Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
NİNA RİCCİ - ecazkar ətrin sirri
NİNA RİCCİ - ecazkar ətrin sirri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1855
Səs ver:
Marie Adelaide Neli-dünyada Nina Riççi adı ilə nəşhur olan qız 1883-cü ildə Turində anadan olmuşdur. Ailə yaxşı həyat axtarışı ilə Turindən Florensiyaya, ordan isə Monte Carloya səfər edirlər. Bu məşhur kurortda Marinin atası- tanınmış çəkməçi-çox varlı müştərilər tapır. Lakin onun ölümündən sonra ailə çətin maddi duruma düşür. 12 yaşlı Mari bu problemi həll etmək üçün atelyedə işləməyə məcbur olur. Dərzi tələbəsi kimi başlayan qızın gözəl isredadı olması meydana çıxır və onun möhtəşəm şlyapaları tezliklə lazur sahilində məşhur olur.
Qalanteriya sexində işə başlayan Mari əvvəlki kimi tikiş maşınında zəif idi. Sex, atelye və özəl sifarişlər- belə adım-addım Mari kiçik də olsa əsl Moda Evində davam edir. O ən darıxıdırıcı işləri etmək məcbur olur- düymələri tikmək, ütüləmək, xidmət göstərmək, lakin qarşısında açılan perspektivə görə-modistka olmaq- ilhamlanan qız öz öhdəliyində olan işləri səylə yerinə yetirir.
Marinin istedadı diqqətdən kənarda qalmır. 18 yaşında Mari artıq sexə başçılıq edirdi, 22 yaşında isə atelyenin aparıcı modelyeri olur-bütün geyimlər onun eskizləri və rəhbərliyi ilə tikilirdi.
1904-cü ildə Mari avtobus dayanacağında təsadüfən çiçəkçi Lui Riçi ilə tanış olur. 1 il sonra çiçək və konfetlə romantik qulluqla Lui Mariyə evlınmə təklif edir- beləcə Marie Adelaide Nina Ricciyə çevrilir. Məsələ ondadır ki, doğmaları Marini uşaqlıqdan Nina çağırırdılar və o da bu adı sənəddə qeyd olunmuş addan daha çox sevirdi. Lakin nikah elə də uzun sürmür- ondan Ninaya yadigar oğlu Robert və soyadı qaldı. Boşandıqdan sonra əli uşaqlı qalan Nina öz dediyinə görə öküz kimi işləyir-onun üçün ən önəmlisi Roberti hər şeylə təmin etmək idi.
1905-ci ildə yaradıcı xanım Riççi ilə aparıcı fransız Moda Evi maraqlanır. Onlardan alınan sifarişlər Ninanın nüfuzuna işləyir. Raffin Moda Evində dizayner vəzifəsi Nina Riçini bütün Parisdə məşhur edir. 1918-ci ildə o şirkətin şəriki olur. Turindın olan kiçik qızın bütün xəyalları gerçəkləşmiş olur- ağ kaddilak, geyimlə dolan şkaf vəhətta gecələr belə boynundan çıxarmadığı dəbdəbəli mirvari boyunbağılar. Raffin Evinin bağlanmasından sonra 49 yaşlı Nina dincəlməyə gedərək zəhmətsiz qazandığı zənginlikdən zövq almağa qərar verir. Amma oğlu Robert anasının böyük potensialına bələd idi- onun təşəbbüsü ilə 1932-ci ildə Parisdə, Capucine bulvarında Nina Riççinin Moda Evi açılır. Robert Ninaya yaradıclığı buraxaraq maliyyə və idarəetmə işlərini öz üzərinə götürür. Yeri gəlmişkən, o birbaşa maneken üzərində parçaya forma verərək bərkitmə üsulu ilə paltarlar yaradan ilk modelyerdir. Beləcə o paltarın tam bədən formasına uyğunlaşmasına nail oldu. Klassik kostyum, "kiçik don”, paltar-pencək və üstəlik "keyfiyyət ekstravaqantlıqdan yüksəkdir” şüarı-ilk kolleksiyanın yaradılması üçün əsas. Tezliklə onun müştəriləri siyahısına bütün paris daxil olur!
Nina Riççinin oğlunun intuisiya və kommersiya duyğusu anasından irsidir. Məsələn, müharibədən sonra modelyerlərin dəblə bağlı ajiotaj yaratmaq istəkləri, eyni zamanda dəbin növbəti inkişafı üçün maddi əsasın tapılması-Robert Luvrda böyük nümayiş göstərmək ideyasını təklif edir- 40 dəb evindən 150 model. Bu kolleksiya görünməmiş uğur qazanır- həm mədəni, həm də iqtisadi.
1946-cı ildə Robert özünün ilk Coeur Jolie ətrini ictimaiyyətə təqdim edir. 2 il sonra isə bu gün də bestseller olan L’Air du Temps ətri meydana gəlir. Nina oğlunun ətir eksperimentlərini təqdir edir, özü isə yeni modellərin yaradılmasına başçılıq etməyə davam edir. Nəhayət, 1954-cü ildə Nina Riççi-nin baş dizayner vəzifəsini belçikalı modelyer Jül Fransua Krae tutur, 9 il sonra isə onu Jerar Pipar əvəz edir. 1970-ci ildə brendin yaradıcısınən ölümündən sonra Nina Riççi ideyalarını oğlu və nəvəsi davam etdirir. Lakin 1998-ci ildə ailə şirkəti Group Puig ilə birləşdikdən sonra belə olmadı. Bu istiqamətdə aparılan islahatlar bir məqsəd daşıyırdı- Üçüncü minillikdə Evin aparıcı mövqeyini qorumaq. Massimo Giessen, Nathalie Gervais, James Eguiar Olivier Teyskan- bu dizaynerlərin hər biri öz vaxtında Nina Riççi-nin geyim, saat, ətir, zinət əşyalarının keyfiyyət və qüsursuz zövq standartlarını saxlamaq üçün hər şey etmişdilər.
Son kolleksiyalar ənənə və müasir əlaqələri göstərir. Məsələn, son şedevrlərdən biri olan Ricci Ricci Dancing Ribbon ətrinin flakonu Robert Riççinin evlilik təklif etdiyi zamanın köhnə eskizləri ilə tərtib olunub.

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 1855
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz