Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəllik qurban tələb edirmi?
Gözəllik qurban tələb edirmi?
Göndərən: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 764
Səs ver:
Hər qadının arzusudur gözəl görünmək. Hətta buna aludə olan qadınlarımız da var ki, bəzən gözəllik üçün sağlamlıqlarını da qurban verməyə hazır olurlar. Şüarları da bu olur: "Gözəllik qurban tələb edir". Mənə elə gəlir ki, gözəllik üçün qurban vermək heç də vacib deyil. İlk olaraq ona görə ki, Yaradan insanı hansı görkəmdə məsləhət bilibsə, o cür də yaradıb. Bəlkə çoxunuz mənim kimi müşahidə etmisiniz, adətən, qara, qıvrımsaçlı xanımlar əsmər olur. Nazik, ipək kimi, açıq rəngli saça sahib xanımlar isə sarışın. Bütün bunlar ilahi bir yaranışdır, bunları zorla dəyişmək, hansısa "imici" yaratmaq fikrimcə Yaradanın ziddinə getməkdir. Məncə gözəllik üçün, səliqəli, baxımlı, zövqlü görünmək üçün pul xərcləmək, pulu qurban vermək olar, can sağlığını yox. Bəli, can sağlığını qurban vermək nəinki ağılsızlıqdır, hətta günahdır deyərdim.

Mütəxəssislər çox maraqlı bir faktın üstünü açıblar. Sən demə qadınların ən çox önəm verdiyi dırnaq boyasından istifadə, adı qədər özünün də qorxunc olduğu xəçəngin yaranmasına səbəbdir. Məlumdur ki, bir çox qadınlar manikürü ev şəraitində edir. Lakin daha çox qism qadınların yolu isə salonlardan keçir. Bəzi xanımlar bunu özləri bacarmadığını səbəb göstərir, bəziləri daha fərqli dırnaqlara sahib olmaq arzusundan, bəziləri də məlumdur, boş vaxtdan, pul çoxluğundan, nə bilim hansısa özəlliyi nümayiş etdirmək xatirinə. İçinizdən bəziləri dodağını büzüb qınayacaq məni, bilirəm bu olacaq. Hətta şərhdə yazmasa da, dodaqaltı etirazını da bildirəcək. Amma gəlin reallıqdan çıxış edək. Bir çox xəstəiklərin yayıldığı indiki zəmanədə salonda manikür etdirmənin nə qədər təhlükəli olduğundan xəbəriniz varmı? Dəyərmi bir dırnaq baxımından ötrü orqanizmi sağalmaz, hətta ölümcül xəstəliyə düçar etmək? Deyəcəksiniz ki, biz salona öz manikür dəstimizi aparırıq və gigiyenik qaydalara da tam əməl edirik. Yaxşı, sizinlə burda hələlik razılaşıram.

Hər bir xanım bilir ki, dırnaq boyasının quruma müddəti boyanın keyfiyyətindən asılı olaraq 10-30 dəqiqə arasıdır. Ev şəraitində bu vaxtı keçirmək problem deyil. Amma salonlarda bu vaxtı tezləşdirmək, növbəti müştərini çox gözlətməmək üçün vaxt qazanmaq lazım gəlir. Bundan başqa müştəri özü də əlavə vaxt xərcləmək istəmir və ya boyanın daha uzun müddət qalmasına üstünlük verir. Bunu gerçəklədirməyinsə ancaq bir yolu var. Hansısa cihazın köməyindən istifadə edilməlidir. Bunun üçün bəzi salonlarda qurutma prosesini sürətləndirmək üçün hava üfürən və ultrabənövşəyi şüa yayan xüsusi cihazlar istifadə edilir.  Mütəxəssislərin araşdırmaları sübuta yetirib ki, bu şüalara məruz qalma dəri xərçəngi və dəri yaşlaşması riskini artırır.

16 fərqli salonda, 17 fərqli işıq mənbəyində, hər cihazın içində 5 fərqli əl üzərində aparılan müşahidədən sonra bu nəticəyə gəlinib: Cihaz içində olan ələ tətbiq edilən ultrabənövşəyi şüanın yayılma dərəcəsinə görə dəri müxtəlif dərəcədə zədələr alır. Bunun üçün qurutma cihazından istifadə etməzdən 15 dəqiqə əvvəl əlinizə SPF tərkibli qoruyucu krem çəkin. Daha məsləhətli olan isə, boyanın öz-özünə qurumasını gözləməkdir.  Baxımlı olun, gözəlliyinizi qoruyun, əziz xanımlar, amma sağlamlığınıza ziyan vurmadan.


Şərhlər: 10
Baxılıb: 764
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
GÜNAY
Gozellik her zaman qurban teleb edir ama insanin uzu ile yanawi daxilide gozel olmalidir
9 dekabr 2015 12:14
# 10
Bir "Dost"dan sevgili ola bilər,lakin sevən ürək əsla unutmaz. Elə buna görə Sevgilidən dost olmaz..:/ ♥
vipbetul
insan gozel olmasiycin neyise feda vermemelidir ozunde gozellik olmalidirki az bir ferqli imigle ozunu gozel ede biler

insan gozel olmasiycin neyise feda vermemelidir ozunde gozellik olmalidirki az bir ferqli imigle ozunu gozel ede biler
12 iyun 2015 17:02
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ALESSANDRA
"Gözəllik qurban tələb edir
məncə insan anadan gəlmə gözəl olmalıdır...soradan edilən müdaxilə az nəticə verir
8 iyun 2015 18:01
# 8
Don't trust anyone ∆
...AdaDunyam``
GOZELLIK QURBAN TELEB EDIR
8 iyun 2015 16:20
# 7
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Catwoman666
qadinlar her zaman ozuna baximli olmalidir. ozlerine diqqet yetirmelidir. gozelliyin qurban teleb edib etmeyeceyini deye bilmerem amma gozelliyin ozune baximli olmagi teleb etddiyini bilirem
8 iyun 2015 14:12
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
tek umidim sen
Elbette,Gozellik qurban teleb edir...
8 iyun 2015 12:30
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
Dosta_inam
Qadin her zaman baximli olmaği bacarmalidir,ancaq sağlamliğina ziyan vuracaq şeylerle yox,teşekkür faydali meslehetler üçün.
8 iyun 2015 06:03
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
yarpaq33
Gozellik namine saglamligimi qurban vermerem
7 iyun 2015 22:30
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fialka
Əlbəttə qadın baxımlı olmalıdır bunun üçün bəzən gözəllik qurban tələb edir desəkdə sağlamlığı gözəllik naminə qurban vermək düzgün deyil. Qaldı ki, manikürə qadınların manikür dəsti şəxsi olmalıdır nəzərə alsaq ki, qadın gözəllik salonuna çoxları gəlir və bir çox xəstəliklər də burdan yayılır) ayrıca quruducu kimi istifadə olunan aparatlarda sağlamlığa ziyanlıdır buna görə heç vaxt istifadə etmirəm.
7 iyun 2015 21:23
# 2
BARBI
Elbette gozellikcun mueyyen seyleri qurban etmelisen.
7 iyun 2015 21:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz