Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Carolina Herrera - zərif ekstravaqantlıq
Carolina Herrera - zərif ekstravaqantlıq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1190
Səs ver:
Carolina Herrera-Maria Carolina Josefina Pakanins və Ninonun ailəsində 1939-cu ildə Karakasda (Venesuela) anadan olub. Gələcək modelyerin əsas uşaq əyləncəsi atlar, itlər və idman idi. Qızın 12 yaşı olanda ailəsi Nyu-Yorka köçdü. Mütərəqqi əhval-ruhiyyəyə köklənmiş modapərəst nənəsi 13 yaşlı Karolinanı Parisdəki Cristobal Balenciaga nümayişinə aparır. Elə o zaman qızcığaz bütün həyatı boyu nə ilə məşğul olacağına qərar verir. Lakin xəyal və reallıq arasından 30 ilə yaxın vaxt keçir. ...Karolina hər zaman impulsivlik ilə xarakterizə olunurdu. Bu onun həm şəxsi həyatına (o çox erkən ailə qurmuş, 2 qızını- Mersedes və Anna Luizanı dünyaya gətirmiş, ikinci nikahından da 2 qızı- Karolina-Adriana və Patrisiya doğudu), həm də peşəkar karyerasına təsir etmişdi. Biopsixoloq təhsili alan Karolina təsadüfən özünə köməkçi axtaran rejissorla tanış olana qədər öz ixtisaı üzrə işləyirdi. Bunula da karolina artıq Los-Ancelsdə kino və şəkil sənətini dərk edirdi. Bir müddət ailə onu öz təsiri altına almışdı və onun dəbə olan marağı özünün parlaq qarderobu ilə yekunlaşırdı. 80-ci illərdə Karolina Herrera dünyada ən yaxşı geyinilmiş qadın reytinqlərinə başçılıq edirdi. Məhz o özünün qüsursuz zövqü və qeyri-adi görünüşü ilə bir çox müasir rəssamlar üçün muza oldu. Andy Warhol fırçasının nəticəsi olan Karolinanın portreti indiyə qədər dünya muzeylərinin müxtəlif sərgilərini səyahət edir. Nəhayət o gün gəldi- bir tərəfdən Karolinanın əri Reinaldo Herrera, digər tərəfdən isə Vogue jurnalında dəb bölməsinin rəhbəri, rəfiqəsi Diana Vreeland onu istedadını boğmamaq üçün razı salmağa başladılar.
1981-ci ildə yaxınlarının dəstəyi ilə Karolina Nyu-Yorkda zərif ekstravaqantlığın qəbzi olan ilk kolleksiyasını təqdim edir. Bu böyük uğur idi- Əgər nəzərə alsaq ki, o zaman zərif cins əşyaları kişi çiyinlərində daşımağa üstünlük verirdi. Carolina Herrera Limited şirkətinin istehsal etdiyi məhsullar dərhal ictimaiyyətin varlı hissəsi, valehedici seksual biçimə və gözəl siluetə əsir olanlar arasında must-have oldu. Mübahisəsiz müvəffəqiyyətə sübut isə ən azından Jacqueline Kennedinin 12 il yalnız bu brendə üstünlük verməsi ola bilər.
1988-ci ildə carolina Herrera ilk ətrini buraxdı-Carolina Herrera. Jasmin və tuberozun romantik birliyi qadını lüksün çoxqatlı duvağıyla bürüyür.Baxmayaraq ki, rəflə növbə ilə bir çox ətir nişanları gəlirdi, şirkətin debüt ətirli flakonları hələ də şikayət etmir. Şirkətin ətriyyat debütüylə flakonlar indiyə qədər rəflərdə yatıb qalmır, hərçənd ətrin dəyişməsinə daha az nişan olmayanlar gəldilər. Məsələn, Karolinanın yaradıcılığının şəhər-beşikləri olan Nyu-Yorkun kodu verilən məşhur 212 ətri. Müşk "dibli" yumşaq çiçək buketi - belə provokasiya və dolğun-təravət- dizaynerin qızı Karolina-Adrianın fəal iştirakı ilə yaradılmışdı. Ətir o qədər uğurlu alındı ki, 3 il sonra şirkət kosmetika seriyası buraxmağa qərar verdi.Nyu-Yorka növbəti sevgi meyvəsi isə 2012 Men kişi ətri oldu. Ətir işıqsaçan rəqəmlərlə şüşədən və metaldan innovasiyalı parlaq flakonda yaradıcısı Fabien Baronun müasir üslubunu təcəssüm edir.
Üçüncü minilliyin başlanğıcı əlamətdar oldu - nəhayət, Nyu-Yorkun Medison küçəsində ilk butik açılır. Qısa vaxt ərzində Carolina Herreranın Los-Anceles və Dallasda mağazaları meydana çıxır. 2001-ci ildə brendin assortimentilüks sinfinin aksessuarları hesabına genişlənir– eynək,kəmər,pulqabı,Carolina Herrera çantaları. Brendin inkişafının məntiqi davamı artıq 9 il zərif eleqantlığın sadiq tərəfdarlarına özündə Carolina Herrera obrazını sınamağa imkan verən pret-a-porte seriyası oldu.

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 1190
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz