Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Asta yeri
Asta yeri
Göndərən: Nazlı_qız
Şərhlər: 8
Baxılıb: 867
Səs ver:
Gözəl ayaqlar hamının qısqanclığına və heyranlığına səbəb olsa da, ayaqlarımız laqeyd yanaşırıq. Bu ona gətirib çıxarır ki, ayağın altı codlaşır, qabığı soyulur, dabanda çatlar, döyənək əmələ gəlir

Ayaqlara qulluq elə də çətin deyil.
Su Prosedurları
Təmizliyi qorumaq üçün ayaqlan hər gün axşam isti su və sabunla yumaq lazımdır. Bu prosedurdan sonra ayaqlarımzı soyuq su ilə yaxalayın və dəsmalla barmaqlardan (xüsusilə barmaq aralarını) baldırlara doğru tam qurulayın, bu, qan dövranını yaxşılaşdırır. Su vannaları ayaqdakı yorğunluğu və ağırlıq hissini aradan qaldırır.

Təzadlı Prosedur
Bu, möhkəmləndirici və stimullaşdırıcı effekt verir, qan dövranını yaxşılaşdırır, əzələ tonusunu qaldırır və dabanlara qan axınını sürətləndirir. Proseduru həyata keçirmək üçün iki ləyən götürün, birini isti (45 dərəcə), digərini soyuq (20 dərəcə) su ilə doldurun. Stula oturaraq əvvəlcə ayaqlarınızı 1-2 dəqiqə isti suya, sonra 20-30 saniyə soyuq suya salın. Proseduru 8-10 dəfə təkrarlayın və soyuq vanna ilə tamamlayın. Təmiz ayaqlarınızı buz parçalan ilə silin.

Sabunlu Vanna
Suya əlavə olunan sabun-köpüklü məhlul, duru sabunlu vannalar da çox faydalıdır. Belə vannanın hazırlanmasında bir prinsipə riayət etmək lazımdır – minimum su, maksimum köpük. Bundan ötrü ləyənə 5-10 sm hündürlüyündə isti su (45 dərəcəyə qədər), xırdalanmış sabun və ya xüsusi şampun əlavə edin. 10-15 dəqiqə ayaqlarınızı vannada saxlayın, ilıq su ilə yaxalayıb qurulayın.

Yod və ya mineral duzlar (dəniz və ya xörək duzu) əlavə olunmuş vannalar da yaxşı kömək edir. Qan dövranının yaxşılaşması üçün bitki yağı və dərman otlarından hazırlanmış cövhər əlavə olunan vannalar xeyirlidir. Ayaq vannaları üçün çobanyastığı, gicitkən, cökə çiçəyi – hər ləyənə yarım stəkan yaxşı təsir göstərir. Ayaqlar tərləyirsə, barmaqarası dərini də yumaq məsləhətdir.

Qabarlar
Vannalardan sonra kobudlaşmış dərinin təmizlənməsi pemza və ya xüsusi pedikür firçası ilə həyata keçirilməlidir. Həftədə bir dəfə dabanları xüsusi skrabla təmizləmək olar. .Onu pilkanın üstünə çəkərək 2-3 dəqiqə ərzində dabanlara sürtürlər, sonra ayaqlan yaxalayaraq proseduru yenidən təkrarlayırlar. Əgər dabanlarda qabarlar varsa, pemzadan istifadədən sonra qabarlara xüsusi dərman vasitəsi vurulmalıdır. Təzə qaban aradan qaldırmaq üçün 8 gün dalbadal həmin nahiyəyə sirkə vurulmuş çörəkiçi, köhnə qabarlara isə aloye yarpağı və ya 3 gün ərzində limon dilimi qoyulur.

Kremli qulluq
Dərinin təmizlənməsindən sonra ayaqlarınızı silin və barmaqlardan yuxarıya doğru başlayaraq yağlı krem çəkin. Su vannalarını masajla tamamlamaq lazımdır.

Bundan ötrü iki fırça götürün və dairəvi hərəkətlə dəriniz qızaranadək masaj edin. Sonra ayaqlarınıza krem və ya bitki yağı sürtün.


Şərhlər: 8
Baxılıb: 867
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
ayaqlarima burda yazilanlar qeder diqqetnenn qulluq etmirem menim ucun esas temiz olmnasidi dirnaqlarimin baximli seliqeli olmasidi bunlarida vaxti vaxtinda edirem meslehet ucun tesekkur.
17 iyun 2015 01:18
# 8
vipbetul
ayaqlarima fikir vermirem onsuzda yaxsidi esas ellerimdi menimcin
12 iyun 2015 17:21
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ALESSANDRA
ayağım kifayət qədər gözəldi) bu prosedurlarında bezilerine emel edirem tşk)
11 iyun 2015 18:12
# 6
Don't trust anyone ∆
Dosta_inam
Çalişdiğim qeder mende ayaqlarima diqqet edirem,nemlendirici kremler ve s,ellerimize diqqet etdiyimiz kimi ayaqlara da diqqet etmek lazimdir,teşekkür.
11 iyun 2015 05:46
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Men de ayagima xususi diqqet yetirirem. Tez tez nemlendiriciler baximlar edirem
10 iyun 2015 21:50
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Manikürümüzə qarşı diqqətli olduğumuz kimi pedikürə və ayaq baxımına da diqqətli olmaq lazımdır. Faydalı məsləhətlərdi ancaq öz yöntəmlərimdən istifadə edirəm, təşəkkür.
10 iyun 2015 21:33
# 3
lelos
riayet edirem en çoxda yayda
10 iyun 2015 21:30
# 2
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Tomris Müslümova
duzunu desem ayagima daha cox yayda qulluq edirem qisda yox...deyilenlere riayet etmeye calisiram
10 iyun 2015 21:01
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz