Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəllik və zəriflik qadının əllərindən başlayır
Gözəllik və zəriflik qadının əllərindən başlayır
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 750
Səs ver:
Qadının səliqəli dırnaqları – onun vizit kartıdır. Bu günümüzdə dekorativ kosmetikanın, qulluq vasitələrinin və dizayn elementlərinin zəngin çeşidi istənilən qadına gözəl dırnaqlara sahib olmağa imkan yaradır.

Dırnaqlara qulluq – müntəzəmliyi tələb edən çoxpilləli prosedurdur. Bu prosedurların bir hissəsini ev şəraitində həyata keçirmək olar, qalan hissəsini isə gözəllik salonları və studiyalarının peşəkarlarına etibar etmək olar.dirnaq Dırnaqlar üçün qulluq düzgün qidalanmadan başlayır. Dırnaqlar vitaminlərə, xüsusən də A, B, D, E vitaminlərinə ehtiyac duyur. Bunun üçün hazır vitamin komplekslərindən istifadə etmək olar. Dırnaqların sağlam olması üçün kalsium və C vitamini çox önəmlidir. C vitaminin çatışmazlığı zamanı adi limondan da istifadə etmək olar. Bunun üçün dırnaqları limonun yarısının içinə salıb bir neçə dəqiqə gözləmək lazımdır. Bundan başqa, dəniz duzu və ya zeytun yağıyla hazırlanmış xüsusi qulluq maskalarından da istifadə etmək olar.dirnaqlar Praktiki olaraq, hər bir qadın dırnaqların tez sınması problemi ilə rastlaşır. Bu zaman tərkibində müalicəvi yağlar olan xüsusi kosmetik vasitələrdən istifadə etmək lazımdır. Belə bərpaedici vasitələrdən həm problemin yaranması vaxtı, həm də adi profilaktik məqsədlərlə istifadə etmək olar.

Manikür həmçinin dırnaqlara qulluq üsullarına aiddir. Onu yalnız təcrübəli ustaların yanında və daimi olaraq etmək lazımdır. Dırnaqlar üçün Shellac maniküründan istifadə etmək məsləhətdir. Bu manikürün bir çox üstünlükləri var, belə ki o dırnaqları bərkidir, mexaniki zədələrə davamlıdır, çatlamır və dırnaqlarda gözəl görsənir.Dırnaqlar Gün ərzində həm də lakdan istifadə etmədən dırnaqlara bir balaca istirahət vermək çox əhəmiyyətlidir. Bu vaxt ərzində dırnaqlar üçün xüsusi maskalardan istifadə etmək olar, həmçinin dırnaq kutikulasını müalicə etmək olar. Dırnaqlara qulluq zamanı xüsusi kosmetik əlcəklərdən istifadə çox effektivdir. Qidalı və ya bərpa edici kremi dəriyə və dırnaqlara çəkdikdən sonra bir neçə saat ərzində əlcəklər geyinilir. Belə proseduru gecə yatarkən həyata keçirmək daha yaxşıdır. Dırnaqlara qulluq – zəhmət və vaxt tələb edən prosedur olsada, çox gözəl nəticə verəcək.


Şərhlər:
Baxılıb: 750
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz