Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lak istifadəsinin incəlikləri
Lak istifadəsinin incəlikləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 785
Səs ver:
Lak sürtmək incə bir işdir. Lakın saxlanmasından tutmuş lakı qurutmasına qədər bir çox detal vardır. Hər işdə olduğu kimi bu işdə də zamanla təcrübə qazanılır və ip uclarını öyrəndiyinizdə bu prosedurlar heç də gözünüzü qorxutmayacaq.

 

Lak sürtməzdən əvvəl manikurunuzun edildiyindən, dırnaq ətlərinizin təmizləndiyindən əmin olun, beləcə lak daha gözəl görünəcək. Sonra spirtlə dırnaqlarınızı krem artıqlarından və dırnağınızdakı yağdan təmizləyin. Əgər dırnaqlarınız kövrəkdirsə lakla daha çox yormaqdansa baxım etdirməyinizdə fayda var. Bunun üçün əllərinizi limonlu suda gözlədə və ya dırnaq gücləndirici kosmetik vəsaitlərindən istifadə edə bilərsiniz.

Əvvəlcə lakınızı necə saxlamanız lazım olduğundan başlayaq. Laklarınızı çox günəş ya da gur işıqa məruz qalmayan bağlı bir yerdə, şkafda saxlamalısınız. Lakları tez köhnəlməsin deyə soyuducuda saxlayan bəzi xanımlar da vardır, bunun laka bir zərəri yoxdur saxlaya bilərsiniz. Qapağını əlbəttə açıq saxlamamağa çalışın, yoxsa quruyacaq.

Lakı sürtməzdən əvvəl mütləq qoruyucu sürtün. Çünki qoruyucunun içindəki silikon dənəciklər dırnağınızın nəfəs almasını təmin edir. Tünd rəng lak sürdüyünüz zaman silməyinizi asanlaşdırar. Lakı isə bir hərəkətlə dırnaq ucuna doğru sürtün. Qətiliklə fırçanı sağa sola doğru hərəkət etdirməyin. Bütün dırnaqlara ilk qatı sürtüb qurutduqdan sonra ikinci qatı sürtməyə başlayın. Çox təəssüf ki lak sürtmək səbr tələb edir, amma zamanla əliniz mütləq alışacaq.

Lakınız yayılsada narahat olmayın. Bir qulaq çöpü alın ucunu asetona salıb ehtiyatla yayılan hissələri silin. Bacardığınız qədər bunu sürətli hərəkətlərlə edin, çünki lak qurusa çıxarmanız getdikcə çətinləşəcək. Laklı dırnağa dəyməməyə diqqət yetirin.

Lakınızı sürtükdən sonra qurumasını gözləmək istəmirsinizsə, lak quruducu spreyi təxminən 30 sm uzaqlıqdan sıxaraq 30 saniyə içində qurumasını təmin edə bilərsiniz.

Lakı silmək də əhəmiyyətlidir. Asetonlu pambığı dırnağınızın üzərində bir neçə saniyə gözlədin və tək hərəkətlə bir az basdıraraq ucuna doğru çəkin. Sağa sola hərəkət etdirsəniz islanan lak əllərinizə bulaşacaq, tək hərəkət olması buna görə əhəmiyyətlidir. Tünd rəng lak istifadə etdinizsə, dırnaqlarınıza əvvəl vazelin sürtüb sonra asetonu tətbiqi edə bilərsiniz. Gördüyünüz kimi kiçik qaydalara əməl etsəniz, bu tətbiq işinizi asanlaşdıracaq.



Şərhlər:
Baxılıb: 785
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz