Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
PACO RABANNE - zərifliyin sirri
PACO RABANNE - zərifliyin sirri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 994
Səs ver:
Francisco-i- Rabanedanın uşaqlığı qeyri-adi keçib. Oğlan 1934-cü ildə İspaniyanın San-Sebastyano şəhərində dünyaya gəlib və 5 yaşı olanda ailə vətənlərindəki müharibəyə görə Parisə köçürlər. Respublikaçı atası inqilab vaxtı itkin düşdü, Françiskonun tərbiyəsi ilə ateist, Marks ideyalarını dəstəkləyən anası və okkultizm sahəsində gizli biliklərə sahib olan çox dindar nənəsi məşğul olurdu. Bu müxtəlif tərəfli təsir- dəbin gələcək dahisinin xarakterini formalaşdırdı- sədaqət, alicənablıq, bütün yeniliklərə açıq fikirlilik, reallığın çox tərəfli və variantlı olmasına inam.
18 yaşlı Françisko Parisdə Milli sənət məktəbinin arxitektur fakultəsində oxumağa başladı. Təhsilinin pulunu ödəmək üçün Balenciaga Moda Evinə hazırladığı aksesusarları,düymələri təklif etdi. Onun ideyalarə iltifatla qəbul edilmişdi- ilk növbədə Cristobal Balenciagln köməkçisi işləmiş anasının sayəsində. Zaman keçdikcə Paco Rabanna-dan (françiskonun qısaldılmış adı belə səslənir) sifarişi olunan orijinal aksesuarların- çantaları, bəzək əşyaları, kəmərləri YSL, Givenchy, Dior Evlərinin məhsulları kimi qəbul olunurdu.
60-cı illər özü ilə sənətdə çevrilişi gətirdi. Rəssam qeyri-adi materialllardan, forma və teksturalardan ilhamlanırdı. Paco Rabann ümumi tendensiyalardan kənarda qalmadı, öz yaradıcı ideyalarını o qədər realizə edirdi ki, onun ilk kolleksiyasını xarakterizə edərkən yalnız bir sözdən istifadə etmək olar- "şok”. Tünddərili modellərin geydiyi geyimlər- nominal olaraq geyim adlandırmaq olar-onlar plastik və metaldan lehimləmə lampası və kəlbətin ilə hazırlanmışdı. Zərif Paris ictimaiyyətinin hiddətinin sərhəddi yox idi! Lakin qalmaqal- ən yaxşı reklamdır. Tezliklə eksentrik eksperimentator Paco Rabanno haqqında yazmağa və danışmağa başladırlar... Koko Şanel məsələn onun "dəbin metallurqu” adlandırırdı. Paco Rabanna brendi ətrafında ajiatajın yeni həyəcanı sənətkarı növbəti kolleksiyasını hazırlamağa cəsarət verdi-ən azı avanqard tərzli. Paltarlar şüşədən, kağızdan, holoqrafik lifdən, detaldan, tökmə metal və müvafiq sintetik xəzdən-inanıkmaz, yalnız dəbin bütün əsaslarına qarşı gedən kosmik ekletizm. Ən maraqlısı isə,baxmayaraq ki, fantastik geyimlər "geyinilməyən”-dir, onlar zərifliyi ilə valehedicidirlər. Moestronun özü yaradıcılıq istiqamətini belə müəyyən edir: "Mənim paltarlarım başqa dünyanın və sivilizasiyanın gözıl qadınları haqqında xatirələr yaradır”.
Pacodan npvbəti avantüra- Paco Rabanna ətir seriyasıdır. 1969-cu ildə PUİG ətir şirkəti ilə birgə buraxılan qadın ətri Calandre debüt oldu. Bu ətər görə kutyur elə həmin ildə Beauty İndustry mükafatına layiq görüldü. Ustadın növbəti yaradıcı əsəri də isti qarşılandı. Məsələn, Paco Rabanna Pour Homme kompozisiyası və qablaşdırmasına görə Paco Rabanna ətir Oskarı aldı- Fragrance Foundation Recognition Award. Kişi ətri XS (Excess Pour Homme) 1993-cü ildən başlayaraq bazardakı lider mövqeyini itirmir. Nəhayət, futurit Ultraviolet elə yarandığı ilk ildən milyonlarla qadın üçün ətir kultuna çevrilərək əsl əfsanə oldu. Dəb tənqidçilərindən biri zarafatla belə demişdi, " Mükafat xronologiyasına görə Paco Rabannanın qazandıqları ilə dəb tarixini izləmək olar”. 1992-cü ildə ustad İspaniyanın Sevilya Kral Sarayının retrospektiv sərgisində iştirak etmək şərəfinə layiq görülmüşdü.Dünyanın ən yaxşı muzeylərindən sonra-Nyu-York,Tokio,Paris-ictimaiyyəti ilk Rabanna şedevrləri ilə tanış etməyə görə yarış keçirildi. 1989-cu ildə çoxsaylı humanitar layihələrdə aktiv töhvələrinə görə Paco Rabanna ən yüksək mükafata layiq görülmüşdü-"Katolik İzabella ordeni”.2001-ci il isə Pako Rabannaya daha məşhur bir mükafat gətirdi- Əlahəzrət İspaniya kralı tərəfindən verilən Zərif Sənət Qızıl Medalı.
Paco Rabanna yaradıcılığının təbii və gözlənilən davamı saatlar (MONTRES Amber SA ilə əməkdaşlıq nəticəsində) oldu. Uniseks üslubunda hazırlanmış saatlar şərtlərdən uzaq və həyatın hər anını qiymətləndirən müasir insanlara ünvanlanmışdır. Estetik dəyərdən başqa, saatlar həm də müasir ekoloji tələblərə cavab verdiyinə görə unikaldır-onlar təkrar materiallardan hazırlanır.

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 994
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz