Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətir alarkən nələrə fikir vermək lazımdır?
Ətir alarkən nələrə fikir vermək lazımdır?
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 1380
Səs ver:
Ətir müxtəlif qoxulu maddələrin spirtdə həll edilmiş qarışığıdır. Əvvəlcədən əldə edilmiş resept üzrə qarışıq hazırlanır. Daha sonra bu qarışıq ən keyfiyyətli az miqdarda su əlavə olunmuş spirtlə qarışdırılır. Ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunur. Bundan başqa, ətirlərə qoxusunu uzun müddət saxlaması üçün də müəyyən maddələr, alındığı maddənin təbii çalarına uyğun rənglər qatılır. Ətriyyat kosmetik mallara, həm də parfümer mayelər, ətir, tualet suyu, odekalonlar aiddir. Parfümer mayelərin tərkibi 20%-i təbii ətirli maddələrdən, 80%-i sistetik maddələrdən və müəyyən rəng vermək üçün rəngləyicilərdən ibarətdir. İqtisadi İnkişaf Nazirliyi əhaliyə ətriyyat alarkən diqqətli olmağı məsləhət bilir. Ətriyyatın tərkibində olan mayelər dəridə və paltarda heç bir iz buraxmamalıdır. Ətriyyat mayelərin ən əsas keyfiyyət göstəriciləri, onların iyinin uzun müddət qorunub saxlanmasıdır, çünki ətir iyi dərhal deyil, ondan istifadə edən insanın dərisi arasında təxminən 30-40 dəqiqə reaksiya getdikdən sonra hiss olunmalıdır. Ətriyyat mayelərinin markalanması üçün etiketlərdən istifadə olunur. Yadda saxlamaq lazımdır ki, bahalı və sevimli markadan olan ətirlər belə xoşagəlməz qoxuya malik ola bilər və allergiyaya meyilli insanlarda əks reaksiya yarada bilər. Yerində yoxlamaq baxımından ətri flakonsuz almaq olar. Ətir tutumu 65 ml-dən çox olmayan şüşə, farfor və ya keramik materiallı flakonlara qablaşdırılır. Flakonun ağzı şüşə, polietilen örtüklü şüşə, plastmas və yaxud da metaldan olan vintkəsikli başlıqlarla sıx bağlanır. Ətir flakonları adi və bədii tərtibatlı futlyar və ya korobkalara yerləşdirilirlər. Bəzən açıq halda, futlyar və korobkasız da olurlar. Belə olduqda onları kağıza büküb yanları tikmə formalı karton karobkalara qablaşdırırlar. Qablaşdırmada istifadə olunan rənglər və forma dizayner tərəfindən müəyyən olunur. Malın adı üz tərəfdəki etiketdə göstərilir, digər göstəricilər isə (malın qrup adı, istehsalçı ölkənin adı, istehsalçının hüquqi ünvanı, sertifikatlaşdırma haqqında informasiya, mayenin tərkibi, həcmi, malın standart göstəriciləri, istehsal olunduğu ay, il, saxlama müddəti, malın ştrix kodu) qablaşdırmanın üzərində yazıla bilər. Markalanarkən flakona bədii tərtibatlı etiket yapışdırılır. Etiketin üz tərəfində məhsulun adı, əks tərəfində və ya futlyarda (əks tərəfində, yaxud dibində) əmtəə nişanı və ya istehsalçı müəssisənin adı və ya yeri, ünvanı, istehsal ayı və ili, standart nömrəsi və ya məhsulun keyfiyyət qrupu, ştrix-kodu qeyd olunur. Ətir ticarət şəbəkələrinə üstü bağlı nəqliyyat vasitələrində daşınmalıdır. Ətirin istifadə müddəti qutusu açılmamışlarda orta hesabla 3 il, açılmışlarda isə 6-18 aydır. Ona görə də böyük flakonlu ətir alarkən göstərilən müddətdə istifadə edilib-edilməyəcəyini düşünmək lazımdır. Lakin düzgün olmayan saxlama zamanı ətir daha tez müddətə keyfiyyətini itirə bilər. Onu əsasən isti, nəmişlik, gün və elektrik şüalarından qorumaq lazımdır. Şkaf, yaxud komodda saxlanması təhlükəsizlik baxımından əlverişlidir. Satış məntəqələrindən alan zaman qablaşdırılmasına ciddi fikir verilməli əzik, cızıq, qopma olmamalıdır. Markalanması diqqətlə oxunmalıdır. Ətir alan alıcıya həmin malların iyi ilə tanış olmaq üçün şərait yaradılmalıdır. Bunun üçün ətirli maye hopdurulmuş kağız parçaları və məsaməli materiallardan istifadə olunur. Əgər malın qablaşdırılması xüsusi örtük və ya lentlə bərkidilibsə, alıcıya onu açmaq və içərisində olanı yoxlamaq imkanı verilməlidir. Alıcı öz istəyi ilə bundan imtina edə bilər. Malın aerozol qablaşdırılması alıcının iştirakı ilə, satıcı tərəfindən yoxlanılmalıdır. Əgər hansısa səbəbdən tələb olunan lazımi keyfiyyətlərə malik ətir alıcının xoşuna gəlməmişdirsə, alıcı bu malı başqa analoji malla dəyişdirə bilməz. Çünki parfümer-kosmetik mallar özünəməxsus keyfiyyətə malik olan qeyri-məişət malları siyahısına daxildir ki, bu mallar da başqa analoji malla dəyişdirilə və geri qaytarıla bilməz.


Şərhlər: 17
Baxılıb: 1380
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
orginalliqi i iyi cox onemlidi
13 mart 2015 19:34
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nergizz
en cox iwletdyim etr lakosta sari rengini,doymuramde onun iyinden,
8 fevral 2015 02:09
# 16
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
ece uslu
etir secerken keyfiyyetine ustunluk verirem
8 fevral 2015 02:02
# 15
ismayilova ulker
Şəkildəki ətirdən varımdı əla qoxusu var.
6 fevral 2015 01:02
# 14
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
arzum-aysum
Soyuq və turş ətirləri sevirəm. Və çox istifadə edirem
5 fevral 2015 23:42
# 13
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
ayan97
Etur delisiyem askim sagolsun qoymur meni ozu alir
5 fevral 2015 19:46
# 12
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
arzu gunes
men sonuncu aldigim etirin qoxusunun qaliciligindan hec razi deyildim ama coxlu isdifade etdikden sonra icerisinde az qalmiwdiki etirin qoxusu usdumde uzun muddet qalmaga bawlaadi etirlerde insanlar kimi qeribedir
5 fevral 2015 17:15
# 11
leyla_258
IYISINE VE EN COX DA MARKASINA.
5 fevral 2015 16:02
# 10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
aynur2002
Etir delisiyem 122
5 fevral 2015 14:53
# 9
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Qlamurr
Məndə ətir xəstəsiyəm,alarkən də çox ölçüb-biçirəm,hər şeyinə fikir verirəm,ən əsası keyfiyyətli olmalıdı....
5 fevral 2015 14:17
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
sona
Fodaki etirden istifade etmiwem. Cox gozel iyi var. Vallah yalan deye bilmerem etir alarken fikir verdiyim yegane wey qoxusudu. sade olaraq etir alarken 3 etirden bawqa etrin iyine baxmiram. Tewekkur
5 fevral 2015 12:39
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
emis
sirin iyli erirleri mende sevmirem hediyye olunmusdu ama isletmedim sirindi deyre
5 fevral 2015 12:24
# 6
Bestoş
fikir verirem cox etir
5 fevral 2015 11:10
# 5
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
BARBI
Etir alarken her seye fikir verirem
5 fevral 2015 10:22
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
pozitiv
Fikir verirem
5 fevral 2015 10:10
# 3
Biz seni gormeden sevdik Ya Resulallah

"Bismillah" her xeyirin baslangicidir.
Yeni güne Bismillah!
Sehere qovusduran Rebbime sukurler
olsun...
lili)
bulari bilirdim sirin iyli etirleri hec sevmirem
5 fevral 2015 09:28
# 2
Melissa
men duxi delisiyem .. tskrler
5 fevral 2015 09:28
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz