Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evdə necə düzgün manikur etməli?
Evdə necə düzgün manikur etməli?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 561
Səs ver:
Dırnaq- ölü hüceyrələrdən ibarət buynuz qişasıdır. Onun yeganə canlı hissəsi köküdür. Məhz bu canlı hissənin hesabına dırnağınuzanması baş verir ki bu da insan orqanizimindən asılı olaraq fərqli şəkildə olur. Yayda dırnaqlar qışa nisbətən daha sürəyli uzanır. Xəstəlik və ya stress zamanı dırnağın inkişaf sürəti zəifləyir. Orta hesabla sutka ərzində dırnaq 0,1 mm uzanır. Bütövlukda isə dırnaqlarımız 106-150 gün ərzində yenilənir. Dırnaqları səliqəli saxlamaq hər bir xanımın əsas qayğılarindan biridir.

Düzgün qulluq, manikür nece olmalıdı?
Adətən bu suallara cavab tapmaq üçün mütləq şəkildə profesionlallara müraciət olunur. Biz isə sizə, adi ev şəraitində necə manikür etmək qaydaları barədə məlumat təqdim edəcəyik.

Manikürün texnikası.
İlk növbədə, dırnaqdan köhmə boyanın qalıqlarını təmızləmək lazımdı. Bunun üçün tərkibində qıcıqlanırıcı kimyəvi maddələrin bol olduğu aseton əvəzinə, sadəcə dırnaq boyasını təmizləmək üçün məluldan istifadə etmək olar. (tərkibində aseton yoxdur). Asetondan müntəzəm istifadə dırnaqları qurudur, onları daha da kövrək edir. Dırnaqlara əlin quruluşuna uyğun forma verməyə çalışın, səliqəli görünüş üçün çalışın hamısı eyni uzunluqda kəsilsin. Daha sonra pilkanın köməyi ilə formanı yekunlaşdırın. Pilkaya təzyiq etmədən, ehtiyatla dırnaqların yanlarını qaydaya salın.

Daha sonra isə dırnağın üst örtüyuünə zədə vurmadan formanı tamamlayın. Vacib məqamlardan biri də odur ki, bu prosedur mütləq əl və dırnaqlar quru olarkən edilməlidir. Yaş halda dırnaqları pilkaladıqda qatlara bölünə bilər. Arzuolunan formaya nail olduqdan sonra, dırnaq dibindəki bərk dəri – kutikulani yumuşaltmaq və təmizləmək lazımdır. Bunu iki yolla etmək mümkündür:

Kutikulanı təmizləmək üçün xüsusi kosmetik vasitələrlə. ( maye, karandaş və s).
Dırnaqlar üçün isti, sabunlu vannanın köməyi ilə. Yumuşalmış kutikulani xüsusi alətin köməyi ilə dırnağın kökünə dogru təmizləmək daha sonra isə xüsusi qayçının köməyi ilə kəsmək lazımdır. Bir məqamı unutmayın ki, kutikula na qədər tez-tez kəsilərsə, bir o qədər sürətlə inkişaf edir. Əlləri yaxşıca yuyub krem çəkilir və massaj edilir.

Dıranq boyasının çəkilməsi.

Boya çəkən zaman bəzi məqamlara diqqət yetirmək vacibdir. Boyadan mütəmadi olaraq istifadə etmək məsləhət deyil, arada dırnaqlara fasilə vermək lazımdı. Axşam boyanı silib səhər yenisini də çəkmək olar. Və ya istirahət günləri dırnaqlara da "istirahət” vermək olar. Boyanı quru dırmaqlara çəkmək lazımdı, buna görə dırnaqları yenidən quru pambıqla təmizləyin.

Əvvəlcə dırnağa bir qat qoruyucu boya çəkilir. Bu əsas boyanın daha da uzunmüddətli qalmasını təmin edir, dırnağın qırılmasının və qatlara soyulmasının qarşısını alır. Əsas boyanı çəkərkən klassik metodlardan istifadəə etmək olar. Boya əvvəlcə dırnağın orta zolağina, daha sonra isə kənar zolaqlarına çəkilir.

İlk qatı çəkəndən sonra bir qədər qurumasını gözləyib ikinci qat çəkilir. İki qatdan artıq boyanı çəkmək lazım deyil. Əks təqdirdə əziyyətiniz hədər getməsi mümkündür. Diş çöpünə nazik pambıq dolayıb boya təmizləmək üçün istifadə etdiyiniz xüsusi maddədəyə batırın və dırnaqlarınızın kənarına bulaşmış boyanın qalıqlarını silin.

Boyanın qurudulması.
Manikür prosesində ən yorucu mərhələ dırnaq boyasının qurumasıdır.
Bəzi qaydaları diqqətinizə çatdırırıq. Boyanın tez quruması üçün əlləri soyuq suya qoymaq olar. Boyanı fenlə qurutmaq məsləhət deyil, belə ki isti havanın təsiri nəticəsində boya nahamar quruya və rəng öz parlaqlığını itirir.

Boyanın uzərində isə hava qovuqları əmələ gələ bilər. İstənilən halda butun işlərinizə bir müddət fasilə verib gözləməkdir. Unutmayın ki siz dırnaqlarınıza bir neçə qatdan ibarət boya çəkmisiniz və sərf etdiyiniz vaxtın hədər getməməsi üçün səbr etməyə dəyər. Dırnaqlarınızın daima səliqəli qalmasını istəyirsinizsə istər ev, istərsə də salon şəraitində iki həftə bir dəfə manikür etmək lazımdır.


Şərhlər:
Baxılıb: 561
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz