Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dırnaq qaynağı Yaxşı yoxsa Pis?
Dırnaq qaynağı Yaxşı yoxsa Pis?
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 1133
Səs ver:
Dırnaq qaynağı barədə çoxlu söhbətlər gəzir, bəziləri müsbətdir, bəziləri pis.
İlk öncə qeyd edim ki, bunu etməzdən öncə çox fikirləşdim, məsləhətləşdim edən xanımlarla. Yenə də çoxu pislədi, bəzisi rahatlıqdır dedi.
Sonda qərara gəldim elətdirim, beləliklə dəqiq biləcəm.

Müsbətlərindən danışım.

1.  Dırnağınız qırılırsa, uzanmırsa əla seçimdir. Mənim dırnaqlarım uzanmırdı, uzanırdı 1-i qırılırdı hamısın kəsirdim, səliqəsiz görüntü yaranırdı bu da bütün görüntünü pozurdu.

2. 1 ay müddətində manikura getməyəcəksiniz.Çünki dırnaq səliqədə qalır. Mənim əsas qaynaq elətdirmə səbəbim bu idi. Dırnaqlarım çox tez səliqəsiz hala düşür. Manikur 3-4 gün qalır, sonra nə olursa korlanır. Qaynaqdan sonra isə 1 ay dırnağım rahat şəkildə səliqəli görünür.

3. Hər ay dırnağınızı istədiyiniz formaya sala bilərsiniz, sevdiyiniz rəng dırnağınızdan 1 ay müddətində getməyəcək, dırnağınızda neytral rəng olsa evdə dırnaq boyasını özünüz də üzərindən çəkərək yeniləyə bilərsiniz. Adi dırnaq boyası gelin üzərində normadan artıq uzun müddət qalır.

Mənfiləri isə

1. Dırnaq zəifləyir. Qaynağın altındakı dırnağınız heç hava görmədiyindən çox zəifləyir, çox nazikləşir, qırılıb-soyula bilir. Bu proses çox normaldır, dırnaq boyasının belə dırnaqda uzun müddətli qalması dırnağa zərər verərkən, qaynağın dırnağa zərər verməyəcəyini düşünmək bir az saf düşüncə olardı  :) .

2. Ayda bir dəfə korreksiya. Hal-hazırda çox yaxşıdır ki, instagramda bir çox səhifələr evlərində qəbul edirlər, bu da daha ucuz başa gəlir, lakin, hər hansı bir salonda korreksiya 40-50 azn arasında dəyişir.
Məsləhətim budur ki, əgər 1 ay müddətində səliqəli dırnaqlarınız olsun istəyirsinizsə, elətdirin, lakin, nəzərə alın dırnaqlarınız zəifləyəcək.
Bunu da yadda saxlayın ki, dırnaq uzanır və məsələn bir gün qaynaqdan bezib öz dırnağınızı istəsəniz hər an çıxartdıra bilərsiniz(mütləq ustanız çıxarsın).
Son məsləhətim budur ki, əgər qaynağı çıxarmaq və zəif dırnağınızı görmək istəmirsinizsə qaynağı dırnağınız uzandıqca kəsərək çıxartdırın. Beləliklə dibdən çıxan dırnağınız daha sağlam olacaq (məncə).

Qeyd: Qaynaq demək məcburi uzun dırnaq demək deyil, əgər dırnaqlarınızın uzunluğundan razısınızsa, lakin, qırılan dırnaqlarınız varsa ustaya deyə bilərsiniz gel vasitəsilə öz dırnaqlarınızı bərkitsin.

4 ay ərzində etdiyim qaynaqların şəkillərini paylaşıram.
Aysel Hüseynova

 

 



Şərhlər: 13
Baxılıb: 1133
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sevincka
mən öz dırnaqlarımı uzadıram və şəkil verirəm amma məncə laklar dırnağın qabığının qopmasına kömək edir mənə görə lazım deyil qaynaq etdirmək
3 avqust 2015 23:02
# 13
Catwoman666
Hər zaman təbbiliyə üstünlük verdiyimə və doğallıqdan yana olduğuma görə qaynaqları heç sevmirəm. İstər saçda, istər dırnaqda və s.

...666...
3 avqust 2015 18:25
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Hec vaxt etmemisem, duzdur dirnaqlarim zeifdir qirilir, ancaq qaynaq etmeyi hec dusunmedim.
3 avqust 2015 07:05
# 11
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
dirnaq isdiyirsense uzatda nedi axi qaynaq filan eletdirmek

dirnaq isdiyirsense uzatda nedi axi qaynaq filan eletdirmek
2 avqust 2015 23:51
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Öz dırnaqlarım uzundu kifayət qədər elətdirsəm kiminsə toyuna elətdirərəm
2 avqust 2015 22:28
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Dirnaq qaynagi cox xosuma gelir tez tez eletdirirdim rahat ve gozeldi
2 avqust 2015 22:18
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Qadınların əlləri kimi dırnaqları da baxımlı olmalıdır lakin bu o demək deyil ki, mütləq qaynaq edilməlidir. Daha təbii formada da diqqətcil olmaq olar. Belə heç vaxt qaynaqdan istifadə etməmişəm buna ehtiyac da olmayıb həmişə manikürüm yerində olub)).
2 avqust 2015 22:14
# 7
VIP
Elətdirməmişəm elətdirmərəmdə
2 avqust 2015 21:59
# 6
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Narın Yağış
Qaynaqdan iyrənirəm öz dırnaqlarım uzun və möhkəmdir..
2 avqust 2015 21:45
# 5
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
teri meri
Xoşlamıram mən qaynağı süni görünürü
2 avqust 2015 21:44
# 4
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
BARBI
Men de cox iyrenirem. Uzun dirnaq saxlaya bilmirem qaldiki qaynaq etdirmey.
2 avqust 2015 21:20
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
emis
deyir ey sola baxiram anam olur saga baxiram atam olur onun gunune dusdu 23 hem yaxsidi hem pis menimde ehtiyacim var ellerim gundleik cox suda olur deye cox zeifleyib cekdiyim bir gune gedir dirnaqlarim qirilir eyilir hec duzgun pilkalamaq da olmur. Ama hec qaynaq dusunmemisem bibim ede bilir indilerde gelesidi belke ona eletdirdim. bir goresen omurluk qaynaq varmi mene bir dirnagima lazimdu balaca vaxti dusub balaca barmagimin dirnagi.tesekkur.
2 avqust 2015 21:14
# 2
xeyalperest
nese iyrenirem qaynaqlardan melumata gore twk
2 avqust 2015 21:10
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz