Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ətiriniz şəxsiyyətinizin aynası!
Ətiriniz şəxsiyyətinizin aynası!
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1936
Səs ver:
1- Doğru ətiri necə taparsan?
Bir ətir satın almanın ən doğru zamanı səhər saatlarıdır. O müddətdə hələ qoxu hiss etmə hissi oyanıqdır və gündəlik qoxular hələ havaya qarışmamışdır. Amma yenə də burnun çox asan yorulduğunu ifadə etməkdə fayda var. Belə ki, yalnız üç iyləmənin ardından aradakı fərqi ayırt etməkdə çətinlik çəkilməyə başlar. Buna baxmayaraq dəyişik notalar arasında altı qoxunu bir-birindən ayıra bilər. Buna görə mütəxəssislər qoxu duyğumuzu yenidən təmizləmənin ən yaxşı yolunun təzə bir qəhvəylə mümkün ola biləcəyini ifadə edir. Qəhvə aroması digər bütün qoxuları təsirsizləşdirir və sonrakı seçimlərin üçün sənə yenidən fürsət yaradır.

Ətiriniz şəxsiyyətinizin aynası!
2- Ətir nə vaxt və necə istifadə edilməli?
Mütəxəssislər, ətirin ən ideal çəkilmə zamanının duş sonrası olduğunu ifadə edirlər. Sürətli qan dövranı yaranan bədən istiliyi, qoxunun dəriyə daha qalıcı bir şəkildə alınmasını təmin edir və aromasının dəyişməsini önləyir. Əl biləyinə çəkilən ətir isə ovuşdurmanın təsiriylə molekulları zərər gördüyü üçün qoxu şəxsiyyətini itirir. Bu üsulu da unutmamaq gərək qoxunu əvvəl havaya sıx, ardından yaranan qoxu buludunun altında dayan!

Ətiriniz şəxsiyyətinizin aynası!
3- Ətirin ən qalıcı olduğu bölgələr
Qoxunun qalıcılığını uzadan ən ideal bədən bölgələri arasında gicgahlar, iki sinə arası və qol içləri önə çıxır. Bədənin bu ifadə edilən bölgələri qan damarlarının dəriyə ən yaxın olduğu yerlər, bu səbəbdən daha istilər. Bu da qoxunun bu bölgələrdə mükəmməl şəkildə bədəndə saxlanmaısnı  təmin edir. Mütəxəssislər ayrıca qulaq arxasına qoxu çəkmə vərdişinin dərhal dəyişdirilməsini tövsiyə edirlər! Çünki bu bölgədə dəri daha çox yağ çıxarır, o da qoxuyla bir araya gəldiyində tərkibinin dəyişməsinə yol aça bilir.

Ətiriniz şəxsiyyətinizin aynası!
 4- Ətir harada saxlanmalı?
Hamımızın ətirlərimizi sərgiləməyi ən sevdiyimiz yerlərdən biri duşlar. Ancaq bu işıqlıq, isti və nəmli mühit, ətirin ömürünü qısaldır. Ən yaxşısı qapağı bağlı olaraq nəmsiz, sərin və qaranlıq bir yerdə, məsələn şkafda ya da siyirtmədə saxlamaq... Hətta soyuducular, ətirlər üçün ideal yerlər olaraq tövsiyə edilir.

Ətiriniz şəxsiyyətinizin aynası!
5- Qoxuları qarışdıra bilərikmi?
Əslində hər qoxunun öz içində bir uyğunlaşması söz mövzusu. Bir neçə fərqli qoxunun eyni anda istifadə edilməsi, yüngül bir uyğunlaşmazlıq yarada bilər. Bu səbəbdən hər ətirin öz şəxsiyyəti zərər görər və ortaya pis qoxular da çıxa bilər. Əgər ətirlərini qarışdıraraq istifadə etmək istəyirsənsə, heç olmasa eyni qoxu ailəsindən olmalarına diqqət edə bilərsən. Məsələn; çiçək ya da təzə qoxular kimi.

Ətiriniz şəxsiyyətinizin aynası!

6- Niyə ətirlər hər bədəndə fərqli iy verər?
Ətirlər spirt, bir silsilə aromatik yağ və sudan meydana gəlməkdədir. Bu yağlar dəridə görüşdüyündə hər bədən tipinə görə fərqli reaksiya göstərir. Bir bədəndə yüngül, digər bədəndə güclü reaksiyalar da qoxuların fərqli şəkildə iy vermələrinə səbəb olur.

 7- Gün içində ətiri dəyişdirmək mümkünmü? Bunun üçün əvvəldən mütləq duş alınmalımı?
Duş almaq ətir dəyişdirmək üçün mütləq edilməsi lazım olan bir hərəkət deyil. Qoxular təxminən dörd saat içində notalarının böyük qisimini itirdiklərindən, bu müddətdən etibarən başqa qoxu istifadə etməndə qorxu olmayacaq.
8- Bir qoxunun qalıcılığı nə qədərdir?
Prinsip; bir ətirin spirt tərkibi  nə qədər çoxdursa, qalıcılığı da o qədər uzundur. Saf bir ətirin qoxu konsentrasiyası yüksəkdir. Ancaq aşağı spirt nisbətinə sahib qoxuların ən gec  altı ay içində qəbul  edilməsi lazımdır. Eau da parfum və eau da toilette, spirt nisbəti sıx qoxular olduğundan üç ilə qədər dayana bilər. Əgər ətirinin qoxusu və rəngi dəyişmişsə edəcəyin tək şey onu atmaqdır.
10- Ətirin bədəndəki qalıcılığı necə təmin edilər?
Ətirin qalıcılığı dərinin tipiylə yaxından əlaqəlidir. Quru dərilər qoxunun aromatik tərkiblərini yağlı dərilər qədər yaxşı mühafizə edə bilməz. Buna görə parfümerilerde ətir sınayarkən, dərisinin kiçik bir bölgəsinə yüngül yağlı və qoxusuz bədən losyonu çəkib ətiri bunun üzərinə vur.
 
/Mənbə.Qadınlar.Biz/


Şərhlər:
Baxılıb: 1936
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz