Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətir dodaq boyası, burun isə göz deyil...
Ətir dodaq boyası, burun isə göz deyil...
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 1069
Səs ver:
Fransız ətirlərini zərif fırça ilə çəkilmiş, çoxsaylı çalarlardan və keçidlərdən ibarət olan rəsm əsəri ilə müqayisə edirlər. Belə "əsər"ə dərinliyini anlamaq, dəyər vermək üçün ona ancaq yaxından və uzun müddət baxmaq lazımdır.

Ətiri necə seçməyi sizə heç kim öyrədə bilməz. Zəngin parfümeriya rəfləri isə bu seçimi asanlaşdırmır, əksinə, bizi bir az da çaşdırır. Ancaq ətirlər üzrə təcrübəli və diqqətli məsləhətçi sizə düzgün seçim etməyə kömək edə bilər. O, geyim stilinizə, kosmetikanıza və əvvəl istifadə etdiyiniz ətirlərə nisbətdə bu gün sizə lazım olan ətiri seçə bilər. Ancaq təəssüf ki, belə məsləhətçilər heç Parisdə də çox deyil. Sizin kosmetika aldığınız dükanda isə o, yəqin ki, heç yoxdur! Bəs onda bizə lazım olan təkrarsız ətiri necə tapa bilərik?
Ətir nədir? Bu müxtəlif qoxulu maddələrin spirtdə həll edilmiş qarışığından başqa bir şey deyil. Əvvəlcədən əldə edilmiş respet üzrə qarışıq hazırlanır. Daha sonra bu qarışıq ən keyfiyyətli spirtlə qarışdırılır. Ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunur. Spirtə az miqdarda su da əlavə olunur. Əldə edilmiş ətir qarışığı bir neçə həftəyə hazır olur. Bundan sonra isə soyudulur və şəffaflığını daim qorumaq üçün süzülür. Son zamanlar ətirlərə müxtəlif rənglər də qatırlar. Əslində isə ətirin rəngi alındığı maddənin təbii çalarından asılı olmalıdır. Bundan başqa, ətirlərə qoxusunu uzun müddət saxlaması üçün də müəyyən maddələr qatılır.
Ətirin hazırlanması çətin texnoloji prossesdir. Bu texnologiyanın sirri əvvəlcədən əldə edilən ətirli maddələrdir ki, bu da əsl mütəxəssis işidir. Bu qarışığın yaradılması elm deyil, əsl incəsənətdir. Onun əsasında hesablama, fizika, kimya yox, sadəcə olaraq, təcrübə ardıcıllığı durur.
Ətirin yaradılması intiusiya və estetik zövqə əsaslanan bir prossesdir. Düşünülmüş respetin nəticəsinin dəqiq alınacağına əvvəlcədən əmin olmaq qeyri-ciddi olardı. Ancaq bu, bir faktdır ki, peşəkarlar qabaqcadan ətirin hazır vəziyyətdəki bütün xüsusiyyətlərini tam təsəvvür edə bilirlər. Rəssamlar, bəstəkarlar kimi ətir yaradıcıları - parfümerlər də incəsənət adamlarıdır. Fərq bundadır ki, musiqinin, rəsmin müəllifi ilə hamı maraqlanır, amma ətiri kimin yaratdığı isə heç kimi düşündürmür. Ətirlər, adətən, onları istehsal edən firmanın, müasir dizaynerlərin, məşhur insanların adları ilə tanınır və satılır. İstehsal, reklam, satış... bunlar da kifayət qədər ciddi sahələrdir. Ancaq ən əsası ətiri yaratmaqdır. Ətir xoş bir qoxuda təsvir olunan yeni ideyadır. Bu ideyaların arasından qəlbimizə yaxın olanı seçməliyik.

Düzgün seçimi necə etməli?

Ətir almağa qərar verdiniz? Elə isə sizə kömək edə biləcək bəzi məsləhətlərlə tanış olun:
* Nəyi iylədiyinizə əmin olun! Əgər eyni zamanda bir neçə ətiri yoxlayırsınızsa, onda dərinizin hansı yerinə nə vurduğunuzu qeyd edin. Bu, sizi sonrakı çaşqınlıqdan qoruya bilər.
* Parfümeriya məhsullarının hansını seçdiyinizə fikir verin. Üzərində "Parfum", "Eau de Parfum" və "Eau de Toilette" yazılmış eyni adlı ətirlər bir-birlərindən növlərinə, dayanıqlılığına və hətta qoxusunun xarakterinə görə fərqlənirlər.
* Yalnız parfüm firmasının adına ("Şanel", "Dior" və sair) yox, həm də ətirin adına və nömrəsinə diqqət verin. Nədənsə son illərdə hətta ən tanınmış firmalar belə ətirlərin üzərində nömrəni asanlıqla oxunulacaq qədər aydın qeyd etmirlər. Bəzən elə olur ki, identik ətirləri bir-birlərindən ancaq qutunun rənginə görə ayırmaq olur. Ancaq bunu bacarmaq üçün mütləq uzun illər boyu təcrübə toplamaq və ətir üzrə mütəxəssis olmaq lazımdır. Sonradan peşman olmamaq üçün əvvəlcədən bütün nüanslara diqqət yetirmək gərəkdir.
* Ətiri dərinizin müəyyən hissəsinə vurmamışdan öncə burada başqa bir qoxulu maddənin olmamasına (başqa ətir, sabun, krem) diqqət edin. Çünki istənilən ətir başqa qoxu ilə qarışdıqda effektini itirir.
* Tələsməyin, spirtin tam buxarlanmasını gözləmək lazımdır. Ancaq bu da hələ hər şey demək deyil. Ətir dəridə dəyişə bilər. İlk anda sizə çox xoş təsir bağışlayan ətir sonradan əks çalarlar verə bilər. Ya da əksinə, ürəyinizə yatmayan ətir bir neçə dəqiqə sonra əsl siz axtardığınız qoxuya çevrilə bilər.
* Ətirin dayanıqlılığı ilə ehtiyatlı olun. İnsanın burnu tez yorulur. Əgər sizə elə gəlirsə ki, ətir həddən artıq tez buxarlanır, bu, sizin burnunuzun yorulması ilə də əlaqədar ola bilər. Buna görə də ətir seçərkən onu tez iyləyin və sonra burnunuza istirahət verin.
* İlk növbədə hər şeyə diqqətlə yanaşmağa çalışın. Gözlərinizi yumun, kənar fikirləri özünüzdən uzaqlaşdırın, bütün qəlbinizlə ətirə köklənin. Tələsmədən özünüz üçün ətiri analiz edin: mən bu ətiri necə təsəvvür edirəm? O mənə nəyi xatırladır? O soyuq, yaxud istidir? Ağır, yaxud yüngüldür? Tanış, yoxsa yaddır? Zərif, yoxsa kəskindir? Çiçək ətridir, yoxsa kosmetika? Bu sualları bir-bir cavablayaraq ideal seçim edə bilərsiniz. Doğrudur, bu, o qədər də asan deyil. Lakin azacıq səbir və diqqət sizi bu sahədə həqiqi biliciyə çevirə bilər. Bu, ətir seçmək sənətinin ən vacib mərhələsidir. Əgər siz ətirə məhz belə məhəbbətlə və diqqətlə yanaşsanız, onda sonrakı mərhələlərin necə asan olduğunu görəcəksiniz. Unutmayın ki, ətir sizə bütün ömrünüz boyu lazım olacaq.
* İlk anda xoşunuza gəlməyən ətirdən dərhal imtina etmək lazım deyil. Əgər bu, sizə tanış qoxu deyilsə, onda həm ona, həm də özünüzə daha bir şans verməlisiniz. Adət etdiyiniz qoxuların sizi ömrünüz boyu müşayiət etməsi şərt deyil. Dünyanın ən nəhəng parfümerlərindən olan "Femme"nin yaradıcısı Edmond Rudniçkanın fikrinə görə, ilk anda insanı fiziki şoka salmağa qadir olan ətirlərin yaradıcıları dahidir.
* Yeni ətirlə qarşılaşan zaman o, sizdə radikal təsir oyadırsa, onda bir qədər gözləyin. Qoyun spirt buxarlansın, qoxu isə yerini alsın. Yeni ətrin sevimlinizə çevrilmək şansı heç də az deyil.
* Əgər ətirin sizin diqqətinizi yayındırdığını hiss edirsinizsə, o, sizə metalın iyini, xörək ətrini xatırladırsa, yaxud sevmədiyiniz adamı yadınıza salırsa, ondan dərhal yaxa qurtarın. Unutmayın ki, bu qıcıqlandırıcı qoxular əvvəlcə yalnız diqqətinizi yayındırısa, sonradan sinir sisteminizi poza bilər. Çünki hər istifadə zamanı bu xoşagəlməz çalar bir az da artacaq. Ətir seçiminin həddən artıq geniş olduğunu nəzərə alın və qətiyyən kədərlənməyin.
* Ardıcıl olaraq, iki, yaxud üç ətirdən artıq sınamayın. Seçimin nə dərəcədə geniş olduğunu düşünəndə, bu məsləhətə əməl etmək o qədər də asan deyil. Ancaq unutmayın ki, ətir dodaq boyası, burun isə göz deyil. Boya seçərkən onunu, hətta iyirmisini də sınamaq olar. Seçimdə yanılmayacağınız faktdır. Burun isə bir neçə anın içində qoxunu özəlləşdirə bilir. Sonrakı müqayisə və seçim ilk ətirlərin qoxusunu unutdurmayacaq və nəticədə seçim effektsiz olacaq. Həm də ətir haqqında boya kimi ilk baxışdan qərar vermək qeyri-mümkündür. Bu məsləhətlərin heç olmasa, bir neçəsinə əməl etməklə özünüzə uyğun ətiri seçə bilərsiniz. Ətir sizin gözəlliyinizi tamamlayan ən vacib aksesuardır. Unutmayın ki, sizə həm də ətirinizə görə qiymət verirlər.
Ehtiyatlı olun!


Şərhlər: 10
Baxılıb: 1069
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Angela7
Ətirləri çox sevirəm və çox da işlədirəm, mama demiş ətirlə çimirəm)
24 oktyabr 2015 00:30
# 10
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
Catwoman666
Mən heç özüm ətir almıram. mama həll edir o işləri))

...666...
2 avqust 2015 16:14
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
etrin gucu boyukdur,cox sevirem etirleri taniyiramda
2 avqust 2015 16:14
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
oz etirlerimden bawqa etir qoxusuna qarwi allergiyam var bawim agriyir
2 avqust 2015 15:12
# 7
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Mrs.Pianist
`-ətirLərimi anam alır oriflame`dən saqoLsun 123 "Today tomorrow forever always"bu ətiri və always bu ətiri sevirəm 02
2 avqust 2015 15:09
# 6
Acısı çox olan qizların guluşu gozel olur.!
emis
Xeberin basligina bir xeyli guldum "etir dodaq boyasi, burun ise goz deyil"))) men hele indiyene qeder ozume duz almamisam qohumlar dostlar sagolun hamsi alib gonderirler rasiyanin duxlarinin yerini hecne vermez en cox istifade etdiyim duxlar lacoste ve Golden secret 07
2 avqust 2015 09:40
# 5
Nergizz
fon wekildeki duxudan cox iwletmiwem wirin bir o qederde gozel iyi var,,qablarini atmiram cox xowum gelir,,ama en cox lakosta iwledrem,,twkur xeber ucun
2 avqust 2015 09:27
# 4
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
yarpaq33
Etir alanda tanidigim parfumerden aliram ki poddelka olmasin ucuz parfumlar cox fesad toredir
2 avqust 2015 09:09
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
xeyalperest
Etirin yagini aliriq deye keyfiyetli olur hemde serfeli.bel eparfumerilerden etir almamişam deye hec koduna da fikir vermemeişem
2 avqust 2015 09:01
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Her zaman etir alarken keyfiyetli olmasinaonem gosterirem. Keyfiyetsiz etirler bir sira fesadlar torede biler
2 avqust 2015 03:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz