Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər necə ətirləri sevir?
Kişilər necə ətirləri sevir?
Göndərən: Nazlı_qız
Şərhlər: 14
Baxılıb: 2133
Səs ver:
Qadınlar adətən ətir seçərkən öz xoşlarına gələn ətirlərə üstünlük verirlər. Ancaq kişilərin qoxu qəbul etməsi qadınlardan fərqlidir. Kişilərin bəyəndikləri qoxular sizin və onun xarakteri vasitəsilə də formalaşa bilər. Buna görə sizin bəyəndiyiniz bir qoxunun ona itələyici gəlməsi də mümkündür. Əgər sevdiyiniz insanın, sevgilinizin və ya həyat yoldaşınızın xoşuna gələcək bir ətir axtarırsınızsa, doğru qərarı bir neçə parametrə görə müəyyən edə bilərsiniz.
Həyat yoldaşınızın xarakteri və sizin xarakterinizin bir-birinə yaxın olduğunu nəzərə alsaq, hər ikinizin də orta məxrəcə gəlib bir ətir tapa bilməyiniz çox vacibdir. Romantik  gecə keçirməyi sevən cütlüklə idmanı, təbiəti dolaşmağı  sevən cütlüyün istifadə edəcəyi ətirlər bir-birindən çox fərqli olurlar.
Təbiətə bağlı bir həyat yoldaşınız varsa, müxtəlif növ çiçəklərdən hazırlanan xəfif ətirlərə üstünlük verə bilərsiniz, idmanı sevən bir həyat yoldaşınız varsa, çox ağır olmayan, ancaq dəniz qoxusunu andıran ətirlər istifadə edə bilərsiniz.
 
Təbii ki, sıx-sıx rəsmi axşam yeməklərinə gedən, əyləncə məkanlarında tez-tez görünən cütlüyün bir az daha tünd, yorucu olmayan, ancaq ədviyyatlı ətirlərə üstünlük vermələri yerində verilmiş bir qərar olar. Çünki bu tip məkanlardakı ağır hava ətrinizin daha çətin fərq edilməsinə səbəb olacaq. Tünd ətir açıq havada istifadəyə yararlı olmasalar da, sıx yerlərdə idealdır.
Son zamanlarda şəkərli adlandırdığımız bəzi ətirlər çox məşhurdur. Bu ətirlərin çöl gəzintilərində, şəhərdən kənardakı xırda ziyafətlərdə istifadəsi mümkündür.
Ancaq hansı ətir növünü istifadə edəcəyinizi bilsəniz belə, o növün hansı məhsulunun sizə uyğun olduğunu anlamaq üçün çoxlu sınaq aparmalısınız. Çünki hər ətir növü fərqli bədənlərlə uyğunlaşa bilər və sizə uyğun olmayan növü  seçsəniz, nəticə ürəkaçan olmayacaq.
Ətir almağa gedərkən dərinizin təmiz olduğundan və çox qoxulu şeylər yemədiyinizdən əmin olun. Bir neçə sınaqdan sonra burnunuz yorulacaq. Bu zaman qısa fasilə verin. Bundan sonra dərinizi təmiz su ilə yuyub doğru ətir axtarmağa davam edə bilərsiniz.


Şərhlər: 14
Baxılıb: 2133
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Menim balam
Gül iyili etirlerden istifade edirem
30 mart 2015 12:01
# 14
Nazan
tewekkurler
29 mart 2015 19:47
# 13
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
leyla_258
kisileri bilmerem ancaq,menim ucun ferqi yoxdur.
29 mart 2015 18:52
# 12
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Nergizz
herenin bir zovqu var,ama heyat yoldawinin istemedyi etri nece vurmaq olar?biz alanda yoldawimla ikimiz beyenib aliriq,
29 mart 2015 15:27
# 11
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
lelos
herenin bir zövqü var kişide öz etrini özü seçir
29 mart 2015 14:53
# 10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
men oz zovqume uyqun etirlerden isdifade edirem
29 mart 2015 14:35
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Qlamurr
Qadınlar daha çox yüngül,şirin ətirlərə üstünlük verirlər,kişilərsə tünd ətirləri sevir.
29 mart 2015 13:46
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
Kişiyə gorə ətirimdən vaz kecmərəm..ozu nə istəyir vursun
29 mart 2015 12:46
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
emis
oz sevdiyim etirleri aliram ama basqasininda xosuna gelse daha yaxsi olar
29 mart 2015 10:58
# 6
guler19
Ətirləri yoxlayıb seçərkən ətir gundelik getdiyimiz yerə də uygun olmalıdır. Ətir qarderobu geyim qarderobuna bənzəyir. müxtəlif mövsümlər, vəziyyətlər və əhval-ruhiyyəyə uyğun ətir olmalıdır məncə
29 mart 2015 10:38
# 5
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Nezka
İstər sevsinlər istər sevməsinlər mən öz ətrimi dəyişən deyləm
29 mart 2015 09:36
# 4
İçimi görsən mənə aptek alarsan.
Fialka
Ətir istifadə edərkən vurduğun ətir gedəcəyin yerə uyğun olmalıdı məsələn hansısa bir məclisə vurduğun ətri gündəlikdə istifadə etsən biraz ağır gələ bilər , seçim edərkən bu cür şeylərə də fikir vermək lazımdır.
29 mart 2015 08:56
# 3
Melissa
esas ozum nece etirleri sevirem op lazimdi mene..
29 mart 2015 08:29
# 2
BARBI
Kisiler qadinlara nisbeten daha agir iyli etirleri sevirler
29 mart 2015 08:24
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz