Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəri tipinə uyğun ətir necə seçilir?
Dəri tipinə uyğun ətir necə seçilir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1371
Səs ver:
Nə vaxtsa dəlicəsinə sevdiyimiz insanı unuda bilərik, onun qoxusunu isə əsla! Çünki qoxular insan xatirəsində unudulmaz izlər qoyur. Həmin insanı ömür boyu təkrarolunmaz qoxusu ilə xatırlayırıq. Bu gün ətirlərin hər dəriyə uyğun olmadığı və ətirlərdən istifadə qaydaları barəsində bir yazı qarşıma çıxdı. Və mən ətirlərin sehrli dünyasında itib-batdım... Qadın bölməsi ətirlərlə bağlı maraqlı faktları təqdim edir:
Ətirlərin yaranma tarixi haqqında
Zövqlü insanı tamamlayan əsas vasitələrdən biri də həmin şəxsin özəl istifadə etdiyi ətirdir. Ətirlərin tarixi çox qədim zamanlara gedib çıxır. Bu barədə ilk məlumatlar qədim Misir papiruslarında verilib. Sonralar Romada, Ərəbistanda hazırlanmağa başlayıb. Bunlar tüstü formasında hazırlanan ətirlər olub. Qısa zamanda isə ağ maye halında hazırlanmağa başlayıb. Vaxt keçdikcə ətrə olan tələbat artır və bundan, daha çox yüksək təbəqənin insanları istifadə etməyə başladı. Hazırda isə xüsən də qadınları onsuz təsəvvür etmək mümkün deyil.Ətirlərin əsas hazırlanma səbəbi pis qoxuların aradan qaldırılması olub. İlk  ətirlər  qızılgül ləçəklərindən düzəldilib. XIV əsrdən isə ətirlərin tərkibinə spirt vurulmağa başlanıb. Ətirli yağlar və alkoqolun qarışığından olan müasir ətir ilk dəfə macarlar tərəfindən kraliça Yelizaveta üçün hazırlanıb. Sonralar bu parfum Avropada "macar suyu” adı ilə şöhrət qazanıb. 1656-cı ildə Fransada əlcək və ətir istehsalçıları ətirli əlcək istehsalına başlayırlar. XVIII əsrdə isə odekolon kəşf edilir. Tərkibi rozmarin, berqamot və limondan olan odekolondan vannaya da əlavə edilir, eyni zamanda ağız yaxalayanda da istifadə etmək olar. Bu sahədə növbəti çevriliş XX əsrin əvvəllərinə aiddir. Ətir sahəsində ilk addımı əfsanəvi qadın Koko Şanel atır. 1921-ci ildə "Chanel” və "Chanel N-5” ətirlərini satışa buraxır.
Ətir qadın haqda daha çox informasiya daşıyır, nəinki imza. Ətir vurmayan qadının gələcəyi yoxdur. Ətir - görünməz olsa da unudulmaz və bənzərsiz aksesuardır. (Koko Şanel)
Ətirdən düzgün istifadə qaydaları
Bəzən rəfiqənizin ətrindən xoşunuz gəlir, ancaq eyni ətri alıb özünüz vuranda qoxu istədiyiniz kimi olmur. Bu, çoxlarının başına gələn hadisədir. Səbəbi isə hamının fərqli dəriyə sahib olmasıdır. Çünki qoxuya həyat verən insan dərisidir. Dəriyə vurulan ətir bəzən çox cazibədar, bəzən isə arzulanmayan qoxu yaya bilər. Belə ki, insanın özünəməxsus dəri xüsusiyyəti ətrin qoxusunu dəyişdirir. İnsanların yediyi yeməklər, gündəlik qəbul etdiyi maye və dəri tipi kimi bəzi xüsusiyyətləri parfümün yaratdığı təəssüratı dəyişməyə qadirdir. Parfüm almazdan əvvəl dərinizdə testdən keçirmək vacibdir. Başqa birinin istifadə etdiyi bir ətri bəyəndiyiniz üçün dərinizdə yoxlamadan almayın. Bəlkə sizin dərinizdə gözəl qoxumayacaq? Əgər iyləri qarışdırırsınızsa, bu zaman təzə qəhvə qoxlamağınız məsləhətdir. Beləliklə də, qarışdırdığınız iyləri fərqləndirə biləcəksiniz. Parfümlərin saxta və ya əsli olduğunu seçmək üçün üzərində adının düzgün yazılmasına fikir vermək lazımdır. Əgər onun qablaşdırılması səliqəli və düzgündürsə, istehsal edən ölkənin adı qeyd olunubsa, böyük ehtimalla, bu, həmin ətrin əslidir
Seçdiyiniz ətirlərdən düzgün istifadə etdiyinizə əminmisiniz?
Ətrin bədəninizdə uzun müddətdə qalıcı olmasını istəyirsinizsə, o zaman onu təmiz dəriyə tətbiq etmək məsləhətdir. Duşdan sonra vurulan ətirlərin qalıcı olmasının yəqin ki, şahidi olmusunuz. Duş qəbul etdikdən sonra məsamələr açıldığı üçün ətir dəriyə daha da yaxşı hopur və beləcə qalıcı olur.
 
Hər ətir dərinizə uyğun olmaya bilər!
Qoxusu xoşunuza gələn ətirlərin dərinizə nə dərəcədə uyğun olub - olmaması vacibdir. Dəri tipinə görə seçilən ətir sayəsində onun qalıcığı daha da artıq olur. Bədənin elə hissələri var ki, o hissələrə ətir vurduqda o daha qalıcı olur, məsələn, qulaq arxası, biləklər, sinə və s. Mütəxəssislərin sözlərinə görə, ətrin ömrünü uzatmaq üçü onu soyuducuda saxlamaq olar. Belə olduqda isə ətirlər həm də daha təsirli olur. Ətir istehsalçılarının sözlərə əsasən, əsmərlərə daha sərt, sarışınlara isə yüngül ətirləri almağı məsləhət görürlər. Ancaq təbii ki, zövq faktoru seçim məsələsində əsas rol oynayır.
Mövsümlər dəyişəndə qarderob da dəyişir. Lakin çoxları parfumu dəyişdirmək haqqında eşitmək belə istəmir. Halbuki, isti və soyuq hava ətrin qoxusunun təsirini azalda və ya çoxalda bilər. Ətir almağa günortadan sonra gedin. Çünki bu zaman insanın qoxu bilmə qabiliyyəti ən üst səviyyədə olur. Dəriniz qurudursa, ətirdən çox istifadə edin. Yağlı dəri ətri özündə daha uzun müddət saxlayır. Maksimum nəticə üçün ətri nəbz olan hissələrə vurun. Parfüm alacağınız gün başqa ətirdən istifadə etməyin. Ətirlər bir-birinə qarışsa, seçim etmək daha da çətin olacaq. Ətri dəriyə vurub 1-2 saat gözləyin. Bu vaxt kəsiyində siz ətrin sizdə necə təsir buraxdığını asanlıqla qərar verə bilərsiniz.  Ətri vurandan sonra həmin bölgəni ovmayın. Çünki bu hərəkətiniz ətirdəki molekulların parçalanmasına və qoxunun dağılmasına səbəb ola bilər.
Seçdiyimiz ətirlər bənzərsiz qadın olmaq şansını artırır. Hətta bəzən istifadə etdiyiniz parfumdan asılı olaraq sahibinin xarakterini də müəyyən etmək mümkündür. Ətirlərin qismən də olsa bürclərlə əlaqəsi var. Hər kəsin xarakterinə, öz təbiətinə, düşüncələrinə uyğun ətirlər seçdiyi artıq təsdiq olunmuş faktdır. Ətriyyat seçimi insanin psixologiyası ilə bağlı olduğu kimi, əhval-ruhiyyəsinə də təsir göstərir. Şən, dinamik insanlar gül, çiçək ətirlərinə üstünlük verir. Darçın, zəncəfil, şokolad tərkibli ətirlər insanda depressiyanı aradan qaldırmağa az da olsa kömək edən vasitələrdəndir. Tünd rəngli qarışıqlar aqressivlik rəmzi sayılır. Psixoloqların sözlərinə görə, ətirlərdən istifadə olunması yaşla da sıx əlaqədardır. 20-35 yaş arası qadınlar daha çox cəlbedici, ehtiraslandırıcı tərkibli ətirlərə üstünlük verirlər. Orta yaşdan sonra qadınlar geyimlərinə önəm verdiyi kimi, ətrin də onların yaşına uyğun olmasına diqqət edirlər.
 
Bəs kişilər ətirlər haqqında nə düşünür?
Qoxular qarşı cinsin diqqətini çəkən gözəgörünməz qüvvədir.  Qoxular istəməsək də, hissləri idarə edir. Bu da o deməkdir ki, bəyəndiyiniz kişini qoxular sayəsində də əldə edə bilərsiniz. Hətta elə qoxular var ki, kişiləri ehtiraslandırıb onların cinsəl arzularını oyadır, bəziləri isə qadınlarda xoş arzular və duyğular oyadır.  Qoxuların təsirləri elmi araşdırmalarda da təsdiqini tapıb. Qarmaqarışıq insan beyni hər cür qoxuya fərqli reaksiya verir.  Hətta baş ağrısını aradan qaldıra da bilir.
 
Darçın -  Hindistan və Şri Lankaya aid olan bu ədviyyat kişilərə ən çox təsir edən qoxular arasındadır. Darçın cinsəl arzuları artırır, afrodizyak özəlliyə malikdir. Darçınlı parfumları yüz illərdir ki, qadınlar kişiləri əldə etmək məqsədilə istifadə edir.
 
Vanil - Vanil bir çox kosmetikanın tərkibinə qatılan maddədir. Bitkinin tərkibində kişilərin cinsəl arzularını ələ keçirən maddələr var. Necə istifadə edilməsinin fərqi yoxdur: istər şirniyytalar, istər parfum, istərsə də içkilərin tərkibində istifadə edildikdə kişilərə təsir edir. Qədim zamanlarda ereksiya problemi ilə qarşılaşan kişilərə də vanilli içkilər içizdirərmişlər.
 
Lavanta - Lavanta bitkisindən adətən yuyucu tozların və yumuşadıcıların tərkibində istifadə edilir. Ancaq kişilər lavandanın cəzbedici qoxusu haqqında xəbərsizdilər. Kleopatra Mark Antoni və Yuli Sezarı lavandanın cəzbedici qoxusu sayəsində əldə edib. Yeni evlənən cütlüklər yatağın altına bir dəstə lavanda qoymaqla ehtiraslarını alovlandıra bilərlər.


Şərhlər:
Baxılıb: 1371
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz