Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətirlərin dilini biləndə...
Ətirlərin dilini biləndə...
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 1226
Səs ver:
ƏTRİYYAT SEÇİMİ İNSANIN PSİXOLOGİYASI İLƏ BAĞLI OLDUĞU KİMİ, ƏHVAL-RUHİYYƏSİNƏ DƏ TƏSİR GÖSTƏRİR
Zövqlü insanı tamamlayan əsas vasitələrdən biri də onun istifadə etdiyi ətirdir. Çeşidli parfümlərin gözəl qoxu yaratması müsbət halsayılsa da, onun mənfi cəhətləri də var. Əvvəlcə onların yaranma tarixinə bir nəzər salaq. Ətirlərin tarixi çox qədim zamanlara gedib çıxır. Bu barədə ilk məlumatlar qədim Misir papiruslarında verilib. Sonralar Romada, Ərəbistanda hazırlanmağa başlayıb. Bunlar tüstü formasında hazırlanan ətirlər olub. Qısa zamanda isə ağ maye halında hazırlanmağa başlayıb. Vaxt keçdikcə ətirə olan tələbat artdı və bundan, daha çox, yüksək təbəqənin insanları istifadə etməyə başladı. Günümüzdə ətirsiz insan, xüsusən də qadın təsəvvür etmək mümkün deyil.

Ətirlərin əsas hazırlanma səbəbi pis qoxuların aradan qaldırılması olub. İlk ətirlər qızılgül ləçəklərindən düzəldilib. XIV əsrdən isə ətirlərin tərkibinə spirt vurulmağa başlanıb. Ətirli yağlar və alkoqolun qarışığından olan müasir ətir ilk dəfə macarlar tərəfindən kraliça Yelizaveta üçün hazırlanıb. Sonralar bu parfüm Avropada "macar suyu” adı ilə şöhrət qazanıb.
1656-cı ildə Fransada əlcək və ətir istehsalçıları ətirli əlcək istehsalına başlayıblar. XVIII əsrdə isə odekolon kəşf edilir.
Tərkibirozmarin, berqamot və limondan olan odekolondan vannaya da əlavə edilir, eyni zamanda ağız yaxalayanda da istifadə etmək olar. Bu sahədə növbəti çevriliş XX əsrin əvvəllərinə aiddir. Ətir sahəsində ilk addımı Qabriel(Koko) Chanel atır. 1921-ci ildə "Chanel” və "Chanel N-5” ətirlərinisatışa buraxır.
Ətirlərin insan psixologiyasına da təsiri var. Bu barədə psixoloq Aytən Fətullayevanın fikrləri maraqlıdır: "İnsanların gündəlik fərqli tələbatları var. Yeməyə, suya olduğu kimi ətirə də tələbat yaranır. İnsanlar ətirdən istifadə edərkən onun ətrafdakılara necə təsir etdiyinə çox önəm verirlər. Yanındakı yaxın adamı, yaxud kimsə onun parfüm seçiminin düzgün olmadığını və narahatlıq doğurduğunu desə, bu həmin insanda kompleksə səbəb olur. Dərhal bu barədə başqa yaxınlarının da münasibətini almağa çalışır. Xüsusən də biz xanımlar çalışırıq ki, parfümümüz ətrafdakıları məst etsin. Hər hansı bir auditoriyaya bizdən əvvəl ətrimiz daxil olsun. Bütün bunlarla yanaşı ətir də bir növ insanın özünüifadə tərzidir. Şən, dinamik insanlar gül, çiçək ətirlərinə üstünlük verir. Darçın, zəncəfil, şokolad tərkibli ətirlər insanda depressiyanı aradan qaldırmağa az da olsa kömək edən vasitələrdəndir. Eyni zamanda bunlar tünd rəngli qarışıqlar olduğuna görə aqressivlik rəmzisayılır”.

Psixoloqun sözlərinə görə, ətirlərdən istifadə olunması yaşla da sıx əlaqədardır. 20-35 yaş arası qadınlar daha çox cəlbedici, ehtiraslandırıcı tərkibli ətirlərə üstünlük verirlər. Orta yaşdan sonra qadınlar geyimlərinə önəm verdiyi kimi, onları ətrafındakıların düşüncələrinə əsasən seçdiyi kimi ətirlərinin də daha çox tünd tərkibli olmasına, pis qoxunun qarşısını almasına önəm verirlər: "İstifadə edilən ətirli maddələrin (krem, balzam, duş geli və s. də ola bilər) bir-birini tarazlaşdırması simfonik orkestrdəki alətlərin uyğunluğu qədər önəm daşıyır. Ətirlərin qismən də olsa bürclərlə əlaqəsi var. Hər kəsin xarakterinə, öz təbiətinə, düşüncələrinə uyğun ətirlər seçdiyi artıq məlum gerçəklikdir”.
Parfümlərin tərkibi, qablaşdırılması, seçilməsi ilə bağlıfikirlərini bölüşən menecer, "Sabina” jurnalının baş redaktoru Zarina İbrahimovanın da fikrincə, ətir istifadə edilməsi və seçilməsi tamamilə insanın zövqü ilə əlaqəli bir işdir. Bununla yanaşı o, parfümlərin tərkibinin spirt, aromatik yağ və sudan meydana gəldiyini, ətirlərin qalıcılığının isə əsasən tərkibindəki spirt qarışığı ilə əlaqəli olduğunu bildirdi: "Ətirlərin mövsümlə də bağlılığı var. Məsələn, yay mövsümünə uyğun ətirlər yüngül çiçək qoxusu olanlar sayılır. Bunlardan istifadə nəticəsində insan özünü nisbətən gümrah, xoşbəxt və təravətli hiss edir.

Yaz qoxuları insanda yaşama həvəsini artırır. Çəkici və ovsunlayıcı qoxulu ətriyyatları isə xüsusilə qış və payız mövsümündə istifadə etmək düzgündür. Şirin təsirli ətirlər qızılgül ləçəyindən, onun üzərinə başqa maddələr əlavə edilməsindən əldə olunur, buraya vanili, şokoladı, portağalı, limonu da əlavə etmək olar. Parfümlər insanın ruh halına da təsir göstərir. Bu hadisə fərdi xarakter daşıyır. Hər insana təsir formasıfərqlidir. Bu baxımdan ətir istifadə edərkən bədənin bəzi hissələrinə diqqət yetirmək lazımdır. Boyun, sinəarası, biləklər, qoltuqlar, qulaqların arxası, dizlərin içəri tərəfi xüsusilə önəmlidir. Ətrin yayılması üçün isə istilik və hərəkət əsas şərtdir. Ətir seçərkən sınaq çubuqlarından istifadə edilməsi vacibdir. Biləyə vurulan ətir bədənin qoxusu ilə qarışdığından ətri düzgün seçməyə mane olur. Ancaq sınaq çubuqlarını istədiyiniz an iyləyə və onun dəqiq qoxusunu hiss edə bilərsiniz. Əgər iyləri qarışdırırsınızsa, bu zaman təzə qəhvə qoxlamağı məsləhətdir. Beləliklə də, qarışdırdığınız iylərifərqləndirə biləcəksiniz. Parfümlərin saxta və ya əsli olduğunu seçmək üçün üzərində adının düzgün yazılmasına fikir vermək lazımdır. Əgər onun qablaşdırılmasısəliqəli və düzgündürsə, istehsal edən ölkənin adı qeyd olunubsa, böyük ehtimalla, bu, həmin ətrin əslidir”.


Şərhlər: 19
Baxılıb: 1226
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
orginali paddelkadan sechmek cox asandi
13 mart 2015 19:07
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
etirlerden cox istifade edirem.,cox sagolun
5 fevral 2015 17:35
# 18
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Brilliantam
etir xestesiyem.50 ye yaxin etirim var.etirlere cox pul xercleyirem.sirin ve soyuq iyler sevmirem.
26 yanvar 2015 02:20
# 17
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Сладкий Ангел
menim en sevdiyim etirler gucci,versace,birde dolche gabana bunlarndan istifade edirem ama padarka filan verende de itifade edirem
25 yanvar 2015 19:17
# 16
.Bir gülüşüm var Sizlərə ömür...
Nazan
mende birdenedi

mende birdenedi
25 yanvar 2015 19:12
# 15
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Bestoş
etirim coxdur cur be cur
25 yanvar 2015 15:39
# 14
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
ece uslu
daha cox cicek qoxusu olam etirlere ustunluk verirem
25 yanvar 2015 14:56
# 13
xeyalperest
Hansi beyenirem aliram ferqi yoxdu nese etri cox sevmirem esas temiz olmaqdi tewekkur

Hansi beyenirem aliram ferqi yoxdu nese etri cox sevmirem esas temiz olmaqdi tewekkur
25 yanvar 2015 13:53
# 12
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
sona
Dunen ozume si etri aldim ilk defediki istifad edirem coooox gozel ihi var her kese yovsuye edirem
25 yanvar 2015 13:27
# 11
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Tomris Müslümova
insanlarin dilinden bas acmaq olmur qaldi hele etirler..sevirem etirleri onsuz evden cixmiram
25 yanvar 2015 12:56
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Gulu-Qezi
sevirem etirleri
25 yanvar 2015 12:21
# 9
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Melissa
her duxiden var mende cox sevirem duxileri
25 yanvar 2015 12:07
# 8
emis
xosuma geleni aliram
25 yanvar 2015 11:15
# 7
Qlamurr
Daha çox çiçək və sitrus meyvələrin qoxusunu verən ətirlərə üstünlük verirəm....ən əsasda keyfiyyətinə...tşk...
25 yanvar 2015 10:41
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Men daha cox cicek ve gul etirlerini sevirem
25 yanvar 2015 10:31
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Ən xoşladığım ətir belə olsa ürəyim bulanan vaxtı onun iyi gəlsə.sonra o ətirin iyi gələndə ürəyim bulanır
25 yanvar 2015 10:26
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
ayan97
Etirin iyi esasdi xosliyiramsa istifade edirem
25 yanvar 2015 10:17
# 3
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Fialka
Ətir secərkən bir cox şeyə diqqət edirəm bu tək qoxusu olmur..
25 yanvar 2015 10:07
# 2
aziz a
Men hecneyine , ne olub olmamasina fikir vermirem, qoxusu xosuma geldise, istifade edirem.
25 yanvar 2015 08:57
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz