Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətirləri necə seçməli
Ətirləri necə seçməli
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1668
Səs ver:
Bir çox qadınlar uzun müddət ona hansı ətrin daha uyğun olduğunu anlaya bilmirlər. Bu onları yenidən və yenidən ətir mağazasına getməyə və müxtəlif ətirlər arasında yenisini axtarmağa məcbur edir. "Öz" ətrinizi seçərkən yalnız təqdim edəcəyiniz xoş qoxunu deyil, həm də temperament və xarici görünüşü, xarakter və hətta saç rənginizi nəzərə alın.
Ətri saç rənginizə görə seçməyə cəhd edin. Zərif sarışınlara meyvə və güllərin təravətli və yüngül ətirləri uyğun gələcək. Onlar açıq saçlı gözəllərin obrazına incə bir havalıq əlavə edəcəklər. Açıq şabalıdı tellərə sahib olan qızlar seçimlərini onların parlaqlığını və ehtirasını gücləndirəcək ədviyyat və ya şirin vanil notlu çiçək-meyvə ətirlərində saxlaya bilərlər.

1.
Zəngin Şərq kompozisiyalı ətirlər kürən saçlılara şirəli notlar əlavə edəcək. Əsmərlərə meyvə,səndəl, müşk notlu soyuq ətirlər uyğun gəlir.

2. Xarakterinizə uyğun ətirlər seçin. Məsələn, siz güclü və hökmlü xarakterlə mənafeini gözləyən karyeristsiniz. Zamanın qiymətini bildiyinizdən o sizə həmişə kifayət edir. Nizamı və dəqiqliyi sevir, çoxlu dostlara sahibsiniz. Siz uğurlu, müvəffəqiyyətli, aydın məqsədilisiniz. O zaman gündəlik üçün seçiminizi çiçək-meyvə, gecə üçün isə aldehid və ya çiçəkli-aldehid ətirlərində saxlayın.

3. Siz əyləncəni çox sevir, həmişə diqqət mərkəzində olursunuz. Ətrafınızda xoş vaxt keçirmək üçün çoxlu dostlarınız var. Səyahət etməyi, yeni məlumatlar almağı sevir , bir çox həvəsə maliksiniz və heç vaxt işsiz oturmursunuz. Sizin üçün gündüzlər dəniz, çiçək, axşamlar isə ədviyyəli ətirlər daha münasibdir.

4. Siz fantaziyalısınız və tez-tez xəyallarda yaşayırsınız, idmanı və aktiv istirahəti sevirsiniz. Sizin gündüz ətirləriniz - sitruslu, təravətli, yaşıl-ədviyyatlı, meyvəlidir. Axşamlar - şərqsayağı, dəniz, ədviyyəli.

5.
Siz cəsarətli, coşğun, macəralara meyllisiniz. Bugünlə yaşayır , pul xərcləməyi sevirsiniz. Sizin geyimdə yaxşı zövqünüz var, özünüzə qulluğu sevirsiniz. Çox zarafatcıl və kişilər tərəfdən uğurlusunuz. Sizə bu ətirləri seçmək lazımdır: gündüz üçün mamırlı və çiçək-ənbər, axşamlar üçün çiçək-ağac və şiprli.

6.
Siz daim fikirlərinizlə məşğulsunuz. Daimiliyi və sabitliyi sevir, həyatdakı yenilikləri və dəyişiklikləri çətinliklə qəbul edirsiniz. Sizin kiçik ünsiyyət dairəniz var, vaxtınızı kitab oxunmaqla keçirməyə üstünlük verirsiniz. Sizə gündüzlər çiçək-ədviyyəli, axşamlar isə ağaclı-şərqsayağı ətirləri sınamaq lazımdır.

7. Siz ömürlük aktrisasınız, hər zaman roldasınız. Kütlə ilə oynayaraq diqqət mərkəzində olmağı sevirsiniz. İstedadınıza heyran olduqlarında sizə təriflər söyləyirlər. Özünüzə gündüz aldehid, şərqsayağı, çiçəkli, axşamlar isə Şərq -ədviyyəli ətirlər seçin. Siz - ilham və yeni ideyalara bürünən yaradıcı insansınız. Yaratmağı sevirsiniz, buna görə tez-tez göylərdə uçursunuz. Bəzən sizi anlamaq çətindir, amma siz xoş və ağıllı həmsöhbətsiniz. Gündüz üçün dəniz,çiçəkli-meyvəli, axşamlar üçün isə meyvəli-şərqsayağı ətirlər seçməyə cəhd edin.

8.
Siz incə və tez küsən insansınız. Başqalarına kömək etməyi sevirsiniz, sizin mehribanlığınızın hüdudu yoxdur. Tez-tez ağlayır və melanxoliyaya düşürsünüz. Gözəlliyi ən gözə çarpmayan şeylərdə görürsünüz. Sizi incitmək asandır, amma kinli deyilsiniz. Sizin gündüz ətirləriniz - təravətli, yaşıl-gümrahlandırıcı, ədviyyəli, cövüzlü ətirlərdir. Axşamlar üçün isə vanil notlu şirin ətirlər sizə uyğun gələcək.


Şərhlər:
Baxılıb: 1668
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz