Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətirlər haqqında
Ətirlər haqqında
Göndərən: emis
Şərhlər: 17
Baxılıb: 1129
Səs ver:
Ətiri necə seçməyi sizə heç kim öyrədə bilməz. Zəngin parfümeriya rəfləri isə bu seçimi asanlaşdırmır, əksinə, bizi bir az da çaşdırır. Ancaq ətirlər üzrə təcrübəli və diqqətli məsləhətçi sizə düzgün seçim etməyə kömək edə bilər. O, geyim stilinizə, kosmetikanıza və əvvəl istifadə etdiyiniz ətirlərə nisbətdə bu gün sizə lazım olan ətiri seçə bilər. Ancaq təəssüf ki, belə məsləhətçilər heç Parisdə də çox deyil. Sizin kosmetika aldığınız dükanda isə o, yəqin ki, heç yoxdur! Bəs onda bizə lazım olan təkrarsız ətiri necə tapa bilərik?
Ətir nədir? Bu müxtəlif qoxulu maddələrin spirtdə həll edilmiş qarışığından başqa bir şey deyil. Əvvəlcədən əldə edilmiş respet üzrə qarışıq hazırlanır. Daha sonra bu qarışıq ən keyfiyyətli spirtlə qarışdırılır. Ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunur. Spirtə az miqdarda su da əlavə olunur. Əldə edilmiş ətir qarışığı bir neçə həftəyə hazır olur. Bundan sonra isə soyudulur və şəffaflığını daim qorumaq üçün süzülür. Son zamanlar ətirlərə müxtəlif rənglər də qatırlar. Əslində isə ətirin rəngi alındığı maddənin təbii çalarından asılı olmalıdır. Bundan başqa, ətirlərə qoxusunu uzun müddət saxlaması üçün də müəyyən maddələr qatılır.
Ətirin hazırlanması çətin texnoloji prossesdir. Bu texnologiyanın sirri əvvəlcədən əldə edilən ətirli maddələrdir ki, bu da əsl mütəxəssis işidir. Bu qarışığın yaradılması elm deyil, əsl incəsənətdir. Onun əsasında hesablama, fizika, kimya yox, sadəcə olaraq, təcrübə ardıcıllığı durur.
Ətirin yaradılması intiusiya və estetik zövqə əsaslanan bir prossesdir. Düşünülmüş respetin nəticəsinin dəqiq alınacağına əvvəlcədən əmin olmaq qeyri-ciddi olardı. Ancaq bu, bir faktdır ki, peşəkarlar qabaqcadan ətirin hazır vəziyyətdəki bütün xüsusiyyətlərini tam təsəvvür edə bilirlər. Rəssamlar, bəstəkarlar kimi ətir yaradıcıları — parfümerlər də incəsənət adamlarıdır. Fərq bundadır ki, musiqinin, rəsmin müəllifi ilə hamı maraqlanır, amma ətiri kimin yaratdığı isə heç kimi düşündürmür. Ətirlər, adətən, onları istehsal edən firmanın, müasir dizaynerlərin, məşhur insanların adları ilə tanınır və satılır. İstehsal, reklam, satış… bunlar da kifayət qədər ciddi sahələrdir. Ancaq ən əsası ətiri yaratmaqdır. Ətir xoş bir qoxuda təsvir olunan yeni ideyadır. Bu ideyaların arasından qəlbimizə yaxın olanı seçməliyik.
Düzgün ətir seçimini necə etməli?
Ətir almağa qərar verdiniz? Elə isə sizə kömək edə biləcək bəzi məsləhətlərlə tanış olun:
* Nəyi iylədiyinizə əmin olun! Əgər eyni zamanda bir neçə ətiri yoxlayırsınızsa, onda dərinizin hansı yerinə nə vurduğunuzu qeyd edin. Bu, sizi sonrakı çaşqınlıqdan qoruya bilər.
* Parfümeriya məhsullarının hansını seçdiyinizə fikir verin. Üzərində «Parfum», «Eau de Parfum» və «Eau de Toilette» yazılmış eyni adlı ətirlər bir-birlərindən növlərinə, dayanıqlılığına və hətta qoxusunun xarakterinə görə fərqlənirlər.
* Yalnız parfüm firmasının adına ("Şanel", «Dior» və sair) yox, həm də ətirin adına və nömrəsinə diqqət verin. Nədənsə son illərdə hətta ən tanınmış firmalar belə ətirlərin üzərində nömrəni asanlıqla oxunulacaq qədər aydın qeyd etmirlər. Bəzən elə olur ki, identik ətirləri bir-birlərindən ancaq qutunun rənginə görə ayırmaq olur. Ancaq bunu bacarmaq üçün mütləq uzun illər boyu təcrübə toplamaq və ətir üzrə mütəxəssis olmaq lazımdır. Sonradan peşman olmamaq üçün əvvəlcədən bütün nüanslara diqqət yetirmək gərəkdir.
* Ətiri dərinizin müəyyən hissəsinə vurmamışdan öncə burada başqa bir qoxulu maddənin olmamasına (başqa ətir, sabun, krem) diqqət edin. Çünki istənilən ətir başqa qoxu ilə qarışdıqda effektini itirir.
* Tələsməyin, spirtin tam buxarlanmasını gözləmək lazımdır. Ancaq bu da hələ hər şey demək deyil. Ətir dəridə dəyişə bilər. İlk anda sizə çox xoş təsir bağışlayan ətir sonradan əks çalarlar verə bilər. Ya da əksinə, ürəyinizə yatmayan ətir bir neçə dəqiqə sonra əsl siz axtardığınız qoxuya çevrilə bilər.
* Ətirin dayanıqlılığı ilə ehtiyatlı olun. İnsanın burnu tez yorulur. Əgər sizə elə gəlirsə ki, ətir həddən artıq tez buxarlanır, bu, sizin burnunuzun yorulması ilə də əlaqədar ola bilər. Buna görə də ətir seçərkən onu tez iyləyin və sonra burnunuza istirahət verin.
* İlk növbədə hər şeyə diqqətlə yanaşmağa çalışın. Gözlərinizi yumun, kənar fikirləri özünüzdən uzaqlaşdırın, bütün qəlbinizlə ətirə köklənin. Tələsmədən özünüz üçün ətiri analiz edin: mən bu ətiri necə təsəvvür edirəm? O mənə nəyi xatırladır? O soyuq, yaxud istidir? Ağır, yaxud yüngüldür? Tanış, yoxsa yaddır? Zərif, yoxsa kəskindir? Çiçək ətridir, yoxsa kosmetika? Bu sualları bir-bir cavablayaraq ideal seçim edə bilərsiniz. Doğrudur, bu, o qədər də asan deyil. Lakin azacıq səbir və diqqət sizi bu sahədə həqiqi biliciyə çevirə bilər. Bu, ətir seçmək sənətinin ən vacib mərhələsidir. Əgər siz ətirə məhz belə məhəbbətlə və diqqətlə yanaşsanız, onda sonrakı mərhələlərin necə asan olduğunu görəcəksiniz. Unutmayın ki, ətir sizə bütün ömrünüz boyu lazım olacaq.
* İlk anda xoşunuza gəlməyən ətirdən dərhal imtina etmək lazım deyil. Əgər bu, sizə tanış qoxu deyilsə, onda həm ona, həm də özünüzə daha bir şans verməlisiniz. Adət etdiyiniz qoxuların sizi ömrünüz boyu müşayiət etməsi şərt deyil. Dünyanın ən nəhəng parfümerlərindən olan «Femme»nin yaradıcısı Edmond Rudniçkanın fikrinə görə, ilk anda insanı fiziki şoka salmağa qadir olan ətirlərin yaradıcıları dahidir.
* Yeni ətirlə qarşılaşan zaman o, sizdə radikal təsir oyadırsa, ondabir qədər gözləyin. Qoyun spirt buxarlansın, qoxu isə yerini alsın. Yeni ətrin sevimlinizə çevrilmək şansı heç də az deyil.
* Əgərətirin sizin diqqətinizi yayındırdığını hiss edirsinizsə, o, sizə metalın iyini, xörək ətrini xatırladırsa, yaxud sevmədiyiniz adamı yadınıza salırsa, ondan dərhal yaxa qurtarın. Unutmayın ki, bu qıcıqlandırıcı qoxular əvvəlcə yalnız diqqətinizi yayındırısa, sonradan sinir sisteminizi poza bilər. Çünki hər istifadə zamanı bu xoşagəlməz çalar bir az da artacaq. Ətir seçiminin həddən artıq geniş olduğunu nəzərə alın və qətiyyən kədərlənməyin.
* Ardıcıl olaraq,iki, yaxud üç ətirdən artıq sınamayın. Seçimin nə dərəcədə geniş olduğunu düşünəndə, bu məsləhətə əməl etmək o qədər də asan deyil. Ancaq unutmayın ki, ətir dodaq boyası, burun isə göz deyil. Boya seçərkən onunu, hətta iyirmisini də sınamaq olar. Seçimdə yanılmayacağınız faktdır. Burun isə bir neçə anın içində qoxunu özəlləşdirə bilir. Sonrakı müqayisə və seçim ilk ətirlərin qoxusunu unutdurmayacaq və nəticədə seçim effektsiz olacaq. Həm də ətir haqqında boya kimi ilk baxışdan qərar vermək qeyri-mümkündür. Bu məsləhətlərin heç olmasa, bir neçəsinə əməl etməklə özünüzə uyğun ətiri seçə bilərsiniz. Ətir sizin gözəlliyinizi tamamlayan ən vacib aksesuardır. Unutmayın ki, sizə həm də ətirinizə görə qiymət verirlər. Ehtiyatlı olun!


Şərhlər: 17
Baxılıb: 1129
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
teri meri
şirin iyli ətirləri heeeeç sevmirəm
9 may 2015 23:18
# 17
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Shebnem
Kenzo en sevdiyim etrdi ama bugun burda oxudumki originali genzo yazilmalidi kenzo yox.yenede teessuflenmirem baha qiymete alsamda iyi hem gozel hemde qalicidi.bide avonun forever ve alweys etirleri coooox gozeldi
24 aprel 2015 22:24
# 16
Rakella
bezen sirin bezen ise tund iyli etirlere ustunluk verirem secimimi duzgun etmeye calisiram
23 aprel 2015 16:36
# 15
Impossible is not a word,it's just a reason for someone not to try
Catwoman666
Etir hemise istifade edirem
23 aprel 2015 16:04
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
bu barede biliram,oz etirlerimida duzgun sece biliram

bu barede biliram,oz etirlerimida duzgun sece biliram

bu barede biliram,oz etirlerimida duzgun sece biliram
23 aprel 2015 14:58
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
Wirin etirleri sevirem ve iwledirem tewekkurler
23 aprel 2015 14:30
# 12
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
aytil
etirim hemise var hec vaxt etir vurmadan cole cixmiram parfum
23 aprel 2015 13:48
# 11
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Lucia
Şirin və tünd iyləri sevmirəm,çiçək ətirlərini çox sevirəm,ətirsiz bir günüm olmasın. etir
23 aprel 2015 12:52
# 10
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Zeynep_Fatih
Lazimli xeberdi.twk
23 aprel 2015 11:59
# 9
Nezka
Mən İncanto,Evidence,Emotion və onların növlərində istifadə edirəm
23 aprel 2015 11:11
# 8
İçimi görsən mənə aptek alarsan.
Nur k-off
Daha çox kişi etirlerini sevirem
23 aprel 2015 11:07
# 7
SVETA
tatyana
etirler haqda,etir markalari haqda,etir secimi haqda biliyim yeterincedi,xeberde yazilanlarin hamisiyla tam raziyam
23 aprel 2015 10:58
# 6
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Nergız33
Gül iyli etirleri sevirem
23 aprel 2015 10:19
# 5
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
BARBI
Bezen etir prob edirem ilk anda iyi xosuma gelmir bir nece deyqe otur etrin iyi acilir sanki basqa iy verir. Ona gore prob ederken 5 deqiqe gozleyirem
23 aprel 2015 09:52
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
Şirin və tund etirlərdən uzağam
23 aprel 2015 09:34
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Maraqlı məlumatlardı, ətir seçimində diqqət edirəm bu kimi xırdalıqlara..
23 aprel 2015 08:10
# 2
amazing
Soyuq iyi olan etirleri cox sevirem.etir alanda ele cox cetinlik cekmirem.
23 aprel 2015 08:09
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz