Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dırnaqların gec uzanmasının səbəbi nədir?
Dırnaqların gec uzanmasının səbəbi nədir?
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 558
Səs ver:
Mövsüm dəyişikliyi zamanı xanımları narahat edən problemlərdən biri də dırnaqların gec uzanması və tez qırılmasıdır. Mütəxəssislər bildirirlər ki, dırnaqların gec uzanmasının səbəbləri müxtəlif ola bilər.

Dırnaqların gec uzanmasının ən əhəmiyyətli səbəbi dırnaq kökündə yerləşən təbəqənin inkişaf etməməsidir. Limfa və qan damarlarından yaranan matrix təbəqəsi hüceyrələrinin yenidən qurulmasını və sərtləşməsini təmin edərək yeni dırnaq əmələ gətirir. Matrix təbəqəsi yaxşı qidalandığı müddət ərzində böyüməyə davam edir.

İnsanlarda dırnaqlar gündə təxminən 0.1 millimetr, 100 gündə isə 1 santimetrə qədər uzanır. Əl dırnaqları 4-6 aya, ayaq dırnaqları isə 12-18 aya tamamilə yenilənir.

Dırnaqların gec uzanmasının bir digər səbəbi isə B7 kimi tanınan biotin çatışmazlığıdır. Biotin çatışmazlığı nəticəsində dırnaqlar kövrəlir, qırılır. Biotin ehtiyacını tam buğda, yumurta sarısı, toyuq və quzu əti, balıq, süd və pendir kimi qidalarla qarşılayın.  Siz dırnaqlara qulluq etmək üçün tərkibində xüsusi komponentlər olan dərmanlar da qəbul edə bilərsiniz. Qeyd edək ki, biotin çatışmazlığından yalnız dırnaqların uzanması ləngimir, eyni zamanda saç telləri də nazikləşir və tökülməyə başlayır.

Dırnaqların daha sürətli uzanması üçün əllər mütləq su ilə təmas etməlidir. Zeytun yağı ilə limon və ya sirkə ilə duz maskası sayəsində dırnaqların daha güclü olmasını təmin edə bilərsiniz.

Unutmayın ki, düzgün şəkildə qidalandıqda, vitamin və minerallar (vitamin A və E, kalsium və dəmir) qəbul etdikdə dırnaqlar və saçlar möhkəm və parıltılı olur. E vitamini hüceyrələri oksigenlə zənginləşdirir, dırnaqların uzanmasını sürətləndirir. Əgər dırnaqlarınız quru və zəifdirsə, rasionunuzu mütləq dəyişin. Dırnaqlar qarşısı çox çətin alınan mənfi amillər nəticəsində qırılır, möhkəmliyini itirir. Lakin əgər siz yuxarıdakı məsləhətlərə riayət etsəniz, dırnaqlarınız və saçlarınız sizi utandırmayacaq.


Şərhlər:
Baxılıb: 558
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz