Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dırnaq qaynağı etmək düzgündürmü?
Dırnaq qaynağı etmək düzgündürmü?
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 1910
Səs ver:
Cazibədar xanımların vizit kartı onun baxımlı əlləridir.

Əllərə qulluğu necə etməli?

Dırnaq baxımından əvvəl əllərə qulluq vacibdir. Əllər də üz qədər həssas olduğu üçün davamlı baxıma ehtiyac duyur. Təsadüfi deyil ki, kişilər qadının yaşını müəyyənləşdirə bilməyəndə onun əllərinə nəzər salırlar. Gündəlik nəmləndiricilər, qidalandırıcı kremlər, yağların istifadəsi əl dərisinin qorunub-saxlanmasında çox əhəmiyyətlidir. Hər bir xanım toyundan bir müddət əvvəl əllərinin qayğısına qalmağa başlamalıdır. Bununla yanaşı, toy günündə mum vannasından istifadə etmək effektli olacaq. Mum əlləri yumşaldacaq və onları gözəl göstərəcək. Əllərə qulluğu tamamladıqdan sonra dırnaqlara keçmək olar.

Manikür və pedikürü necə etmək məsləhətdir?

Bildiyimiz kimi, bir çox xanımlar dırnaqlarında müxtəlif rənglərdə dırnaq boyaları istifadə edir və görünüş baxımından bu dırnaq boyaları onlara dəyişiklik, xüsusi bir görünüş qazandırır kimi görünür, amma dırnaq boyasından istifadə etmənin bir çox zərəri vardır. Ən vacibi isə infeksiyaya səbəb olmasıdır. Dırnaq xəstəliklərinin qarşısını almaq üçün manikur və pedikura da diqqət yetirmək lazımdır. Çünki dırnaq xəstəliklərinin böyük əksəriyyəti manikür və pedikürdan keçir. Dırnaq baxımını etdirdiyiniz yerin təmizlik qaydalarına riayət edib-etməmələrinə nəzarət etməniz və mümkün olduğu qədər dırnaqlarınızla oynamamanız lazımdır. Bəzən xanımlar bundan çıxış yolu kimi digər vasitələrə əl atırlar. Salonda manikür etdirməklə bu prosesin daha rahat olmasını düşünürlər. Adətən realıqda həqiqətən gözəllik salonlarında manikür edilən dırnaqlar çox gözəl görsənir, amma onların nə dərəcədə sağlıqlı qalması burada artıq böyük sual doğurur.  Bəzən də dırnaqlarının qısa olmasından və ya tez-tez sınmasından şikayətçi olan xanımlar heç düşünmədən süni yəni qaynaq olunan dırnaqlara müraciət edir, amma taxma dırnaqlar çıxış yolu deyil.

dirnaqlar

Dırnaq qaynağının ziyanı varmı?

Xanımlar bu problemin çıxış yolunu taxma dırnaqlarda görürlər, amma ən pis proses elə burada başlayır. Qaynaq olunmuş dırnaqlar kimyəvi vasitədən hazırlandığından əlin dərisi, barmaqlar və öz dırnalarınız üçün də çox təhlükəlidir. Xüsusilə kimyəvi maddədən hazırlanmış, sərt qabıq şəklinə salınmış bu maddə sizin dırnaqlarınızda qaynaq olunduqdan sonrada neçə qün qalması önəmlidir. Adətən xanımlar belə manikürları etdirən zaman hətta daha çox dayanıqlı olmasını tələb edirlər, bu prosesin sonradan hansı fəsadlar yarada biləcəyini düşünmürlər. Amma tibbi dermatoloqlar bu qaynaqların əleyhinə olması ilə yanaşı hətda uzun dirnaqları belə dəstəkləmirlər. Dırnaqlarda C (sink), D(dəmir) azalması tez-tez sınma əmələ gəlir. Ən pis halda dırnaqlarda infeksion göbələk xəstəliyinə səbəb olur.

Təbii ki dermatoloqların həyəcan təbili bizi ümumiyyətlə, dırnaq boyasından uzaqlaşdıra bilməz. Bizə məlumdur ki, dırnaq bəzəmək: hələ qədim yunan və Misir mədəniyyətində qadınlar dırnaqlarını bildikləri formada bəzəyirdilər. Bu gün də qadınların sevimli məşğuliyyətindən olan dırnağın bəzədilməsi xanımların əhval ruhiyyəsini yüksəltmək, əllərin zərifliyini vurğulamaqla yanaşı, həm də geyimi və aksesuarları tamamlamaq üçün düşünülmüş əla variantdır. Dirnaqlarımızı sağlam saxlamaqla, qaynaqlardan uzaq olmaqla həmişəki kimi geyim üslubumuzun rəng çalarlarını dırnaq boyamızla tamamlamaya bilərik. Məs: 2014-cü ilin yaz-yay rəng trendi dırnaq dəblərinə nəzər salsaq, bu ilin trendi pastel rənglərdən ibarət, krem, gəhvəyi, metal, bej və həmişə dəbdə olan ağ rənglərdir. Rənglərin üstünlük təşkil edəcəyi dəbində isə, iki müxtəlif rəng və fransız manikürü də aktualdır. Bütün bunlarla yanaşı, qeyri-adi dırnaq dizaynları cəsarətli xanımların imicini tamamlayacaq. Ümumiyyətlə ilin manikür dəbi özünü sizin zövqünüzə təslim edəcək desək, yanılmarıq. Yetər ki, xanımlarımız gözəl görsənməkləri ilə yanaşı öz sağlamlıq prinsiplərini eyni cərgədə tutsunlar.


Şərhlər: 6
Baxılıb: 1910
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
qaynaq ziyandir mence. hec vaxt dirnaq qaynagi edeceyimi dusunmurem
16 iyul 2015 19:44
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Hec vaxt etmemisem, ziyandir deye hec etmeremde, tesekkur.
14 iyul 2015 18:21
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
tebikide sonradan duzelen butun seyler ziyandir elaveden bir nese baqliyirlarda tebikida bu ziyan olgey
14 iyul 2015 14:10
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Hec vaxt etmirem dirnaq qaynagini. Ummiyyetle uzun dirnaq seven deyilem
14 iyul 2015 10:52
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Dirnaq qaynaqi nece defelerle eletmiwem bir ziyaninida gormemiwem.vaxti tamam olanda ozu qopub duwub,cox gozelde gorsenir
14 iyul 2015 10:50
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
eıiyeva gülmaye
Qaynaq hec etmemisem hem xosuma gelmir, hemdeki ziyanlidi
14 iyul 2015 10:03
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz