Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
11 diqqət çəkən qadın ətri
11 diqqət çəkən qadın ətri
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 2178
Səs ver:
1. DOLCE & GABBANA
DOLCE & GABBANA-dan "Dolce Floral Drops" ətrinin taca bənzər ağ gül qapaqlı şüşəsi əsl sənət əsəridir. Bu ətrin bir damlası təzə dərilmiş güllərin başdöndürən qoxusunu hiss etməyə imkan verir: su zanbağı, nərgiz, amarillisa.

2. ELIE SAAB
Bütün yay  yaxtada istirahət etməyi arzu edən xanımlar üçün Livan dizayneri Elie Saab "Le Parfum Resort Collection" ətrini hazırlayıb. Onun kifayyət qədər dəniz notları olmasa da (əncir, portağal çiçəyi, jasmin və franjipan), o sizə özünüzü tam bir dəniz səyahətində hiss etməyinizə kömək edəcək.

3. GIORGIO ARMANI
Armud, qara qarağat və müşkün qoxusu ilə Giorgio Armani-nin "Si" ətrini müasir qadın üçün bir qəsidə adlandırmaq olar, hansı ki, bu ərtin təsirinə düşüb hər kəs ətrin istifadəçisi olan qadına qorxmadan və müstəqil şəkildə "hə” deyə bilər.

4. JO MALONE
Ənənəvi olaraq buxur iyi kilsə mərasimləri ilə bağlıdır, amma ətir markası Jo Malon bu ənənəni dəyişdirməyə qərar verib. Qatran, limon və istiotun qoxusu "Incense & Cedrat" ətrinin əsasını təşkil edir. Əlbəttə ki, bu ətirdə bir şərq səsi var,qoxusunu duyan sadəcə qulaq asmaq istəyir sanki…

5. COSTUME NATIONAL
Pastel rəngləri və onun tonları moda, gözəllik sənayesinin ən populyar zirvəsindədir. Costume National ətriyyat evi bir tendensiyaya dəstək vermək qərarına gəlib və dini qadının çılpaq bədəni üçün "So Nude" ətrini hazırlayıb. Bu ətir özündə hil, kimyon, neroli, qızılgül, sidr və paçulinin qoxusunu birləşdirir. Belə qoxulu ətri istifadə edən qadın kişilərin diqqətini maqnit kimi özünə çəkir.

6. ISSEY MIYAKE
Romantik xanımların seçimi olan İssey Miyake-dən "L’Eau d’Issey City Blossom" ətri limon, çəhrayı bibər, freziya, maqnoliya, kəhrəba və ağ sidrin qoxusunu özündə birləşdirib. Şəffaf çəhrayı qapaqlı konusvari qabın üzərini küçə rəssamı Mademoiselle Maurice-nin təsvirləri ilə bəzədilib.

7. ESCADA
Escada-nın yeni, məhdud saylı "Turkuaz Summer" ətri yayın çiyələk, moruq, qaraqarağat, vanil və səndəl ağacının qoxusu ilə fiksasiya olunub. İsti günəşli günləri xatırladan ətrin şüşəsi kəpənək aksessuarı ilə dizayn olunub.

8. ANGEL SCHLESSER
Angel Schlesser markası özünün 15-ci ildönümü yubileyi münasibəti ilə ikonik ətrinin yeni "Femme Eau de Parfum" adlı daha cəsarətli versiyasını hazırlamaq qərarını verib. Bu ətirdə biz berqamot, mandarin, qara bibər, jasmin, bənövşə,zəncəfil və kəhrəba notlarının səsini duya bilərik.

9. LADY GAGA
Mövsümün ən gözlənilən ətirlərdən biri "Queen Monster" Lady Qaqa brendinə aid "Eau de Gaga 001"dir. Qaqanın yarı çılpaq kişi orqanları ilə əhatə olunmuş reklam kampaniyası fotoları internetdə səs-küyə səbəb olub. Daha sonra müğənnin reklam çarxı göstərdi ki, hər bir qız bu ətrin köməyi ilə istənilən kişinin diqqətini cəlb edə bilər. Ətrin konsepsiyası isə çox sadədir, ləzzət yalnız üç maddədən ibarətdir: soda,əhəng və dəri…

10. CIEL
Ciel-dən olan "Saison fabuleuse" ətri qardeniya, tuberoza, jasmin, bənövşə, berqamot və sidrin ləzzətli qoxsundan ilhamlanmışdır ki, ətir sizin həyatınızı ilk dəqiqələrdən nağıla çevirəcək, buna görə də ətrin adı əslində "bir fantastik mövsüm” kimi tərcümə olunur.

11. JAMES BOND 007
Eyni adlı filmdən təsirlənən James Bond markası süd, gül böyürtkən, jasmin, vanil,sidr və qara bibər qoxularını birləşdirən, özünün ilk "007" qadın ətrini biz xanımlara təqdim edib. Ətrin qara şıx şüşəsi qumbara formasında dizayn olunub. Bu əks cinsi ehtiraslandırmaq üçün həqiqətən də xanımlar üçün çox gözəl silahdır.


Şərhlər: 15
Baxılıb: 2178
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
savior angel
bezilerinden isftifade etmiwem gozel etirleri var
9 yanvar 2016 15:51
# 15
I choose to be happy
emis
bu etirlerin adlarini esitmisem ama bunlardan yalniz armani etirinden istifade etmisem qeseng iyi var ustunden 3-4 il kecib hemin etri istifade etmeyimin ama helede qoxusu yadimdadi.maraqli oldu tesekkur.
16 iyun 2015 20:38
# 14
ALESSANDRA
1. DOLCE & GABBANA
DOLCE & GABBANA-dan "Dolce Floral Drops" ətrinin taca bənzər ağ gül qapaqlı şüşəsi əsl sənət əsəridir. Bu ətrin bir damlası təzə dərilmiş güllərin başdöndürən qoxusunu hiss etməyə imkan verir: su zanbağı, nərgiz, amarillisa.

suppa Emotionda qeşeydi
14 iyun 2015 20:27
# 13
Don't trust anyone ∆
roksi1995
sadece birinden istifade etmisem men etirde ada yox iye ustunluk verirem
14 iyun 2015 14:32
# 12
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
vipbetul
bunlarin bir necesinden isdifade edirem
14 iyun 2015 14:23
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aydan Habili
DOLCE & GABBANA ve GIORGIO ARMANI super ...
14 iyun 2015 13:46
# 10
yasemin
Etirler heyatımın ayrılmaz hissələridir.. Burdakılarında bəzilərini eşitmişəm escadadan istifadə etmişəm sevirəm iysini… ama hal-hazırda başqa bir ətirdən istifadə edirem ve iysinidə sevirem
14 iyun 2015 13:29
# 9
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
tek umidim sen
Burdakilardan 2sinnen isletmisem
14 iyun 2015 12:25
# 8
Kadın derin ama adam yüzme bilmiyor...
Cimbom Nilay
Dolce & Gabbana-dan bizim aile sürekli kullanıyor..
14 iyun 2015 11:43
# 7
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
...AdaDunyam``
GIORGIO ARMANI
sadece bundan olub mende,LADY GAGA adli etiri ilk defedir esidirem
14 iyun 2015 11:41
# 6
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Tomris Müslümova
DOLCE & GABBANA bunan olub mende bibim rusiyadan mene alib gondermisdi etir
14 iyun 2015 10:25
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
tatyana
yazilanlardan yalniz dolce qabbana ve armani istifade etmisem,o birilerden hecc olmuyub mende
14 iyun 2015 10:24
# 4
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Melissa
escada sevmirem dolce gabbana eladi
14 iyun 2015 08:27
# 3
BARBI
Qadin etri ele geyim kimidir qadini tamamlayir. Etirlerin hamisi haqda melumatim var
14 iyun 2015 06:41
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Maraqli xeber oldu,bezi etirlerden istifade etmişem,bezilerinden yox.
14 iyun 2015 06:04
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz