Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətirlər insanın individuallığını əks etdirir
Ətirlər insanın individuallığını əks etdirir
Göndərən: Nazlı_qız
Şərhlər: 12
Baxılıb: 1749
Səs ver:
Ətirlər  insanın individuallığını əks etdirir, onun xasiyyətini biruzə verərək, əhval-ruhiyyəsindən xəbər verir. Bəzən insan xasiyyəti kimi müxtəlif, təkraredilməz və individual olan ətirləri təsvir və təsnif etmək mümkünsüz hesab edilir.

1. Dünyada hər il minlərlə istehsal olunan, məşhur Pikassonun -"Şəxsiyyətin avtoqrafı”, fransızların-"qadının ən güclü silahı” adlandırılan ətri necə seçməli?
Ətir seçimi çox çətin və mürəkkəb bir prosesdir. O adi təbii və ya kimyəvi qarışıq deyil.  Ekspertlər hesab edir ki, o gül kimi açılmalı və musiqi kimi səslənməlidir. Biz müştərilərimizə ətir seçimini əsasən günün birinci yarısında etməyi, mağazaya daxil olarkən bir dəfəyə  çox ətir qoxulamamağı məsləhət görürük. Əgər hər hansı bir ətirin qoxusu başqasında xoşunuza gəlibsə, onu mütləq öz dərinizdə yoxladıqdan sonra alsanız, daha düzgün olar. Çünki hər bir insanın bədən temperaturundan, malik olduğu şəxsi qoxudan, dərisinin xüsusiyyətlərindən asılı olaraq eyni ətir müxtəlif insanlarda fərqli ola bilər.  Bundan başqa, mövsüm də çox rol oynayır. Ətirləri həm də el arasında deyildiyi kimi, "yay-qış ətirləri”nə də bölmək lazımdır. Hər mövsümə uyğun ətir istifadəsi təbii ki, daha münasibdir. Bunun üçün İDEAL mağazalarında müştərilərə gözəl şərait yaradılıb. Onlar mağazada olan testerlər vasitəsi ilə ətirləri öz dərilərində yoxlaya bilərlər.

2. Ətirlərin hansı növü var?
Bəzən müştərilər parfum növləri haqqında məlumatsız olduğu üçün onların qoxusunun qalıcı olmamasından şikayətlənirlər. Ümumiyyətlə, parfum bir neçə növə bölünür. Bunlar içərisində ən bahalı və qalıcı hesab edilən - Ətirdir.

Perfum, Perfume və ya Extrait kimi qeyd edilənlər tərkibinə  ən çox konsentrat daxil olan  ətirlərdir. Bu ətirlərin tərkibinə 20-30% və bəzən də daha çox təbii ətir konsentratı daxildir. Belə ətirlərə niş ətirləri də daxil edirlər. Təbii ki, belə ətirlərin qalıcılıq qüvvəsi yüksək, qiymətləri isə baha olur.

Parfum suyu və ya Eau De Parfum (EDP).

Bu ətirlərin tərkibinə 15-25% parfum konsetratı daxildir. Qiymətinin münasib olmasına tərkibindəki yüksək konsentrasiya və qalıcılıq qüvvəsinə görə müştərilər arasında ən çox alınan növdür.

Bir çox brendlərdə bu ətrin ən yüksək növü hesab edilir. Belə ki, parfum şirkətlərinin hamısı yüksək konsentrasiyalı ətir istehsal etmir.

- Tualet suyu və ya Eau De Toilette (EDT )

Parfumun bu növündə ətir konsentratı o qədər də yüksək olmur. Adətən 10-20% (kişi parfumlarında 6-12%) təşkil edir. Belə ətirlərin qiymət siyasəti çox da yüksək olmur, qalıcılığı isə 2-3 saat olur.

- Odekalon və ya Eau De Cologne (EDC)

3-5% parfum ekstraktından ibarət olur. Çox az qalıcılıq qüvvəsinə malikdir. İsti havalarda EDT əvəzinə istifadə edilə bilər.
- Dezodorant (Parfum Deo)

3-5% parfum ekstraktı ilə zəngin olur. Eyni zamanda təravətləndirən, ətirləndirən və gigiyenik təsirə malikdir.

3. Ətirlərin təsnifatı haqqında hansı məlumatı müştərilərə çatdıra bilərsiniz?
Ətirlərin təsnifatı əsasən professional  olaraq parfum sektorunda məşğul olanlar üçün maraqlı olur. Ancaq son zamanlar sevindirici hal kimi qeyd etmək olar ki, müştərilər bu barədə maraqlanırlar.
Dominant təsnifat üzrə ətirlər 3 qrupa bölünür.

1) Çiçək qoxulu ətirlər qrupu.
2) Şipr qrupuna daxil olan ətirlər.
3) Şərq ətirlər qrupu.

Fransızlar isə bu qrupları daha da  bölərək ətraflı təsnifat verirlər. Fransız təsnifatı ilə ətirləri belə qruplaşdıra bilərik.
- Aldehidlər  qrupuna  daxil olan ətirlər - süni yaradılmış maddələrdən istifadə etməklə, qoxuların müxtəlifliyini yaratmağa imkan verir. Dəri ilə təmasda ətrin qoxusu güclənir. Müasir parfumeriyada elit ətirlərdə aldehidlər demək olar ki, istifadə edilmir.
- Ənbər ətirlər qrupuna şirin ədviyyə tərkibli ətirlər daxil edilir. Belə ətirlərdə baza notlar üstünlük təşkil edir. Bu qrup ətirlərin tərkibi şərq ədviyyatı, müşk, ənbər vanil və s. zəngindir.
- Ağac ətirlər qrupuna  çoxlu yarımqruplar daxildir: çiçək-ağac ətirli, meyvə-ağac ətirli, ədva-ağac ətirli və s. Bu qrupa daxil olan ətirlər səndəl, kedr, paçuli, mərsin kompazisiyalarını özündə birləşdirir.
- Yaşıllar qrupuna daxil olan ətirlər yeni biçilmiş ot və yarpaqların çox yüngül, sadə qoxusu ilə səslənir. Burada şam, qalbanuma, ardıc, lavanda notları üstündür.
- Dəri qrupuna  aid olan ətirlər əsasən kişilər üçün nəzərdə tutulub. Onlarda tütün, tüstü, bal, qatran, kəhrəba qoxuları üstünlük təşkil edir.
- Müşk ətirlər qrupu  adı ilə özü haqqında xəbər verir. Buraya daxil olan heyvan mənşəli maddələr kiçik eyforiya yaratmağa qadirdir. Bu qrupa daxil olan ətirlərin qalıcılığı da daha yüksəkdir.
- Ozon ətirlər qrupu (dənizlər, okeanlar qrupu da adlanır) yeni yaranmış qrupdur. Buna baxmayaraq, müştərilər arasında artıq öz pərəstişkarlarını tapıblar. Bu qrupa daxil olan ətirlər dəniz və okean damcılarının təravətini pərəstişkarlarına çatdırır.
- Oriyental-Şərq ətirlər qrupu vanil, müşk, səndəl, qətran və s. qoxularla zəngindir. Bu qrupun ətirləri əsasən qiş mövsümü və gecə ziyafətləri ilə əla səslənir.
- Ədviyyəli ətirlər qrupunda qərənfilin, mixəyin  ədviyyəli notları. darçın dəfnə yarpağı, istiot notları üstünlük təşkil edir.
- Meyvə ətirlər qrupu adından da məlum olduğu kimi meyvə qoxuları ilə zəngindir. Burada təravət və şleyf kompozisiyalarına üstünlük verilir.
- Qədəh ətirlər qrupu özündə palıd mamırı və lavandanın ətir çalarlarını birləşdirir. Bu qrupa daxil olan ətirlər əsasən kişilər üçün nəzərdə tutulub.
- Çiçək qrupu bayaq xatırlatdığım kimi çox yarım qruplara bölünür. Burada çiçək notları üstünlük təşkil edir. Adətən bu notlar meyvə, sitrus, yaşılların qrupuna daxil olan notlarla birləşərək kompozisiya yaradır.
- Sitrus qrupuna daxil olan ətirlər özündə sitrus meyvələrin ətir  notlarını birləşdirir.
- Şipr qrupuna daxil olan ətirlər ilk dəfə 1917-ci ildə yaradılıb. Onlar o qədər məşhur olub ki, şipr ətirlər qrupu ailəsi yaranıb. Qadınlar üçün əsasən yüngül meyvə və yaşıllıqlar notları ilə ətirlər istehsal olunur. Kişi ətirlərinin kompazisiyasını isə palıd mamırı notları, lavandalar, paçuli və s. notları təşkil edir.

4. Kişilər xanımlar üçün parfüm seçərkən nələrə diqqət etməlidirlər?
Mən bu suala bir tərəfli deyil, hər iki prizmadan yanaşmaq istərdim. Yəni nəinki kişilər hətta qadınlar belə kişilərə parfum seçərkən bir çox faktorlar nəzərə alınmalıdır.
Belə ki, ətri aldığımız insanın yaşı, onun üstünlük verdiyi qoxular, ailə və iş statusu, ümumiyyətlə, yaşam stili nəzərə alınmalıdır.

5. Parfümdən harada və necə istifadə etmək lazımdır?
Sevimli flakonlar hər bir qadında çoxluq təşkil etməlidir. Parfumlardan hər gün istifadə etmək lazımdır. Lakin hansı parfumdan nə vaxt istifadə etməli olduğumuzu mütləq bilməliyik. Parfumları gündəlik, günün müxtəlif vaxtı, ilin fəsili, əhval-ruhiyyə və  gecə həyatına görə seçmək daha düzgündür. Məsələn: səhər işə gedərkən əsasən yüngül ətirlərdən istifadə olunmalıdır. Gündüz ətri iş əhval ruhiyyəsini pozmamalıdır. Ziyafətə gedərkən daha tünd və şleyfli ətirlər məsləhətdir. İlk görüşə isə yeni ətirlə eksperiment etməməyi məsləhət görürük.

6. Böyüklər üçün ətirləri uşaqlar istifadə edə bilərmi?
Bu sualın cavabını ekspertlər müxtəlif cür verir. Mənim fikrimcə, bu, düzgün deyil. Böyüklər üçün nəzərdə tutulan ətirlərin tərkibi müxtəlif notlardan ibarət olduğu üçün o gün ərzində müxtəlif cür səslənə və insan psixologiyasına müxtəlif cür təsir edə bilər.
Uşaqlar üçün İDEAL mağazalarında xüsusi uşaq brendləri təqdim edilib ki, valideynlər bu ətirlərlə uşaqlarımızı sevindirə bilərlər. Onu xüsusilə qeyd edək ki, bu ətirlərin 100% keyfiyyətinə təminat verilir və tibbi cəhətdən də tam test olunmuşdur. Uşaq üçün ilk ətir həm də onun həyatında əlamətdar hadisə sayılır. Bir çox ailələr məsələn, övladının ilk ətir flakonunu uzun illər xatirə olaraq saxlayırlar.

7. Parfumun keyfiyyət göstəricilərinin qorunması üçün necə şəraitdə saxlanması lazımdır?
Ümumiyyətlə, bu  bütün parfum istifadəçilərinin bilməsi gərəkən ən vacib məqamdır. Ətrin öz xüsusiyyətini uzun müddət saxlaması üçün onun saxlama qaydalarına əməl etmək lazımdır. Ətirləri quru, sərin və qaranlıq yerdə (adətən qutusunda) saxlamaq lazımdır ki, onlara günəş şüaları düşməsin. Kiçik flakonlarda ətirləri əldə etmək daha yaxşıdır, onda onlar sadəcə xarab olmağa vaxt tapmayacaqlar.

8.Orjinal və saxta brendli parfümün ayırıcı xüsusiyyətləri haqda tövsiyələriniz?
Əlbəttə, keyfiyyətli ətir bahadır. Təəssüf ki, indi ətriyyat bazarında qiyməti ilə əslindən seçilməyən saxta ətirlər çoxdur. Ətrin orijinallığını yoxlamağın ən sadə üsulu onu keyfiyyəti ilə özünü sübut etmiş mağazadan almaqdır. Ətri alarkən onun orijinallığına heç bir şübhəniz qalmasın deyə satıcıdan sertifikat tələb edə bilərsiniz. Ətri alarkən ilk onun qablaşdırmasına diqqət edin. Saxtalarda aydın olmayan poliqrafiya tərtibatı gözə tez çarpır: çox xırda və ya yayğın yazılar olur.  Nəzərə alın ki, orijinallarda həmişə dəqiq və səliqəli yazılar olur. Bəzi saxta ətirlərin adlarında hərflərin yeri dəyişir. Orijinal ətirlərdə istehsalçı haqqında məlumatlarda yalnız ölkə deyil, bundan başqa, istehsal tarixi, yararlılıq müddəti, məhsul tərkibi və s. qeyd edilir. Ətrin qablaşdırması karton və ya keyfiyyətli kağızdan olmaqla yanaşı, həm də möhkəm olmalıdır. Selofan ətrin üzərində tam yerləşdirilməlidir. Yeri gəlmişkən, bəzi ətirlərin selofanı olmur, bu ətrin saxta olması deyil. Məsələn bir çox niş ətir istehsalçıları onların üzərini selofanla qablaşdırmır.Ətrin flakonları da diqqət olunası məqamlardandır. Flakonlar  təmiz və şəffaf olmalı, heç bir əyrilik, cızıq və s. olmamalıdır. Eyni zamanda saxta ətirlərdə çox vaxt ətir vurucu pulvizatorlar yaxşı işləmir.


Şərhlər: 12
Baxılıb: 1749
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Sirin iyli etirleri sevirem .etirlerimi yoldasim alir ekser vaxtda sabinadan alir .
6 aprel 2015 22:32
# 12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Catwoman666
men etirlerle cox da maraqlanan deyilem beyendiyim qoxusu olsun vessalam. yoxda ne markadi, sirindi ,acidi ve s. maraqlanmiram
5 aprel 2015 14:43
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
emis
xeberin basligini herfliye herfliye oxudum 122 sirin etir sevmirem normal ya tam tund olmasin ya da aciq olmasin
5 aprel 2015 14:08
# 10
vipbetul
etirleri sevirem her etirideki yox,bunlar barede melumatim vardi
5 aprel 2015 12:39
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
wirin etirleri cox sevirem tund etirleri sevmirem
5 aprel 2015 12:05
# 8
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Qlamurr
Çiçək qoxulu,meyvə tərkibli qoxuları sevirəm və istifadə edirəm.
5 aprel 2015 11:56
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Menim balam
Gül qoxulu etirleri sevirem
5 aprel 2015 11:44
# 6
arzum-aysum
etirleri çox sevirəm ve soyuq turş etirlerden istifade edirem. sirin etirler ürəyimi bulandirir
5 aprel 2015 11:07
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
BARBI
Etir delisiyem daha cox yungul ve cicek qoxulu etirleri sevirem
5 aprel 2015 10:11
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Etirleri xoşlayiram.demek olarki tez tez aliram.birde zövqüme uyğun olanini seçirem.çox etirlerin qoxusunu beyenmirem.teşekkür
5 aprel 2015 10:07
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aliceWOnDer
etirleri sevirem ve etir alaken ilk once saxta olub olmamasini yoxlayiram
5 aprel 2015 09:19
# 2
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Ətirləri getdiyin yerə görə istifadə etməlisən , gecə ziyafətinə vurduğun ətirlə gündüz işə getmək olmaz bunun üçün daha yüngül ətirlər münasibdir, həmdə ətirlərin saxta olub olmadığını aldığın mağazadanda bilmək olar məsələn İdeal mağazalarından alınan bir vasitə fərqi yoxdu ətir olsun və ya başqa məhsul saxta ola bilməz ..
5 aprel 2015 08:23
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz