Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özünüzə uyğun ətir necə seçilməlidir?
Özünüzə uyğun ətir necə seçilməlidir?
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 791
Səs ver:
Ətir hər nə qədər kişilər üçün də əhəmiyyətli bir kosmetik məhsul olsa da, qadınların həyatında daha çox yer tutur. Çünki kişilər bəzən ətirdən istifadə etməyi unutsalar belə, bunu özlərinə problem etmirlər. Lakin, biz qadınlar unutsaq, bunu böyük bir problemə çevirəcəyik. Təbii ki, bu vəziyyət ozünüzə uyğun ən doğru ətirin seçilməsi məsələsini də gündəmə gətirir. Bəzən ətiri istifadə etdikdən bir qədər sonra qoxunun dəyişdiyini hiss edirik. Bunun başlıca səbəbi ətirin pis qoxulu olmasında deyil, özümüzə uyğun olmamasından qaynaqlanır. 
" Özümə uyğun ətiri necə seçə bilərəm?" sualına cavab tapmaq üçün xəbəri diqqətlə oxuyun. 

Özünüzə uyğun ətiri seçmək üçün əsas şərt sizə uyğun olmayan ətirlərin bədəninizdən qısa müddət sonra çəkiləcəyini bilməkdir. Çünki bədən özünə uyğun olmayan qoxunu ən qısa müddətdə üzərindən atır. Üzərinizdə daha çox qalan ətirlərin sizin üçün düzgün seçim olması deməkdir. Belə ki, ətiri istifadə etdikdən dərhal sonra deyil, yarım saat sonra iyləsəniz, qoxunun sizə uyğun olub - olmamasını biləcəksiniz.

Ətirləri yoxlamazdan əvvəl bol ədviyyatlı və ya ət yeməkləri kimi bədən qoxusunu dəyişdirən qidalardan istifadə etmək məsləhət görülmür. Bu səbəbdən yüngül bir nahardan sonra sınanacaq ətirlər çox daha doğru nəticələr verəcəkdir. 

Məncə, dəniz qoxusu kimi aromatlar saçan ətirlər sizin üçün də doğru seçim olacaq. 
Qadınların özlərinə uyğun ətir seçmələrində bir digər meyar isə ətiri harada istifadə etdiklərindən asılıdır. 
İş görüşməsi kimi ciddi və əhəmiyyətli yığıncaqlarda istifadə edilən qoxular daha sadə və ətrafa çox yayılmayan qoxular olmalıdırsa, romantik görüşlərdə istifadə edilən ətirlər, əksinə, bir az da artıq ətir yaymalıdır.


Şərhlər:
Baxılıb: 791
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz