Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətirlərinizi daha davamlı etməyə kömək edəcək 10 məsləhət
Ətirlərinizi daha davamlı etməyə kömək edəcək 10 məsləhət
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 10
Baxılıb: 1534
Səs ver:
1. Əgər istifadə etdiyiniz ətirlərin daha uzun müddət üçün davam etməsini istəyirsinizsə, onları hamam otağında və ya da digər nəmli, elcə də çox isti yerlərdə saxlamayın. Bu ətirin qoxu keyfiyyətini aşağı salacaq.

2. Nəbz nöqtələrinizə ətir sıxmazdan əvvəl, həmin yerə vazelin sürtün. Krem qoxunu dərinizdə quru dəridən daha çox saxlayacaqdır.

3. Əgər dəriniz qurudursa, ətirdən əvvəl qoxusuz bədən losyonu sürtməyi unutmayın.

4. Ətiri duşdan dərhal sonra və geyinməzdən dərhal əvvəl səpin. Belə etsəniz, bədəninizdəki nəm ətirin qoxusunu tutacaq, həm də paltarlarınıza arzuolunmaz ləkələr salmayacq.

5. Ətiri səpdikdən sonra biləklərinizi bir-birinə sürtməyin. Belə etsəniz, qoxunun daha tez uçmasına səbəb olarsınız.

6. Ətir səpmək üçün nəbz atan isti bölgələri seçim edin. Bura, biləkləriniz, boynunuz, qulaq dibləriniz dirsək içiniz, dizlərinin arxası ya da ayaq biləkləriniz ola bilər. Amma bir dəfədə bu bölgələrdən yalnız bir neçəsini seçin.

7. Daha yüngül bir qoxu istəyirsinizsə, ətiri havaya doğru sıxın və yavaşca içinə doğru yeriyin. Beləliklə çox ağır bir qoxu daşımazsınız.

8. Spirt tərkibli ətirləri birbaşa saçınıza sıxmaq saçı qurudacaqdır. Buna görə də əvvəlcə ətri saç fırçanıza sıxın və saçınızı bu şəkildə darayın.

9. Sona qalan bir-iki damcı ətrinizi qoxusuz losyonunuza tökün, beləliklə, hədər getməmiş olacaq.

10. Yanınızda ətirin özünü daşımaq yerinə, istədiyiniz qədər qulaq çubuqlarını ətirləyin və plastik bir paketə qoyun ki qurumasınlar. Beləcə gün ərzində istədiyiniz zaman üzərinizdən uçub getmiş ətrinizi bu çubuqlar vasitəsilə yeniləyə bilərsiniz və hər zaman təravətli ətir sizinlə olar.


Şərhlər: 10
Baxılıb: 1534
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
bunlari uje ezber bilirem etiri temiz bedene ve az vurmaq lazimdir,mende eyni bu yazilanlar kimi vururam etiri en cox bileklerime vururam orda daha cox qalici olur etirin iyi,tesekkurler.
20 may 2015 00:54
# 10
Nur k-off
cox faydali meslehetlerdir bilmediklerim vae idi secilmiwlere elave etdim etir
18 may 2015 11:02
# 9
SVETA
asi123
Ətirləri məndə sevirəm heart

etir TATLIASKIMCILAR2016 etir çalışıram iyi gec gedən ətindən istifadə ddim
18 may 2015 09:17
# 8
A
ALESSANDRA
ətirləri çoox seivrəm hər zaman yanımda mütləq ətir olur)))) etir
17 may 2015 19:43
# 7
Don't trust anyone ∆
yarpaq33
Etir paltarda cox qalsin deye utuden evvel paltara sepin sonra utuleyin yuyandada getmir daim etir iyi gelir paltardan
17 may 2015 17:05
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
bunlari artiq ezber bilirem
17 may 2015 13:40
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
NeL
Etir deyen ölüremdr
17 may 2015 13:38
# 4
Cimbom Nilay
Salam. ƏTİRLƏR- heart girl_pinkglassesf
17 may 2015 13:04
# 3
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
aykazayka
bahali etirelin qoxusu daha tez gedir
17 may 2015 11:50
# 2
Heyatimda sehv buraxan insanlari bagislayacaq qeder boyuyem,Amma tekrar guvenecek qeder axmaq deyilem............:)
BARBI
Her zaman keyfiyyetli ve qalici etirlerden istifade edirem
17 may 2015 10:24
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz