Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Manikürü evdə necə etmək olar?
Manikürü evdə necə etmək olar?
Göndərən: Pure Love
Şərhlər: 9
Baxılıb: 642
Səs ver:
Baxımlı və gözəl əllərlə qadınlar özlərini daha bir feminen hiss edərlər. Gün boyunca ən çox köhnələn və başqa sözlə ən çox diqqət çəkən orqanımızdır əllərimiz… Əldə əvvəlcə gözə dəyən isə dırnaqlardır. Uzun-qısa vacib deyil, amma baxım şərt. Bu baxımı usta yanına getmədən öz imkanlarınızla evinizdə rahatlıqla edə bilərsiniz.

1) Orta böyüklükdə bir qabı isti suyla doldurun, içinə lavanta yağı damladın. Lavanta, sakitləşdirici və antibakteriyel bir təsir oyandırar. Dırnaq diblərinin təmizlənməsinə və dezinfeksiya olmasına köməkçi olar. Ayrıca çox rahatlaşdırıcı bir qoxusu vardır. Əllərinizi qabın içərisinə, barmaq uclarınızın hamısı girəcək şəkildə salın. 5-10 dəqiqə qədər gözləyin ki, dırnaq ətləriniz yumşalsın və dırnaqlarınız manikürə hazır hala gəlsin.

2) Uyğun bir törpüylə dırnaqlarınıza xoş bir forma verəcək və qırıqları yox edəcək şəkildə törpülənin. Metal törpü istifadə etmənin, dırnaqlara zərər verə bilər. Bir tərəfdən başlayıb tək bir düz hərəkətlə törpünü bir neçə dəfə dırnağın ortasına doğru çəkin, sonra eyni hərəkəti o biri tərəfdə təkrarlayın. Mişar kimi irəli geri sürtməyin.

Dırnaqlarınızın törpüsü bitincə, ətrafına kiçik bir pambıq parçası sarılmış çubuq istifadə edərək, dırnaq dibi dərilərini yüngülcə geri itələyin. Hərçənd manikürçülər ümumiyyətlə etsə də, siz heç bir zaman dırnaq dibi dərilərinizi kəsməyin. Çünki infeksiya riskini artırarsınız.

3) Törpü işi və dırnaq ətlərinin itələnilməsi bitdikdən sonra əllərinizi gözəlcə kremləyin. Dırnaq kənarlarına onlar üçün çıxarılan dırnaq yağlarından çəkə bilərsiniz. Bu yağ, manikürün uzun müddət qalmasını təmin edər. Barmaq uclarınıza masaj edərək yağı yedirin. Ən son, kremin və yağın çoxluğunu kağız dəsmal ilə alın.

4) Sıra gəldi laka. Manikürünüzü istədiyiniz rəngdə bir lakla bitirə bilərsiniz. Əgər lak çəkmək istəmirsinizsə, parladıcı bir törpü ilə dırnaqlarınızı parlada bilərsiniz. Törpünü, dırnağınızın üzərində irəli geri hərəkət etdirin. Sürətli və düz hərəkətlərlə dırnağınıza sağlam və parlaq cilalı bir görünüş qazandırmış olarsınız. Lakin bu törpüləri davamlı istifadə etmənin, çünki dırnağı nazildə bilər.

Dırnaq dibi ətlərinə qulluq
Dırnaq ətləriniz bərbad bir vəziyyətdədirsə, yatmadan əvvəl bir çay qaşığı balla bir çay qaşığı günəbaxan, buğda toxumu ya da zeytun yağını bir qabda qarışdırın. Bu qarışıqla dırnaqlarınıza, dırnaq ətlərinizə masaj edin. Əllərinizə əlcək ya da yumşaq bir əlcək taxaraq yatın. Səhər qalxdığınızda dırnaq ətlərinizin düzəldiyini görəcəksiniz.


Şərhlər: 9
Baxılıb: 642
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
manikur etmeyi bagariram
8 avqust 2016 22:35
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Manikuru bacariram,kimese ede bilirem yani.Ozume ehtiyac duymuram,dirnaqlarim seliqelidir her zaman.
7 avqust 2016 12:09
# 8
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Totu
Manikür etmirəm
6 avqust 2016 21:40
# 7
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Dirnaq baximima xususi qulluq edirem. Her zaman baximlar edirem.
6 avqust 2016 12:43
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
MODABAZ
Men ımtahanlara gore kesmıwdım ındı yenıden uzadıram
6 avqust 2016 12:18
# 5
Heyata daim gulmek lazimdii
Mrs.Kemale
tskrler xebercun
6 avqust 2016 11:58
# 4
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
Bahar Nesirova
Men dirnaq boyasi sürmemişden evvel dirnaqlarima yod çekirem size de meslehet görürem laklarin dirnaqa zerer vermesinin qarşisini alir
6 avqust 2016 11:38
# 3
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
6 avqust 2016 10:43
# 2
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
6 avqust 2016 10:02
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz