Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətirlər bu dəri tipində daha çox qalıcı olur
Ətirlər bu dəri tipində daha çox qalıcı olur
Göndərən: emis
Şərhlər: 10
Baxılıb: 1251
Səs ver:
Ətirlərin bədənimizin hansı bölgələrinə necə vurulması lazım olduğuyla əlaqəli məlumatları təqdim edirik:

Bədən

Ətirin qalıcılığı dərinin tipi ilə yaxından əlaqəlidir. Ətirlər yağlı dərilərdə daha qalıcı olurlar. Quru  dərilər  isə qoxunun aromatik tərkibini yağlı dərilər qədər yaxşı mühafizə edə bilmir.   Ətirlərin qalıcılıq dərəcəsi quru dəridə az olduğu üçün quru dəriyə sahib olanlar ətirdən tez-tez istifadə etməlidirlər.

Ətirlər qoxularını yaymaq üçün istilik, hərəkət kimi faktorlara ehtiyac duyarlar. Bu səbəbdən ətir bədənin bəzi hissələrində daha qalıcı olur.

Yemək vərdişi, dəri rəngi, yaş dövrü, olduğunuz coğrafiyanın isti, ya da soyuq olması, alkoqol, siqaret vərdişiniz, tərəvəz və ət yeməyiniz ətirin seçimində önəmlidir. Məsələn, ət yeyən biri ilə tərəvəz yeyənlərin tərləmə vəziləri və hormonal tarazlığı fərqli olduğuna görə, qoxu da müxtəlif olur.

İsti və nəmli nöqtələr: qoltuq altları, sinə araları, boynun arxası, qulaq arxaları və göbək.

Nəbzin nöqtələri: bilək içləri, gicgah və boyun.

Hərəkətli nöqtələr: dirsəklər və diz içləri.

Saçlar: Saçınıza ətir sıxmaq istəyirsinizsə, əvvəlcə təmiz olmasına diqqət yetirin. Qoxuların bir-birinə qarışmaması üçün qoxusuz şampun seçin. Saçlarınız qısadırsa, diblərinə sürtün. Uzundursa, sadəcə uclarına sıxmaq yetərlidir. Ətri saçınızı daramazdan əvvəl vurun.

Geyimlər

Ətirlər pambıq, yun kimi təbii liflə toxunmuş parçalarda çox qalıcı olur və daha rahat yayılırlar. Sintetik liflərdə isə qalıcılığı azdır. Ətirin ən qalıcı olduğu metriallar isə kürklər və kətan kimi parçalardır.

Ətirləri geyimin hansı hissəsinə sıxmalı?

Ətrinizi pencək və kurtka astarlarına, ətək və paltarların ətək hissələrinə vurun.

Geyimlərə fərqli ətirlər sıxmayın. Çünki müxtəlif ətir istifadə etdikdə molekulları yaxşı qarışmır. Nəticədə  pis təsir oyandırır.

İpək kimi incə parçalara ətir sıxmaq tövsiyə olunmur. Səbəbi isə çox sadədədir. Çünki ləkə düşür, çox zaman da çıxmır.

Əgər ətirinizi tez-tez dəyişdirirsinizsə, yalnız bədəninizə sıxmaqla kifayətlənin. Qoxu onsuz da geyimlərinizə də keçəcək.

Ləl-cəvahirat, xüsusilə mirvarilərə ətir vurmaq düzgün deyil. Çünki ətirlərdəki spirt ləl-cəvahiratların parlaqlığını yox edir və mirvariləri isə saralda bilər.

Ətri necə saxlamalı?

Ətrin öz xüsusiyyətini uzun müddət saxlaması üçün saxlama qaydalarına əməl etmək lazımdır. Çoxumuz ətirləri makiyaj masası və ya vanna otağına qoymağı sevirik. Ancaq isti və nəmli mühit, həmçinin günəş şüaları ətirin ömürünü qısaldır. Ən yaxşısı qapağı bağlı olaraq nəmsiz, sərin və qaranlıq bir yerdə, məsələn, şkafda ya da siyirtmədə saxlamaqdır. Hətta soyuducular da ətirlər üçün ideal yer olaraq tövsiyə edilir.

Geyim şkafına parfum sıxmağı unutmayın.  Alt paltarlarınızın olduğu şkaf və ya siyirtməyə isə ətirinizlə nəmləndirdiyiniz yun parça qoyun. Bu zaman şkafı açdıqda xoş qoxu gəlir.


Şərhlər: 10
Baxılıb: 1251
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Zikoo
menimde
27 avqust 2015 21:28
# 10
Denizimm
menim istifade etdiyim etirler kifayet qeder qalir
10 avqust 2015 19:54
# 9

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
VIP
Ətirləri sevirəm.Keyfiyyətli ətirlər uzun ömürlü qalır
10 avqust 2015 19:08
# 8
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
bu barede bilirdim
10 avqust 2015 10:54
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
ətri boyuna, biləklərə vuurmaq daha yaxşıdır. onda daha çox qalır.
9 avqust 2015 20:18
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
ayka
Ətir məndə çox qalır
9 avqust 2015 13:19
# 5
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Milawka18
maraqli meslehetlerdir twk
9 avqust 2015 13:10
# 4
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
teri meri
mənim dərim də yağlı dəridir buna sevindim faydalı məsləhətlərdi təşəkkür
9 avqust 2015 12:24
# 3
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Dosta_inam
Maraqli melumatdir, bunlari bilirdim yenede tesekkur.
9 avqust 2015 09:25
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Etirleri her zaman nebzin atdigi yere surtmeliyik.
9 avqust 2015 09:21
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz