Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dupont parfum
Dupont parfum
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2292
Səs ver:
Statuslu aksessuarları ilə məşhur olmuş ticarət markasının tarixi nüfuzlu siyasətçilərin və biznesmenlərin rəsmi portretçisi olan dayısına kömək etmək üçün 18 yaşlı Simon Tissot-Dupontun Parisə gəlməsi ilə başlandı.Onların evində olaraq üçün uğurlu və varlı insanların həyat tərzini tam nəzəri ilə görməsi və qavramasını şöhrətpərəst gənc özü üçün şans hesab edir. 1872-ci idə Simon anlayır ki, şəxsi biznesini açmaq zamanı gəlib. Elit müştəriyə yönəlməyə qərar verən gələcək "aksessuarların kralı" qiymətli dəridən keyfiyyətli kiçik çamadanlar və sakvoyajların istehsalını qeyd etdi. Simon Tissot Dupont nişanlı məmulatlar öz ünvanlarını dərhal tapdılar- diplomantlar, hüquqşünaslar və biznesmenlər. Tədricən şirkətin assortimenti genişlənir, məhsulun özü isə daha dəbdəbəlu olur. Simon Tissot Dupont yaradıcısı çox tez anlayır ki, onu uğurun zirvəsinə aparacaq at- bu eksklüziv keyfiyyətdir. Dyupon yeni metodların və texnologiyaların hazırlamasında xəsislik etmir. Məsələn, Simon Tissot Dupont-un lak örtüsü – hələ heç kimin aça bilmədiyi firma sirridir. Yalnız o məlumdur ki, lakın təkibində nadir bitki qətranı olan Rhus Vernicifera ailə sumaosu var, onun emal üsullarını isə Dyupon Çin ustalarından şəxsən öyrənib. Bu naxışlı materiallardan Simon Tissot Dupont aksessuarlarında indiyə qədər istifadə olunur - çantalar, portsiqarlar, alışqanlar, qələmlər, pul kisələri, qeyd kitabçaları, breloklar, bıçaqlar, hyumidorlar ( siqar saxlamaq üçün kiçik yeşik)– hədsiz zərif və nəfisdir. Bu günə kimi şirkətin rəqiblərindən heç biri çalarların qeyri-adi dərinliyinə nail olmağı bacarmayıb- tüstülü-göy, mərcan, al-qırmızı, qızılı-tısbağa. Keçən əsrin 20-ci illərində sükana Dyuponun oğlanları qalxdılar — Lucien və Andre. Atanın təcrübəsindən ilhamlanan qardaşlar istehsalı güclü artırırdılar. Məhz bu ərəfədə Dupont məmulatları sənət əsərləri statusunu və dünya şöhrətini qazandılar. 1929-cu ildə iqtisadi böhran gücləndi və şirkətin gələcəyi şübhə altında qaldığı bir zamanda uzun düşüncələrdən sonra Dyupon qardaşları belə nəticəyə gəldilər ki, gələcəkdə diqqəti böhrandan ziyansız ötüşmüş müştəri kateqoriyası üçün olan mallarda cəmləmək lazımdır. Belə ki, Simon Tissot Dupont məhsulları daha elit olur. İkinci dünya müharibəsi az qala dəbdəbənin təntənəsinə son qoyacaqdı. Bundan başqa, Dupont məmulatları üçün münasib xammalda narazılıqlar başlandı. Şirkəti saxlamaq üçün Lyusyen və Andre hər şeyə yenidən başlaçağa və münasib qiymətə benzin alışqanlarının buraxmağa qərar verdilər. 1941-ci ildə şirkət ilk qaz alışqanının istehsalı üçün patent aldı. Siyasətin və iqtisadi vəziyyətin stabilləşməsi dərhal qardaşları mənbələrə– ən yüksək keyfiyyətə və eksklüzivliyə qayıtmaq üçün hərəkətə gətirdi.İlk qaranquş qızıl alışqan oldu. Bu son dərəcə dəbli və zərif bəzək-düzək ona gətirib çıxardı ki, bu gün dünyada bahalı alışqanların təxminən 80 faizinin satışı məhz S. T. Dupont-un payına düşür.1973-cü ildə ilk diyircəkli qələm yarandı. 2 il sonra kolleksiyaya qızıl və gümüş, daha 1 il sonra isə orijinal Çin laklı qəlmlər əlavə olundu. Dyuponların keyfiyyətə düşkünlüyü 80-ci illərdə şirkətin saat sənətinin inkişafına öz töhfəsini verdi.İsveçrə mexanizminin əsl fransız şarmı ilə birləşməsi S. T. Dupont saatlarını yalnız dəqiqliyin deyil,eyni zamanda prestijin, zərifliyin və lüksün etalonu etdi. 1998-ci il bazara yeni S. T. Dupont ətrinin buraxılması ilə qeyd olunaraq digər mühüm bir hadisənin carçısı oldu. Elə həmin il şirkət lüks Dəb evlərinin siyahısında özünə yer qazandı. Təbii parçalar, qüsursuz biçimlər, fərqli tərz, eləcə də, brendə xas eksklüziv keyfiyyətin 100 illik "dözümü” ilk kolleksiyanı mükəmməlliyin sensasiyasına çevirdi. Xüsusən, S. T. Dupont geyimləri qüsursuz aksessuarlar və zərgərlik məmulatları ilə tamamlanır. Onların bəzəyinin qədim üsulu — "metal quşlloş" və "kral lakı" şirkətin həyat şüarını təcəssüm edir - "əsl dəbdəbə — bu xırda şeylərdə mükəmməllikdir".
Bu gün Dupont 80 faizi ixrac edilən minlərlə müxtəlif məhsullar istehsal edir. Şirkətin dəbdəbəli assortimentində ətrilər xüsusi yerə məxsusdur. Dupont Blanc for Women qadın ətri öz vaxtının açılışı oldu, müəllifi - "çiçək ətirlərinin kraliçası" Fransuza Karon - kompozisiyanın yaradılması üçün xüsusi ağ güllərdən istifadə edib.Ekspertlərin fikrincə, bu ətir zərif cinsin nümayəndələrinin daxilində qadınlığı sanki yenidən yaradır... Dupont Noir for Men "cüt” ətir qara rəngin kontrastında yaradılaraq ətir dünyasında özünəməxsus yin-yangı bir növ aşkar etmişdir.

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 2292
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz