Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lacoste - dünya şöhrətli ətir
Lacoste - dünya şöhrətli ətir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2370
Səs ver:
Dünya şöhrətli brendin yaradıcısı Rene Lakost 1906-cı ildə Lа Нispano-Suiza şirkətinin avtomobil buraxan zavodlar şəbəkəsinin sahibinin ailəsində doğulmuşdur. Oğlanın hər şeyinin olmasına baxmayaraq, zəif səhhəti ona taleyin verdiyi bu şanslardan istifadə etməyə mane olurdu. Lakin balaca Rene inadkar və məqsədli idi. Hətta xroniki bronxit peşəkar idmançı olmaq arzuzuna mane ola bilmədi. Atasının gələcək müzəffərin qarşısına qoyduğu şərt ("Rene, əgər beş il ərzində sən raket №1 olmayacaqsansa, onda ailə biznesinə qayıdacaqsan!") onun sevimli idmanda– tenniyüksəkliklərə nail olmaq arzusunu yalnız kəskinləşdirdi. Lakost liftdən istifadə etməyi dayandırdı,kortda məşqlərdən sonra isə şəxsi evin (buna görə onları hər il suvaqlamaq lazım olurdu) divarında zərbələri yerinə yetirirdi. Özünü təkmilləşdirmənin inadkar illəri, qələbələrin və məğlubiyyətlərin siyahısı və budur 21-ci ildə Rene dünya çempionu titulunu qazanır. Bu zəfərədən sonra o vaxtın bütün önəmli tennis yarışlarında qızıl medallar qazandı: Fransanın (1925,1927,1929 il) açıq çempionatı, Uimbldon yarışı (1925,1928 il), U.S. Open (1926, 1927-ci il). Nəhayət ən əhəmiyyətli uduş - 1927-ci ildə Devis kubokunda Fransa yığmasının qələbəsidir. Bu Reneni dünya tennisinin əfsanəsi etdi! Yeri gəlmişkən, məhz bu yarışda Lacoste loqotipinin ideyası doğuldu – yaşıl timsah. Məsələ ondadır ki, Fransa yığması kapitanı coşğun tennisçiyə qiymətli və orijinal mükafat söz verdi. Rene uddu və aldı…timsah dərisindən çemodan. Buna, inadkarlığına görə "tərsliyinə"" görə Rene kortda "alliqator" ləqəbini aldı. Sonra onun dostu Robert Corc Lakostun kortda çıxış edərkən geydiyi köynəkdəki naxış timsahın fiqurunu çəkdi. Dediyinə görə bu köynək onun öz əli ilə tikilmişdi - Rene sağlamlığının xüsusiyyətlərinə görə istidən əzab çəkirdi. Yüngül trikotajdan ağ, qısa qollu – tennisə oyunu üçün klassik geyimə çevrilən və gələcək şirkətin əsas hedlayneri olmuş ilk tenniska belə yarandı. Təəssüf ki, 27 yaşlı Lakosta idman karyerası ilə vidalaşmalı oldu – onda vərəm aşkar etdilər. Rene Lakost böyük idmandan dəb dünyasına gəldi-ən böyük fransız trikotajlarından birinin sahibi və prezidenti Andre ilə birgə trikotajdan və kətandan idman geyiminin istehsalı ilə məşğul olmağa qərar verdi. Fransızların sevilmli tenniskalarından başqa, şirkət həmçinin qolf,yaxtinq, polo kimi aristokratik idman növləri üçün geyimlər butaxır. 1963-cü ildə Rene Lakost biznesi oğlu Bernara verir. Gənc və enerjili sahibkar öz atasının inadına varis oldu və şirkəti yeni səviyyəyə çıxardı. Məhz o zaman Lacoste sözü futbolkalarla xüsusi assosiasiya edilməyə başladı – Bernar buraxılışı qaydaya saldı, ətirlər, optik və günəşdən qoruyan eynəklər, dəbdə olan gündəlik və idman ayaqqabıları, saat, dəri məmulatları və başqa aksessuarlar -məşhur yaşıl timsah emblemli. Lacoste-nin "ətirli" tarixi 1984-cü ildə,şirkət ilk ətiri buraxdığı zaman başlandı -Lacoste PourHomme. Parlaq, nikbin, enerjili, "coşğun" – o kişiləri sanki idman nailiyyətlərinə kökləyirdi! Lakosta şirkətinin rəhbərliyi ətir sənətində şedevrlər yaratmaq üçün Olivier Cresp, Laurent Bruyere, Annick Menardo, Claude Dir və Domitille Michalon kimi məşhur "burunları” cəlb etdi. Onlar arasında Lacoste Blanc , Lacoste Essential , Lacoste Elegance , Lacoste Inspiration , Lacoste Femme , Lacoste Touch of Pink , Lacoste Hot Play , Lacoste L.12 ətirləri çox məşhurdur. Bu ətrilərin hər biri müxtəlifdir, lakin onları birləşdirən bir şey var- bu ətirlər azadlıq sevər, qalib gəlməyə səy göstərənlər üçün ünvanlanmışdır. Lakoste ətirləri əsasən "kajual” və "idman”üslublarına aiddir. Rene Lokast 92 il yaşadı-o 1996-cı ildə Fransanın Cənub-Qərbində yerləşən evi Sen-Jan-de-Lyüzdə dünyasını dəyişir. Lakin onun ölümündən sonra da Lakosta ən məşhur və hörmətli brendlərdən biri kimi qalmaqdadır. Son illər brend daha məşhur oldu- fransız dizayneri Kristof Lemeri sayəsində Lakosta-nın yaradıcı başlanğıcı haqqında dünyanın ən ”zərif və intelligent” brendi kimi danışmağa imkan verir.

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 2370
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz