Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətirlərin istifadə və saxlama qaydaları
Ətirlərin istifadə və saxlama qaydaları
Göndərən: emis
Şərhlər: 16
Baxılıb: 1125
Səs ver:
Bədən
Ətirin qalıcılığı dərinin tipi ilə yaxından əlaqəlidir. Ətirlər yağlı dərilərdə daha qalıcı olurlar. Quru dərilər isə qoxunun aromatik tərkibini yağlı dərilər qədər yaxşı mühafizə edə bilmir. Ətirlərin qalıcılıq dərəcəsi quru dəridə az olduğu üçün quru dəriyə sahib olanlar ətirdən tez-tez istifadə etməlidirlər.

Ətirlər qoxularını yaymaq üçün istilik, hərəkət kimi faktorlara ehtiyac duyarlar. Bu səbəbdən ətir bədənin bəzi hissələrində daha qalıcı olur.

Yemək vərdişi, dəri rəngi, yaş dövrü, olduğunuz coğrafiyanın isti, ya da soyuq olması, alkoqol, siqaret vərdişiniz, tərəvəz və ət yeməyiniz ətirin seçimində önəmlidir. Məsələn, ət yeyən biri ilə tərəvəz yeyənlərin tərləmə vəziləri və hormonal tarazlığı fərqli olduğuna görə, qoxu da müxtəlif olur.

İsti və nəmli nöqtələr: qoltuq altları, sinə araları, boynun arxası, qulaq arxaları və göbək.

Nəbzin nöqtələr: bilək içləri, gicgah və boyun.

Hərəkətli nöqtələr: dirsəklər və diz içləri.

Saçlar: Saçınıza ətir sıxmaq istəyirsinizsə, əvvəlcə təmiz olmasına diqqət yetirin. Qoxuların bir-birinə qarışmaması üçün qoxusuz şampun seçin. Saçlarınız qısadırsa, diblərinə sürtün. Uzundursa, sadəcə uclarına sıxmaq yetərlidir. Ətri saçınızı daramazdan əvvəl vurun.

Geyimlər
Ətirlər pambıq, yun kimi təbii liflə toxunmuş parçalarda çox qalıcı olur və daha rahat yayılırlar. Sintetik liflərdə isə qalıcılığı azdır. Ətirin ən qalıcı olduğu metriallar isə kürklər və kətan kimi parçalardır.

Ətirləri geyimin hansı hissəsinə sıxmalı?
Ətrinizi pencək və kurtka astarlarına, ətək və paltarların ətək hissələrinə vurun.

Geyimlərə fərqli ətirlər sıxmayın. Çünki müxtəlif ətir istifadə etdikdə molekulları yaxşı qarışmır. Nəticədə pis təsir oyandırır.

İpək kimi incə parçalara ətir sıxmaq tövsiyə olunmur. Səbəbi isə çox sadədədir. Çünki ləkə düşür, çox zaman da çıxmır.

Əgər ətirinizi tez-tez dəyişdirirsinizsə, yalnız bədəninizə sıxmaqla kifayətlənin. Qoxu onsuz da geyimlərinizə də keçəcək.

Ləl-cəvahirat, xüsusilə mirvarilərə ətir vurmaq düzgün deyil. Çünki ətirlərdəki spirt ləl-cəvahiratların parlaqlığını yox edir və mirvariləri isə saralda bilər.

Ətri necə saxlamalı?
Ətrin öz xüsusiyyətini uzun müddət saxlaması üçün saxlama qaydalarına əməl etmək lazımdır. Çoxumuz ətirləri makiyaj masası və ya vanna otağına qoymağı sevirik. Ancaq isti və nəmli mühit, həmçinin günəş şüaları ətirin ömürünü qısaldır. Ən yaxşısı qapağı bağlı olaraq nəmsiz, sərin və qaranlıq bir yerdə, məsələn şkafda ya da siyirtmədə saxlamaqdır. Hətta soyuducular da ətirlər üçün ideal yer olaraq tövsiyə edilir.

Geyim şkafına parfum sıxmağı unutmayın. Alt paltarlarınızın olduğu şkaf və ya siyirtməyə isə ətirinizlə nəmləndirdiyiniz yun parça qoyun. Bu zaman şkafı açdıqda xoş qoxu gəlir.


Şərhlər: 16
Baxılıb: 1125
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
Etirlerin nece istifade edilmesini bilirem nebzin atdigi yerlere vurmaq lazimdir etir qoxusu daha cox qalsin deye mende ele edirem yaxsi qalir qoxusu birde temiz bedene vurmaq lazimdir etri saxlama qaydalarini cox bilmirdim o haqda da melumatim vari biraz
31 avqust 2015 23:30
# 16
Aylin
tesekkur
31 avqust 2015 10:49
# 15
En cox guvendiyin insanlar inciderler
VIP
Ətir sevənəm.Yaxşı məlumat oldu mənim ücün.Bəzilərin bilirdim.Coxun bilmirdim.
30 avqust 2015 22:32
# 14
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Menim balam
etır istifade edırem ama namaz qılanda deyıler paltarda etır qoxusu gelmelı deyıl
30 avqust 2015 17:30
# 13
ALESSANDRA
etirleri coox sevrem
bizde bacim cox vurur mende ozumkuleri gizlediremki vurammasin etir
30 avqust 2015 17:20
# 12
Don't trust anyone ∆
Lola_Maya_
saxlanmasinda istifadesinide bilirem twk/
30 avqust 2015 16:48
# 11
Mrs.Pianist
İstifade qaydasını bilirem.Tesekkurler
30 avqust 2015 16:28
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
bunlari bilirdim
30 avqust 2015 15:32
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Etirlerin istifade qaydasin bilirem tesekkur.
30 avqust 2015 15:28
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Aydan Habili
Mirvariya ətrin vurulmasını bilmirdim
30 avqust 2015 14:59
# 7
İnci
Men 1 paltara 4 5cur etir vururam onda qaliciıigi hem cox olur hem de iykerin qarisimindan yeni iyi emele gelir
30 avqust 2015 13:16
# 6
Her gulusun arxasında bır keder vardır
aliceWOnDer
Etiri cox sevirem, istifade qaydasin bilirem..
30 avqust 2015 11:18
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Seher
Etirleri nece isdifade etmeyi bilirem cox sag olun xebere göre
30 avqust 2015 10:29
# 4
1
Little girl
Ətirləri saça və palatara sıxmağı sevmirəm.Saçı qurudur,paltar isə nəm olur.Amma,digər istifadə qaydalaını bilirəm.
30 avqust 2015 10:20
# 3
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
BARBI
Etirlerden duzgun istifade qaydalarini bilirem. Etirleride her zaman serin yerde saxlayiram
30 avqust 2015 08:14
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
efsane..
istifade ederem
30 avqust 2015 07:57
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz