Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İştaha təsir edən ətirlər
İştaha təsir edən ətirlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1405
Səs ver:
Bəzi ətirlərdən bəhs edərkən "İştah açan bir qoxusu var, ləzzəltli!" Deyə tanımlamamız boş fikir deyil. Elm insanları tərəfindən edilən araşdırmalara görə, bəzi qoxuların iştaha təkan verdiyi, bir qisiminin də iştahı kəsdiyi və toxluq hissi yaratdığı uzun zaman əvvəl sübut edildi. Yəni diyetadasınızsa qoxulara diqqət yetirməlisiniz! Kalori hesabı qədər, qoxu hesabı aparmağınız çox vacibdir.

İştah açan qoxular
Dünya səviyyəsində bir parfümyer olan Andreas Willhelma görə, vanil, kakao, darçın, portağal, bergamot qoxuları qətiliklə iştaha yaradır. Diyetadasınızsa və bu qoxularla iç-içə yaşayırsınızsa, kilo verməniz mümkün deyil. Bergamotlu çay, vanilli ətir və bunun kimi vərdişlərinizi mütləq dəyişdirməniz lazımdır.

Vanil, darçın, kakao, portağal və bergamot qoxuları iştah mərkəzini hərəkətləndirdiyi üçün insanı yemək yeməyə həvəsləndirir və təbii ki, bu vəziyyət də diyetanı çətinləşdirir. Ona görə qidalanmanıza diqqət etdiyiniz bir dönəmdəsinizsə, istifadə etdiyiniz ətirdən, yediyiniz, içdiyiniz qidalara qədər hər şeyi bir daha nəzərdən keçirməlisiniz.

İştahı kəsən qoxular
İştah mərkəzini sakitləşdirən və toxluq hissi yaradan qoxuların başında yaşıl alma, banan, nanə və sarıkök gəlir. Bu qoxular yemək yemə hissini minimuma endirir və dietanizi asanlaşdırır.

Amerikalı nevrologiya üzrə mütəxəssis Dr. Alan Hirsch "Dr. Hirsch'S Guide to Scentsational Weight Loss" adlı kitabında, qoxular ilə tox qalmanın mümkün olduğunu yazır. Bu fikr üzrə aparılan araşdırmada, artıq çəkidən şikayətlənən 3.000 (üç min) insana hər gün yemək yeməmişdən əvvəl yaşıl alma, banan və nanə iylədildi. Araşdırmanın sonuna gəlindiyində bu şəxslərin orta hesabla 5 kilo itirdikləri təyin olundu. Çünki yaşıl alma, banan və nanə qoxuları şəxslərin iştahını azaltdığından bu şəxslər normal yediklərini bir neçə yüz kalori daha az qida qəbul edərək kilo verməyi bacardılar.

Qoxular, elektrik sürətli ilə iştah mərkəzi üzərində əhəmiyyətli təsir edir. Yəni dad duyğusunu doydurmaq üçün, qoxu duyğusunu da doydurmaq lazımdır. Almaniyada edilən bir araşdırmada da, bu qoxuları tez-tez iyləyən insanların, iyləməyən digər qrupa nisbətdə daha sürətli kilo itkisi əldə etdikləri müəyyən olunmuşdur.

Xoşbəxtlik verən qoxular
Müəyyən qoxular ruh halını dəyişdirmə qabiliyyətinə malik. Budur, xoşbəxtlik verən qoxuların ən başda gələnləri: Sobadan yeni çıxmış çörək qoxusu, dəniz qoxusu, təmiz yataq dəstinin qoxusu, çəmən qoxusu, körpə qoxusu, təzə çiçək qoxusu, vanil, peçenye və şokolad qoxuları.
Mentol, nanə, okaliptus, bibəriyə və qara bibər qoxuları da enerji verib bədəni və ruhu canlandırır.


Şərhlər:
Baxılıb: 1405
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz