Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
10 addımda qüsursuz pedikür etmənin yolları
10 addımda qüsursuz pedikür etmənin yolları
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 545
Səs ver:
10 addımda qüsursuz pedikür etmənin yolları.

Yayda ayaqlar hər zamankından daha çox göz önündə olur. Açıq ayaqqabılarınız ya da sandaletlerinizin içində ayaqlarınızın və dırnaqlarınızın baxımlı görünməsini istəyirsinizsə, pedikürə laqeyd yanaşmayın.

Şəkilləndirin
Uzun ayaq dırnaqlarının cazibədar olduğu deyilə bilməz. Bu səbəblə dırnaqlarınızı ortalama 6 millimetr uzunluğunda olacaq şəkildə qısaldın. Ardından dırnaqlarınızın yalnız künclərini dairə şəklində hamarlayın. Ancaq bu əməliyyatı incə bir alətlə reallaşdırmağa və hamarlayarkən dırnaqları qısaltmamağa diqqət göstərməlisiniz.

Süd vannası edin
Orta boy bir ləyənin üçdə birini südlə, qalan üçdə ikisini isə suyla doldurun. Daha sonra ayaqlarınızı bu qarışığın içində təxminən yarım saat saxlayın. Süd məhsullarının içində iştirak edən laktik turşu, dərini təmizləyərkən dırnaq ətlərinin yumşalmasına da köməkçi olur. Çox yorğun olduğunuz zamanlar isə bu qarışığın içərisinə duz ataraq ayaqlarınızın rahatlamasına köməkçi ola bilərsiniz.

Yağ sürtün
Vanna sonrası ayaqlarınızı qurulayın və hər dırnağın üzərinə bir damla nəmləndirici yağ damladın. Sonra metal dırnaq əti alətiylə yağı dağıdın. Beləcə pedikürünüzün uzun müddət qalıcı olmasını təmin edə bilərsiniz.

Ponza istifadə edin
Tmizləmə əməliyyatını lavadan əldə edilmiş təbii bir ponza daşıyla reallaşdırın. Daha sonra bədən maskasıyla dəri üzərində ibarət olan əyrilikdən xilas olun. Ancaq dəriniz çatlar meydana gəlməsinə meyillidirsə, müalicə üçün həkiminizə müraciət edib daha professional baxımları sınayın.

Yaxşıca nəmləndirin
Qıçlarda və qollarda təsir edici nəticə verən bədən nəmləndiriciləri nə təəssüf ki eyni təsiri ayaq döşəmələri kimi daha quru bölgələrdə göstərmir. Bu bölgələr üçün içərisində şi yağı olan daha sıx nəmləndiricilər istifadə etməlisiniz. Xüsusilə ayaq topuqlarında çatlama meydana gələnlər isə tərkibində salisik ya da laktik turşu kimi daha müalicə edici vasitələrdən istifadə etməlidirlər.

Öz rəngini yarat
Mövsümə uyğun rəng çalarlarından istifadə edin. Ayaq dırnaqlarınızda təbii təsiri yaratmaq istəyirsinizsə ağ bir lakın içinə bir az tonal kremi (dərinizlə eyni rəngdə bir tonal krem olmalıdır) damladın. Daha sonra lak şüşəsini yaxşıca çalxalayıb lakınızı çəkin.

Sərhədləri aşmayın
Lak çəkdikdən sonra dırnaq ətrafında yığılan lakları fırça köməyiylə dırnağınıza dəydirmədən silin.  Ancaq fırça istifadə etmək sizə çətin gəlirsə, asetonlu təmizləmə salfetlərdən də istifadə edə bilərsiniz.

Boyanı bərkidin
Lak çəkdikdən sonra mütləq üzərindən sabitləyici bir lak ilə bir qat daha keçin. Parlaq bir görünüş verən və lakı daha sürətli bir şəklidə qurumasını təmin edən bu məhsullar çox rahatdır.

Səhv hərəkət zamanı
Quruducu cekməyi unutdunuz və lakınız pozuldumu? Qorxmayın! Əgər lak hələ nəmdirsə, onu silmədən bir qat daha sürtün və sonra parladıcıyla davam edin. Ancaq lakınız qurumuşsa, bütün dırnaqlarınıza içində parıltı olan eyni tonlarda bir lak tətbiq edin. Lakın içindəki parıltıları, işıq oyunları ilə diqqəti fərqli bir istiqamətə çəkəcəkdir.


Şərhlər:
Baxılıb: 545
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz