Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əllərini uzat mənə...
Əllərini uzat mənə...
Göndərən: Nazlı_qız
Şərhlər: 12
Baxılıb: 845
Səs ver:
Əllər ətraf mühitlə ən çox əlaqədə olan orqandır. Buna görə də onların xüsusi qayğıya ehtiyacı var. Yaşadığımız payız mövsümü əlin dərisinə xüsusilə təsir edir. Yayın istisinə öyrəşmiş əllər soyuq havaya gec uyğunlaşır və kobudlaşır.

Biz qadınlar qab, paltar yuyuruq, yemək bişiririk, meyvə-tərəvəz soyuruq, təmizləyirik. Təbii ki, bütün bu işləri əllərimizlə görürük. Nəhayət, həyatımızın mənasına çevrilmiş bu işlərdən başqa bir də ünsiyyət yaradırıq. Məhz sonuncu funksiyanın xatirinə əlləri təmiz və səliqəli saxlamaq vacibdir.
Gözəl əllər, səliqəylə boyanmış üz, yaraşıqlı paltar, zövqlə seçilmiş ətir, ən əsası isə cazibədarlıq! Bütün bu elementlər olan yerdə heç kim sizin gözəlliyinizi və cazibənizi inkar edə bilməz!
Əlləri bir dəqiqə də diqqət-dən kənarda qoymaq olmaz. Əlin dərisi gün ərzində müxtəlif maddələrlə, o cümlədən mikroblarla da təmasda olur. Yaxşı qulluq olunmayan əllərdə mikro çatlar əmələ gəlir. Hərəkətsiz əllərdə isə oynaq tutulmaları, qan dövranının pozulması halları yaranır. Bu isə dırnaqların zəif olmasına səbəb olur.
Paltar və qab yuduqdan sonra əllərinizə adi krem çəkib masaj edin. Bununçün sizə çox vaxt lazım deyil. Hər barmağı ayrı-ayrılıqda masaj etmək lazımdır. Əlinizə maska etmək istəsəniz, qleserin və yaxud qleserin nişasta qarışığı sürtə bilərsiniz.
Əlinizin qızarmış və quru dərisinə limon, yaxud xiyar suyu yaxşı təsir göstərər.
Əlinizi qorumaq üçün vacib olan iki kosmetika növü var: iş görməzdən əvvəl ələ çəkmək üçün qoruyucu krem və işləri gördükdən sonra çəkmək üçün qidalandırıcı krem. Bu kremlər kosmetikanın ən ucuz növlərindədir. Ən kiçik qablarda olan kremlər belə, sizə uzun müddət kifayət edəcək. Dırnaqlara qulluq etmək üçün xüsusi maddələri və dırnaq boyalarını da unutmayın.

Dırnaqların iynə ucundan betər...
Gün ərzində daim mikroblarla zəngin mühitlə təmasda oduğumuzu bəlkə də düşünmürük. Əslində, bu mikroblar hər yerdə var: nəqliyyatda, kağızlarda, polietilen torbalarda və sair. Qadınların bu problemdən uzaq olmaq şansları kişilərə nisbətən çoxdur. Çünki əvəzsiz qoruyucu olan əlcəklərdən biz gözəl dəb aksesuarı kimi istifadə edə bilərik.
Maksimal uzun və möhkəm dırnaqlar bütün qadınların arzusudur. Lakin bu, heç də o demək deyil ki, kişilər bu elementi dəyərləndirirlər. Psixoloqların və sosioloqların fikrincə, kişilər parlaq rənglənmiş uzun qadın dırnaqlarına ikrahla yanaşırlar. Yalnız qırmızı boyalı və rəngsiz dırnaqlar onlara xoş təsir bağışlaya bilər. Amma bu, o demək deyil ki, dibindən kəsilmiş dırnaqlar kişilərin xoşuna gəlir. Keyfiyyətsiz və səliqəsiz dırnaqlar qadının səhhətinin qaydasında olmamasına və pis zövqünə işarədir. Ona görə də dırnaqlarımızı həmişə qaydada saxlamalıyıq.
Tez-tez sınan dırnaqlar üçün ən yaxşı profilaktika vasitəsi onları hər gün dırnaq yeyəsi ilə düzəltməkdir. Bu zaman əllər quru olmalıdır. Bununla siz həm dırnaqların qırılmasının qarşısını alar, həm də onları qaydada saxlayarsınız.
İndi isə keçək ən əsas məsələyə. Tez-tez rast gəldiyimiz bir hal var - yarısı getmiş dırnaq boyası. Bu, hər bir qadın üçün xoşagəlməz haldır! Təsəvvür edin ki, nəqliyyatda gedirsiniz və qarşınızda çox gözəl, dəblə geyinmiş, səliqəylə boyanmış bir qadın oturub. Birdən bu xanım cibindən yarısı getmiş al boya ilə rənglənmiş dırnaqları olan qırmızı, qurumuş əllərini çıxarır... Bunun necə təəssürat oyadacağını təsəvvür edirsiniz?! Yəqin ki, heç kim belə bir vəziyyətdə olmaq istəməz. Dırnaq boyası hər an qopa bilər. Buna görə də çantamızda gəzdirdiyimiz kosmetika boxçasının içində mütləq dırnaq boyası, dırnaq yiyəsi, xırda qayçı olmalıdır. Bu aksessuarlar ən kiçik çantaya belə yerləşə bilər.
İndi isə dırnağa qulluğun düzgün yolu:
* İlk növbədə dırnaqdakı lakı təmizləmək lazımdır. Əvvəlcə təmizləyici maye ilə isladılmış pambığı bir neçə saniyə dırnağınızın üstünə sıxın, sonra aşağısından uclara doğru təmizləyin.
* Dırnaqları qayçı ilə bir qədər qısaldın və yiyələyin, bundan sonra isə onlara forma verin. Unutmayın ki, əl və ayaq dırnaqlarını eyni yeyə ilə təmizləmək olmaz! Pedikürün öz alətləri olmalıdır.
* Dırnaqların kənarına krem çəkin və bir qədər hopmasını gözləyin. Sonra isə qayçı ilə artıq hissələri təmizləyin. Artıq hissələri qabartmaq üçün indi çox yaxşı vasitələr satılır. Onlara gücümüz çatmayanda isə klassik üsul - sabunlu ilıq sudan istifadə etmək lazımdır.
* Dırnaqların üst hissəsini də yiyələdikdən sonra əsas işləri başa çatmış hesab etmək olar. Əgər heç bir yerə getməyəcəksinizsə, bununla da kifayətlənmək olar. Yox, əgər boyalı dırnaqları sevirsinizsə, onda davam edək.
* Dırnaqlara boya çəkməzdən əvvəl onları bir daha boya təmizləyən maddə ilə silmək lazımdır. Dırnağınıza tünd rəngli boya çəkəcəksinizsə, altdan rəngsiz boyadan istifadə edin. Çünki ən yaxşı firmaların boyaları belə dırnaqları saraldır. Boyanı əvvəlcə ortadan, sonra sol və sağdan çəkmək lazımdır. Sonda üstdən bərkidici maddə və ya zər çəkin. Belə etsəniz, boya ən azı 3 gün ilkin formasını saxlayacaq.
* Əl və dırnaq üçün olan kremlərdən tez-tez istifadə edin. Manikürdən sonra isə mütləq krem çəkmək lazımdır. Hərdən dırnağınıza boya çəkmədən bir gün istirahət versəniz, onlarda sağlam görkəm yarandığını görəcəksiniz. Ayda bir həftə dırnağı boyasız saxlamaq məsləhətdir.
* Paltar yumazdan və evləri təmizləməzdən qabaq dırnaqdan boyanı silmək, əllərə qalın krem qatı çəkmək və rezin əlcək geyinmək lazımdır. Əgər əlcəklə işləmək çətindirsə, onda iş gördükdən sonra əlinizi ilıq ot dəmləməsində yuyun və krem çəkin.

Ayaqlar
Ayaqlarımızın nəzərdən kənarda qalıb-qalmamasından asılı olmayaraq, onları diqqətdən qaçırmaq olmaz. Unutmayın ki, qadının baxımlı olduğunu sübut edən ilk amil təmiz ayaqdır. Bu məqsədlə istənilən üsuldan istifadə edə bilərsiniz. Təki ayaqlarınızın dərisi hamar, dırnaqları isə baxımlı olsun.
Ayağa qulluq etmək ən azı gigiyenanın tələbidir. Bütün günü ayaqqabıda gəzdikdən sonra mütləq ayaqlarınızı ilıq ot dəmləməsində vanna edin. Bu, yorğunluğu çıxarır. Yorğunluğu çıxarmaq üçün daha bir vasitə: isti suya bir neçə damcı yod və duz əlavə edib vanna edin. Başqa bir üsul isə masajdır.
İndi isə ayaq pəncələrimizə nəzər yetirək. Ayaqları ayda bir dəfə pedikür etmək lazımdır. Bunun üçün bahalı salonlara getmək vacib deyil. Bunu ev şəraitində də rahatca etmək olar. İlk olaraq, ayaqlarınızı ən azı 20 dəqiqə ilıq, sabunlu suda saxlayın. Bundan sonra bir qədər kobud ayaq yeyəsilə dabanınızda olan ölü qatları çıxarın. Sonda isə narın yeyə ilə prosesi başa çatdırın. Daha sonra dırnaqlarınızın kənarındakı artıq hissələri kəsin. Dırnaqlarınızı düz dördkünc formada kəssəniz, sonradan dırnağın ətə daxil olması problemindən uzaq olarsınız. Ayaq dırnaqlarına boya çəkmək vacib deyil. Bunu ancaq açıq ayaqqabılar geyinəndə etmək lazımdır. İstənilən yerdə ayaqqabılarınızı ürəklə çıxarmaq istəyirsinizsə, onda özünüzü pedikür kimi bir zövqdən kənar qoymayın!
Bundan başqa, ayaqlarınızın ayaqqabının içində həmişə rahat olması da çox mühüm şərtdir. Hündür dabanlı ayaqqabıları ancaq gecə ziyafətlərinə geyinə bilərsiniz. Adi iş günü üçün isə mümkün qədər alçaq dabanlı və rahat ayaqqabılar seçin.


Şərhlər: 12
Baxılıb: 845
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
faydalı meslehetlerdi teşekkür
13 iyun 2015 19:13
# 12
Don't trust anyone ∆
Catwoman666
qadinlar her zzaman ozune baximli olmalidir gozel gorunmelidir
13 iyun 2015 17:42
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Teşekkür faydali meslehet üçün,xanimlar her terefli baximli olmalidir,tek elleri deyil,mende bacardiğim qeder qulluq edirem canima.
13 iyun 2015 17:39
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
tek umidim sen
Qadinn herterefli baximli olmalidir...
13 iyun 2015 16:56
# 9
Kadın derin ama adam yüzme bilmiyor...
vipbetul
el baxmina her zaman diqqet ediram
13 iyun 2015 15:41
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Əl və ayaq baxımına həmişə diqqət edilməlidir, xüsusilədə qadınlar . Qeyd olunmuş məsləhətlərdə faydalıdır.
13 iyun 2015 14:56
# 7
yarpaq33
Tewekkurler faydali meslehetdi
13 iyun 2015 14:43
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
lelos
teşekkürler
13 iyun 2015 14:05
# 5
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
...AdaDunyam``
maraqli ve faydali meslehetlerdir
13 iyun 2015 13:35
# 4
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
teri meri
təşəkkürlər faydalı məsləhətdir
13 iyun 2015 12:19
# 3
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Tomris Müslümova
ne yalan deyim ayaqlarima yayda qulluq edirem ama ellerime ilin 4 feslinde 01
13 iyun 2015 12:09
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Ellerime xususi baxim gosterirem. Qab yuyarken elcekden istifade edirem
13 iyun 2015 10:20
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz