Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətir haqqında hər şey
Ətir haqqında hər şey
Göndərən: Nazlı_qız
Şərhlər: 16
Baxılıb: 1217
Səs ver:
Ətir notlarıyla tanış olaq.

Ətir dünyasında istifadə edilən terminlər ilə musiqi dünyasında istifadə edilən terminlər çox bənzəyir. Bunun səbəbi, hər iki fərqli dünyanın da mücərrəd anlayışlara və duyğulara xitab etməsidir.

Hər nə qədər biz gözlə görülə bilmədiyi üçün ətirləri "mücərrəd" olaraq təyin etsək də, onlar əslində müxtəlif kimyəvi qoxu molekullarının bir araya gəlməsindən meydana gəlirlər. Bu molekulların nə ağırlıqları nə də qüvvətləri bir-birlərinə bənzəməz. Bir qisimi daha yüngül olduqlarından daha tez havaya qarışarlar, bu səbəblə də onları daha əvvəl hiss edərik. Bir qisimi isə molekulyar ağırlıqlarına görə bu havaya qarışma müddətini uzadar və daha gec ortaya çıxarlar.

Bu vəziyyəti təsvir etsək, ortaya bir piramida şəkli çıxır. Bu piramidanın ən üst nöqtəsi, daha yüngül molekullar, yəni dərhal havaya qarışan və ilk anda qəbul etdiyimiz molekullardan meydana gəlir. Bu üst hissəyə "üst notlar" deyilir. Üst notlar ümumiyyətlə meyvə qoxulardan meydana gəlir. Bu üst notlara bağlı qoxu qəbulumuz, ümumiyyətlə 10-15 dəqiqə ilə məhduddur və ətiri sıxıb küçəyə çıxana qədər onsuz da təsirlərini itirirlər. Bir başqa sözlə, bu notlar yalnız "açılış" edərlər, ancaq alarkən qərar verdiyimiz zaman çox əhəmiyyətlidirlər.

Piramidamızın ikinci layında bir az daha gec havaya qarışan çiçək və ya aromatik qoxular vardır. Bu "orta ürək notları"dır. Ətirin xarakteri, onu fərqli və bəyənilən edən hissə, bu layın içində gizlidir. Bu laya "ürək" adı verilməsinin səbəbi də budur və bir ətir alarkən doğru qərar üçün əslində bir az müddət keçirib ürək notları qəbul etməli, qərarımızı da ondan sonra verməmiz lazımdır..

Üçüncü və döşəmədə olan laya isə "alt baza notlar" deyilir. Burada olan molekullar, ağırlıqları ən çox olan molekullardır. Ümumiyyətlə 2 saat sonra ortaya çıxarlar
 
Bilindiyi kimi ətirlərin spirt nisbətlərinə görə növləri vardır.

1) Ətir:
Ətir öz mayesidir. Yəni qoxuların əsasını bu maye meydana gətirir. Həddindən artıq dərəcə qalıcıdır ki, onsuz da bu qoxunu kimyaçılar və ətir şirkətləri ətiri tam mənasıyla hazırlamaq üçün istifadə edirlər. Yəni bizlərə Eau de Parfum, Eau de Toilette, Eau Fraicher və Eau De Clologne olaraq təqdim edilir.

Tərkibi:
Öz Yağlar: 20% ilə 40%
Spirt Saf Nisbəti: 96%
Notların miqadarı : 20% üst not, 30% orta not, 50% alt not

2) Eau de Parfum:
Bu növ bilindiyi kimi istifadə edilməkdə və satılmaqdadır. Bazarda çox qalıcıdır, bahalı ətirlər olaraq bilinirlər. Xüsusilə qadın ətirlərində görülür. Kişi ətirlərində görmək o qədər də mümkün deyil. Çünki qadın ətirləri ağır, kişi ətirləri yüngül olmalıdır.

Tərkibi:
Öz Yağlar: 7% ilə 14%
Spirt Saf Nisbəti: 90%
Notların miqadarı : 40% üst not, 30% orta not, 30% alt not

3) Eau De Toilette:
İndiki zamanda ən çox İstifadə etdiyimiz ətir növü budur. Eau De Parfuma nisbətən qalıcılıqda bir az yüngüldür, amma kifayət qədər imkan təmin edir.

Tərkibi:
Öz Yağlar: 3% ilə 10%
Spirt Saf Nisbəti: 80%
Notların miqadarı : 50% üst not, 30% orta not, 20% alt not

4) Eau Fraicher və Eau De Cologne:
Bu növdə ətirlərin əlavə məhsuludur, yəni odekolon, təraş lasyonu və duş gelləri və s. Spirt nisbətləri çox aşağı olduğundan bir müddət sonra dərhal uçub gedərlər. Ətirin spirt nisbəti nə qədər çoxdursa o qədər qalıcı və ağırdır.
Kişi və qadın ətirləri, qoxu ailələri

Kişi Ətiri:

Aromatik, meyvə, ağac və oriental qoxu ailələrindən meydana gəlir
- Aromatik: dinamik, canlı və yüngül qoxulardır. Adaçayı kimi qoxulu bitki birləşmələrindən meydana gəlir. Dəniz və çiçək notları ilə dəstəklənir.
- Meyvə: Yüngül və təzədirlər. Bergamot, mandalin, limon və portağal notlarından meydana gəlir. Ədviyyat və ağac notları ilə dəstəklənir.
- Ağac: İsti, kəskin və ağır qoxulardır. Baza notları, Səndəl ağacı, Sidr ağacıdır. Ədviyyat, dəniz və aromatik qoxular ilə dəstəklənir.
- Oriental: Ağır və eqzotikdir. Baza notlar ədviyyatlar, ağac və vanildir.

Qadın Ətiri:

Çiçək, meyvə, və oriental qoxu ailələrindən olurlar.
- Çiçək: Ən geniş qoxu ailəsidir. Şən və canlı qoxulara malikdir. Çiçək yarpaqları, yağ və toxumlardan ibarət olur. Müşk, ağac, meyvə və yaşıl bitki notları ilə dəstəklənir.
- Meyvə: Təzə və yüngül qoxulardır. Limon, portağal və naringi çiçəklərindən meydana gəlir. Çiçək notları ilə dəstəklənir.
-Oriental: İsti, ağır və şəhvət qoxusu təmin edir. Baza notları müşk, vanil, əmbərdir. Eqzotik çiçək və ədviyyat notları ilə dəstəklənir.

Ətir necə seçilir və İstifadə edilir:

Bəli ətir seçmək və İstifadə etmək çox əhəmiyyətlidir. Ətir baxmaq ilə alınmaz. Mağazada 2 biləyinizə 2 müxtəlif ətiri sıxırsınız və bir neçə saat çıxıb gəzin, baxaq 1 neçə saat sonunda hansı biləyinizdəki ətir çox xoş iy verir və qalıcıdırsa bax axtardığınız ətir odur. Hətta yanınızda bir neçə qız yoldaşınızla getsəniz daha gözəl nəticələr əldə edərsiniz. Əsla ananızla getməyin. Bizlər hələ analar üçün onların kiçik körpəsiyik. Ananız sizin üstünüzdə çox şirin qoxuları hiss etmək istəyərlər. Qadınlar da oğlan yoldaşıyla gedərsə məhsuldar bir nəticə əldə edərlər.
 
Hansı mövsümdə hansı növ ətir istifadə edilməlidir?

Bu da çox əhəmiyyətli bir mövzudur. Sizə tövsiyəm hərçənd çoxunuz bilir, qışda ağır qoxular yəni oriental qoxular istifadə edilməli, yayda isə yüngül və fresh qoxular istifadə edilməlidir. Bu kişilərədə, qadınlara da aiddir. Yayda ağır bir qoxu sürsəniz, ətrafınızdakıları boğmaq və sıxmaqdan başqa bir şey etməzsiniz.

Ətiri Dərimizə Tətbiq etmək

Ətir isti nahiyyələrə sıxılmalıdır - boyuna, qulaq arxasına, biləklərə... Nə qədər çox hərəkət varsa, o qədər təsirli qoxu verir. Quru dəriyə sahib olanlarda ətir çox qalıcı olmaz. Buna görə bir az daha çox sıxa bilərlər. Yağlı dəriyə sahib olanlar isə çox sıxmasın. Çünki yağlı dəridə ətir həmişə təsirli qoxu verir. Əgər ətiriniz Eau De Parfumdursa, sıxarkən ətrafınızda qoxu buludu meydana gətirib altına girməyiniz yetər. Çünki Eau De Parfum-lar onsuz da ağırdırlar.


Şərhlər: 16
Baxılıb: 1217
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
maraqliydi etir haqqinda hec bu qeder bilmirdim mende acig iyli etirleri sevirem daha dogrusu iminni aciq etir almiram hansi iy xosuma gelse aliram tesekkurler
30 mart 2015 19:05
# 16
Rusi
en cox acig iyli etirleri sevirem parfum
29 mart 2015 20:27
# 15
Nazan
inanin artiq ezberledim
29 mart 2015 19:47
# 14
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
leyla_258
ooofff bos seylerdi,menim cun.
29 mart 2015 18:53
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Nergız33
Etiri cox sevirem evdede olsam etirsiz qala bilmirem . Esasen gül iylileri
29 mart 2015 17:06
# 12
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
my_angel
" Çiçək: n geniş qoxu ailəsidir. Şən və canlı qoxulara malikdir. Çiçək yarpaqları, yağ və toxumlardan ibarət olur. Müşk, ağac, meyvə və yaşıl bitki notları ilə dəstəklənir."
En çox bele etirlerden istifade edirem...teşekkürler
29 mart 2015 15:48
# 11
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Nergizz
etrden cox istfade edrem,burda yazilanlarin coxunu bilirdim,en cox iwletdyim lakosta etridi,
29 mart 2015 15:40
# 10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
lelos
etirden çox istifade edirem
29 mart 2015 14:57
# 9
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
bunlari bilirdim
29 mart 2015 14:32
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Qlamurr
Eau de Parfumdan istifadə edirəm,ən çox yüngül,şirin ətirlərə üstünlük verirəm.
29 mart 2015 13:49
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
Cox etirdən istifadə ədirəm.əsasən yumşaq ətirlərdən istifadə edirəm
29 mart 2015 12:44
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
qanadli melek
Maraqlidi..men fesile gore deyiwmirem hansi fesil hansi xosuma geldi onu istifade edirem
29 mart 2015 12:38
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
guler19
Ətrin yaxşı və ya pis olmasını təyin edən onun tərkibidir. Ətirin qablarının rəngin baxanda bimək olur, məsələn qırmızı, çəhrayı çox vaxt şirin olur, mavi sərin, qara tünd. Amma bəzən bu adamı yanıldır.
29 mart 2015 10:40
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Nezka
mən həmişə Evidence işlədirdim indi isə incantoya keçdim
29 mart 2015 09:39
# 3
İçimi görsən mənə aptek alarsan.
Fialka
Ətirlər haqqında bunları bilirəm və həmişə Eau de parfum olandan istifadə edirəm ancaq fəsilə görədə dəyişir növləri..
29 mart 2015 09:00
# 2
BARBI
Eau de parfum adeten bu novden istifade edirem hem qalici hemde keyfiyyetlidir
29 mart 2015 08:26
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz