Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətirlərin qalıcılığı dəridən də çox asılıdır
Ətirlərin qalıcılığı dəridən də çox asılıdır
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 1105
Səs ver:
Ətirlərin tarixi lap qədim zamanlara gedib çıxır. Belə ki, ətirlər haqqında qədim Misir papiruslarında məlumat verilib. İlk ətirlər tüstü formasında olub. Daha sonra ətirlər ağ maye ilə əvəz olunub. Ətirlərin yaranma məqsədi pis qoxuları aradan götürməkdən ibarət olub. İlk ətirlər qızılgül ləçəklərindən hazırlanırdı. XIV əsrdən etibarən isə ətirlərə spirt vurulmağa başlanılıb.
   
Bəzən ətirlərin müxtəlif tənəffüs yolları xəstəliklərinə səbəb olduğu deyilir. Fizoterapevt Adil İsrafilovun sözlərinə görə, ətirlər körpə uşaqlara zərər verə bilər. Belə ki, onların ağciyərləri hələ tam inkişaf etmədiyindən, ətirlərin tərkibində olan kimyəvi maddələr ciyərlərə ziyan vura bilər: "Bundan əlavə ətirdən istifadə göz xəstəlikləri (gözə düşərsə), dəri xəstəliklərinə (həssas insanlarda) də səbəb ola bilər. İngiltərə alimlərinin araşdırması zamanı məlum olub ki, ətirlərin tərkibinə vurulan maddələr burnun tutulması, göz yaşarması, bəbəklərin quruması, astma tutması, kəskin baş ağrıları, qısa müddətli yaddaş itkisi, diqqətsizlik, ikili görmə, asqırma və öskürək, qulaqlarda küy, cingilti və ağrı, baş dönməsi, nəfəs darlığı, udqunmada problem, ürək bulanmaları, həyəcanlanma, tez-tez əsəbiləşmə, oynaq, damar və əzələ ağrıları, yüksək təyziq və. s. bu kimi xəstəliklərə səbəb olur".

Bəs insanların arasında seçilmək üçün hansı qoxulara üstünlük vermək lazımdır? Kimya elmləri namizədi, kosmetoloq Nigar Almazova bildirir ki, insanlara ən çox ədviyyat qoxusunu əks etdiən qoxular təsir edir. Belə ətirlər afrodizyak ətirlər adlanır: "Kişilərin diqqət mərkəzində olmaq üçün afrodizyak qoxulara üstünlük vermək lazımdır. Bu qoxuların içində darçın qoxusu cəzbedicidir. Ətir seçən zaman darçın qoxulu ətirlərə üstünlük verməniz, sizi diqqət mərkəzində edəcək".
   
Ekspert bildirir ki, vanil qoxusu da insanlara təsir edir. Belə ki, yaxın keçmişdə vanil cinsi problemlərin həll edən ədviyyatlardan sayılırdı. Günümüzdə vanil qoxulu bir çox ətirlər satılır ki, bu qoxu da kişilərin sevdiyi qadın ətirlərindəndir.
   
Lavanda çiçəyinin qoxusu isə olduqca fərqli təsirə malikdir. Bu qoxu insanı gün ərzində yorğunluqdan qorumaqla yanaşı cinsi hissləri də gücləndirir.
   
Həmsöhbətimizin dediyinə görə, qadınlar ətir seçərkən mövsümi ətirlərə üstünlük versələr, bu, onlarda özünə inamı daha da gücləndirər. Belə ki, yaz mövsümünə uyğun yüngül, çiçək qoxularından istifadə edilməlidir. Bu zaman insan özünü daha təravətli və xoşbəxt hesab edir: "Yaz qoxuları insanda yaşama həvəsini artırır. Romantik olduğunuzu hiss etdirmək istəyirsinizsə, çiçək qoxularına üstünlük vermək lazımdır".
   
Qalıcı və ovsunlayıcı ədviyyatlı qoxuları isə xüsusilə qış və payız mövsümündə istifadə etmək uyğundur. Bu qoxular insana güc və cazibədarlıq hissi verir: "Şirin qoxular hər mövsüm üçün uyğun olsa da, bu qoxular fərdilik daşıyır. Özünüzü gənc və gümrah hiss etmək istəyirsinizsə, şirin qoxulardan istifadə etməyiniz məsləhət görülür. Çünki şirin qoxular indivudal olsa da, ehtiras yaradır".
   
Çiçək qoxuları əsasən, çiçəklərin yarpaqları, yağ və toxumlarından alınır. Meyvə qoxuları isə təzə və yüngül qoxulardır. Meyvə qoxuları əsasən bergamot, limon, portağal, naringi və portağal çiçəklərindən çəkilir.
   
N.Almazova bildirir ki, ətirlər də geyim kimi yaşa və tərzə uyğun seçilməlidir. Məsələn, gənclər meyvə və sabun kimi yüngül qoxulara üstünlük verməlidirlər, yaş artdıqca, ədviyyat və çiçək qoxuları seçə bilərlər. Ətir seçərkən dəri tipi də nəzərə alınmalıdır. Çünki əsmər xanımlara yaraşan qoxular sarışınlara uyğun olmaya bilər.
   
Almazovanın sözlərinə görə, ətirlərin qalıcılığı dəridən də çox asılıdır. Belə ki, yağlı dərilərdə ətirlərin qoxusu daha qalıcı olur. Bu səbəbdən də quru dərili xanımlarda ətirlər daha tez bitir: "Yağlı dərisi olanlar ədviyyat qoxularına, quru dərililər isə çiçək qoxularına daha çox üstünlük verməlidirlər".
   
Müsahibimin dediyinə görə, ətirlərin qabları da ətirlər haqqında məlumat verir. Məsələn, ağ qabda klassik, bahalı, zadəgan və saf ətirlər qablaşdırılır.
   
Psixoloqların fikrincə, qoxuların da öz dili var. Bəzən insanların deyib ifadə edə bilmədiyini qoxular vasitəsilə anlamaq mümkün olur. Bəs insanlara ən çox hansı qoxular təsir edir? Psixoloq Ülviyyə Hüseynovanın fikrincə, ətir hədiyyə alan zaman ətrin qabına baxıb, o insan haqqında müəyyən məlumatlar əldə edə bilərsiniz: "Sarı qablı ətir gətirən insan qaynar, şən, əyləncəli, həyat sevinci ilə dolu portağal rəngli ətir hədiyyə verən insan təsiredici, canlandırıcı, dinamik ruhlu insan olur. Ümumiyyətlə, ətirləri seçərkən qablarına diqqət yetirmək lazımdır".
   
Onun sözlərinə görə, ətirlərin həvəsləndirmə qabiliyyəti olduğu kimi, depressiya yaratmaq, stresə salmaq qabiliyyəti də var. Belə ki, ilk seçimdə bəyəndiyiniz qoxu sonradan sizi bezdirə, yora və hətta ruhdan sala bilər. Buna görə ətir seçəndə az miqdarda olan ətirlərə üstünlük vermək lazımdır.
   
Ətirlər insan haqqında məlumat daşıyıcılarıdır. Belə ki, sərt ətirlər, insanın ağırtəbiətli, ciddi, şirin ətirlər özünə qapalı, çiçək ətirləri romantik, ədviyyat qoxulu ətirlər ehtiraslı olduğunu bildirir.


Şərhlər: 13
Baxılıb: 1105
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
etir daha cox temiz derilerde bedende qalici olur iyi
13 mart 2015 18:47
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nazan
daha asan bir yolu var etri cox tokun olsun bitsin
19 yanvar 2015 18:37
# 12
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Wappuw
kiwi etirlerini cox sevirem xususende dima bilan
19 yanvar 2015 02:42
# 11
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
ayan97
Sirin iyden xosum galir sagolsun aakim alir
18 yanvar 2015 23:51
# 10
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
aynur2002
Menim qadin etirlerinden cox kisi etirlerinden xosum gelir.Mene ne deyirsiniz deyin. 124
18 yanvar 2015 19:27
# 9
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Сладкий Ангел
erirler benim heyatimmm
18 yanvar 2015 19:17
# 8
.Bir gülüşüm var Sizlərə ömür...
Gulu-Qezi
ETIRSIZ HEC EVDEDE DURMUREM HER SEHER IWIMI GORENDEN SONRA BEZENIB ETIRLENIREM
18 yanvar 2015 18:46
# 7
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Tomris Müslümova
etirsiz evden cole cixmiram
18 yanvar 2015 17:36
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
emis
mendede cox qalmir bilmirdim bu haqda
18 yanvar 2015 14:51
# 5
Qlamurr
Ətir bədənimdə o qədər də qalmır.....maraqlı məlumatlardı.....tşk....
18 yanvar 2015 13:04
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ece uslu
sirin ve cicek etirlerine ustunluk verirem
18 yanvar 2015 12:05
# 3
Fialka
Maraqlı məlumatlardı məndə ətir seçərkən bu fikirlərə önəm verirəm məsələn hansı ətri hara istifadə edirsən birdə mövsümə uyğun seçirəm.
18 yanvar 2015 09:51
# 2
BARBI
Menimde bedenimde etirler cox qalmir vaxt asiri tezeleyirem
18 yanvar 2015 08:23
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz