Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Baxımlı və güclü dırnaqlar...
Baxımlı və güclü dırnaqlar...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1078
Səs ver:
Qadınların gözəlliyi və baxımı üçün yalnız üzünü təmizləməsi, nəmləndirməsi və qüsursuz bir makiyaj etməsi yetərli deyil. Ən az onlar qədər əhəmiyyətli bir başqa ünsür də güclü və baxımlı dırnaqlara sahib olmaqdır.

Çünki heç bir qadın çatlamış, laklarının bir qisimi çıxmış və boyları bir-birindən fərqli dırnaqlara sahib olmağı istəməz. Bunun üçün bir gözəllik salonlarına getməniz də lazım deyil. Evinizdə öz manikürünüzü edərək köhnələn və qırılan dırnaqlarınızı istədiyiniz şəklə sala bilərsiniz. Qısa, uzun ya da oval… Seçim sizindir…

Buda sizin üçün addım-addım dırnaq baxımı:
Addım: İşə əvvəlcə köhnə lakınızı silərək başlayın. Bu vaxt istifadə etdiyiniz asetonun nəmləndirici xüsusiyyəti olmasına da diqqət yetirin. Beləcə dırnaqlarınızı da bəsləmiş olarsınız. Və insanlara itələyici görünməmək üçün heç bir zaman yarısı getmiş laklı dırnaqlarla gəzməyin.
Addım: Dırnaqlarınızı istədiyiniz uzunluqda kəsin. Ancaq çox da dibdən kəsməməyə diqqət yetirin. Əgər dırnağınızı çox dərindən kəssəniz, dırnaq batması kimi problemlər yaşaya bilərsiniz. Dırnaqlarını kəsərkən dırnaqlarınızın hamısının eyni uzunluqda olmasına da diqqət göstərməlisiniz. Çünki uzun dırnaqlar arasında birinin qısa olması gözə heç də xoş görünməyəcək.
Addım: Bəli sıra gəldi pilkalamağa… Dırnağınızı nə qədər yaxşı və doğru şəkildə pilkalasanız o qədər dayanıqlı və sağlam olar. Dırnaqlarınızı yalnız tək bir istiqamətdə pilkalayın; irəli və geri pilkalamaq dırnaqlarınızı daha gücsüzləşdirəcəyindən qırılmalara və çatlamalara gətirib çıxaracaq.
Addım: Pilkalama əməliyyatından sonra dırnaq ətlərinizi yumşaltmaq üçün əllərinizi ilıq və kremli bir suda 3 dəqiqə qədər saxlayın. Daha sonra da yumşalan ətləri bir qayçı köməyiylə çox dərinə getmədən diqqətlicə kəsin. Əgər dırnaq ətlərinizi kəsə bilmirsinizsə, yaxşıca yumşaldıqdan sonra ətlərinizi dırnaq diblərinə doğru itələyədə bilərsiniz.
Addım: Sıra gəldi şəkil verdiyiniz dırnaqlarınıza lak sürtərək dınraq baxımınızı tamamlamağa… Unutmayın ki laksız dırnaqlar qorunmasızdır, buna görə tünd rəngləri sevməsəniz də heç olmasa bir qat cila sürməyə laqeyd yanaşmayın.
Sürtəcəyiniz lakın rəngini zövqünüzə ya da geydiyiniz paltara görə seçə bilərsiniz. Bu mövzuda olduqca çox variantınız var; qırmızı, çəhrayı, ağ, tünd qırmızı, mavi, bənövşəyi…. Bunun yanında lakınızın üstünə dəyişik naxışlar edərək dırnaqlarınızı bəzəyə bilərsiniz.

Son olaraq;
Evdə təmizlik edərkən əlcək istifadə etməyi vərdiş edin. Bu dırnaqlarınıza etdiyiniz baxımın daha uzun müddət pozulmadan qalmasını təmin edəcək. Ayrıca dırnaqlarınızı nəmləndirici kremlərlə gücləndirməyi də unutmayın. Beləcə asan qırılmalarını aradan qaldıra bilər, sağlam dırnaqlara sahib ola bilərsiniz.

Əgər dırnaqlarınız saralır və gözəl görünüşünü itirirsə, NARAHAT OLMAYIN, bu gözəl görüntüyə mane olsada həlli mümkün olan sadə və ucuz bir problemdi. 1 ədəd limon… Dırnaqlarınızı bir neçə dəqiqə limonla ovaraq saralmalarını qarşısını ala və daha parlaq dırnaqlara qovuşa bilərsiniz.


Şərhlər:
Baxılıb: 1078
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz