmağı utunmayın.
-Sinə və dekolte hissələrində də ətir uzun müddət qalır. Ürək hissəsi daim döyündüyü üçün qoxunuz gün ərzində ətrafa yayılır.
-Ətiri saç fırçasının  üzərinə sıxıb, saçlarınızın uc hissələrini darayın. Bu, ətirin saçlarınızda gün boyu qalmasını təmin edəcək.  

Hansı qoxu nə vaxt istifadə edilməlidir?
Ağır, oriental qoxular xüsusi gecələrdə xoş təsir bağışlasalar da, iş görüşmələri üçün çox tünd ola bilərlər. Başqa sözlə, gün nə qədər erkən başlayırsa, ətir də o qədər yüngül olmalıdır. Gecənin irəliləyən saatlarında isə daha ağır qoxulardan istifadə oluna bilər.

Ətir harada saxlanılmalıdır?
Xanımların əksəriyyətinin ətiri saxlamaq üçün sevdiyi yerlərdən biri vanna otağıdı. Ancaq bu işıqlıq, isti və nəmli mühit, ətirin ömrünü qısaldır. Ən yaxşısı qapağı bağlı olaraq nəmsiz, sərin və qaranlıq bir yerdə, məsələn şkafda ya da siyirtmədə saxlamaqdır. Hətta soyuducular da ətirlər üçün ideal yer olaraq tövsiyə edilir.


Şərhlər: 4
Baxılıb: 411
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lilit
Etirleri sevirem melumata gore tewekur
30 may 2016 15:30
# 4
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
vipbetul
bu haqda bilirdim
29 may 2016 21:51
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
etir haqda melmatim var nce istifade qaydasin bilirem
29 may 2016 11:28
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Etir qadinin ikinci geyimidir. Cox vacibdir. Hara nece etir vurulmali oldugunu yaxsi bilirem
29 may 2016 08:51
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz