Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dırnaqların şellakdan sonra – bərpası
Dırnaqların şellakdan sonra – bərpası
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 688
Səs ver:
Artıq uzun zamandır bir çoxlarının üstünlük verdiyi gel-lakların, dırnaqlara mənfi təsir etdiyini demək olar ki, hamı bilir.

Lakin buna baxmayaraq bu prosedur çox populyardır. Bir çox insanlar, prosedurun həqiqətən ziyanlı olduğunu yalnız dırnağın şellakdan sonrakı vəziyyətini gördüyü zaman anlayırlar. Belə ki, bu prosedurdan sonra dırnaqlar çox kövrək və qatlanan olur. Bu məqalədə sizə, şellakdan sonra dırnaqları necə bərpa etmək lazım olduğu haqda məlumat verəcəyik:

1. Zeytun yağı. Adətən şelakın təmizlənməsindən sonra dırnaqlar cilalanır. Məhz bu səbəbdən onlar kövrək və tez sınan olurlar. Onların möhkəmlənməsi və bərpa olunmasında zeytun yağı köməkçi olacaq. Belə ki, yağı otaq temperturuna qədər mikrodalğalı sobada və ya isti su vannasında qızdırn, əllərinizi o məhlula salaraq hər birini 10 dəqiqə saxlayın. Bu proseduru 1 həftə ərzində gündəlik olaraq etməklə, siz gözəgörünən nəticəyə nail ola bilərsiniz.

2. Sağlam qida. Orqanizmin sağlamlığı tam olaraq nə yediyimizdən asılıdır. Dırnaqların sağlamlığı üçün bu çox önəmlidir. Qida rasionunuzu — zülal, mineral duzlar və A, C, E, D vitaminləri ilə zəngin etməyə çalışın.

3. Limon suyu. Dırnaqların bərpa olunması üçün dırnaqlara limon suyunu sürtüb, 2-3 dəqiqə saxlayın, sonradan su ilə yuyun. Tərkibində olan C vitamini dırnaqlara sağlam görkəm, efir yağları isə onlara möhkəmlik verəcəklər.

4. Yod. Yod setkası dırnaqların kifayət qədər tez bərpa olunmasını təmin edir. Gecə yatmazdan öncə pambıqla hər dırnağın üzərinə az miqdarda yod sürtün. Səhər sarımtıl rəng itəcək, dırnaqlar isə möhkəmlənəcək.

5. Dəniz duzu. Dırnaqların möhkəm, sağlam görkəmli olması və qatlanmaması üçün istifadə olunan dəniz duzlu vannalar qısa zaman ərzidə yaxşı nəticəyə nail olmanıza köməkçi olacaq. 1 xörək qaşığı duzu az miqdarda su ilə qarışdırıb əllərinizi bu məhlulda 10 dəqiqə saxlayın. Prosedurun sonunda qidalandırıcı kremdən istifadə etməyui unutmayın. Bu prosedur həftədə 2-3 dəfə oluna bilər.

6. Parafin vannaları. Salonlarda çox populyar prosedur olan parafin vannalarıdır ki, onun sayəsində qabıq vermə və mikro çatlardan azad olub, dırnaqlarınızı xeyirli mikroelementlərlə qidalandırıb, əl dərisinin qocalmasını zəiflədə biləriniz. Parafin terapiyasının seansı 20-25 dəqiqə çəkməsinə baxmayaraq, nəticəsi uzun müddət saxlanılır.

7. Xüsusi örtüklər. Dırnaqların ən asan bərpa olunma yolu xüsusi örtüklərdir ki, qısa zaman ərzində sizə köməkçi ola bilərlər. Sadəcə onları aldıqda tərkiblərinə diqqət yetirmək lazımdır. Tərkibində kalsiy, vitamin, minerallar və ipək lifləri olan örtüklər qısa zaman ərzində dırnaqlarınızı möhkəmləndirib, kövrəkliyi aradan qaldırıb və onlara sağlam görkəm bəxş edəcəklər.

8. Kutikullar üçün yağ. Bu yağlar dırnaqlardan nəmin itirliməməsini təmin edir və bunula onlara sağlamlıq bəxş edir. Bu proseduru daimi olaraq istiadə edənlər isə, dırnaq mayasının ilişməsi və dırnağın sarımtıl rəngdə olmasından azad olacaqlar.


Şərhlər: 8
Baxılıb: 688
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Dırnaqlarım tez qırılır zəifdir, bir ara yod çəkirdim yaxşı olurdu, sonra tənbəllik etdim.
9 dekabr 2015 11:14
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
ellerime dirnaqlarima qulluq edirem her zaman
30 noyabr 2015 18:00
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
Limon suyu, duz ve yodu bilirdim, mənim de dırnaqlarım cox zəifləyib axir vaxtlar
29 noyabr 2015 22:50
# 6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Happy
Ən çox yoddan istifadə edirəm
29 noyabr 2015 21:44
# 5
BARBI
Men sevirem selaki ama hec istifade etmemisem. Dirnaqcun cox ziyanlidir
29 noyabr 2015 21:37
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
senay))
dirnaqlarimla indiye qeder heç bir problem yawamamiwam dirnaqlarimnan raziyam twk
29 noyabr 2015 21:36
# 3
coooooooxxx xosbextem
Sevgi Meleyi
Dirnaqlarimnan raziyam cox yaxsidi,ama hec qulluq etmemisem birce defe yoddan istifade etmisem yaxsi effekt verib.Belke ederem maraqli melumat idi.Twk
29 noyabr 2015 21:35
# 2
love love love
aynur2002
Bunalr dirnaqlar ucun cox faydalidir.Men de eliyerem
29 noyabr 2015 21:13
# 1
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz