Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Düzgün manikür = sağlam dırnaqlar
Düzgün manikür = sağlam dırnaqlar
Göndərən: Qlamurr
Şərhlər: 16
Baxılıb: 1449
Səs ver:
Manikürü 7-10 gün ərzində 1 dəfə etmək məsləhətdir. Evdə və ya kosmetik salonda manikür etməyinizdən asılı olmayaraq dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr.

- Dırnaqları vanna etdikdən dərhal sonra yonmaq olmaz, belə ki, bu prosedura onları yumşaq və kövrək edir.

- Təbii dırnaqlar üçün sərt metal dırnaq "pilkalardan” istifadə etmək olmaz. Mütəxəssislər almaz tozlu dırnaq "pilkalardan” istifadə etməyi məsləhət görürlər.

- Quru dırnaqları dırnaqtutanla kəsmək olmaz.

- Kutikulanı kobud şəkildə kəsmək olmaz. O, dırnağın sağlamlığına cavabdehdir.

Manikürün bir neçə növü vardır. Klassik manikür hamıya yaxşı məlumdur. Bu zaman isti vannadan sonra kutikula çıxarılır. Avropasayağı manikür dırnaqları daha çox qoruyur. Kutikula xüsusi tərkibli məhlulla yumşaldılır və xaric edilməyərək taxta çubuq və ya rezin (plastik) başlığı olan alətlə arxaya çəkilir.

Kutikula işləndikdən sonra dırnağa lazımi forma verilir və onun səthinə dırnaq lakı vurulur. Əvvəlcə mütləq "baza lakı” vurulmalıdır. Bu lak dırnaqlarda rəngsiz və şəffaf görünür (hətta qabında bir az rəngli olsa da). Baza lakı dırnaqları qoruyur, tərkibinə vitamin və mikroelementlər daxil olduğu üçün onları sağlamlaşdırır, əsas lak tonunun yaxşı vurulmasına kömək edir, onun davamlılığını artırır.

Baza-lakından sonra əsas ton, sonra isə rəngsiz möhkəmləndirici lak vurulur. Mütəxəssislər baza lakını, hətta dırnaqları boyamadıqda belə, onları qorumaq üçün vurmağı məsləhət görürlər. Belə ki, müntəzəm olaraq müxtəlif məişət kimyası ilə kontaktda olmaq dırnaqları xeyli dərəcədə korlayır.

Əgər siz dırnaqlarınızın sağlam olmasını istəyirsinizsə, onda heç bir halda istehsalçısı məlum olmayan ucuz dırnaq boyalarından istifadə etməyin.

Lakı silmək üçün istifadə edilən aseton əsaslı vasitələr dırnaqlara ziyan vurur. Bu məqsədlə, bitki ekstraktları əlavə olunmuş, asetonsuz, yumşaq, qoruyucu məhlullardan istifadə edilməsi daha çox arzu olunandır.

Hal-hazırda dəbdə olan dırnaqların uzadılması prosedurası onları korlaya bilər. Məsələ ondadır ki, süni dırnaqların altında təbii dırnaqlar zəifləyir, nazik və yumşaq olur. Ona görə də əgər siz dırnaqlarınızı uzatmısınızsa, bu dövrdə təbii dırnaqlarınızı möhkəmləndirmək üçün vitaminlər və kalsium qəbul etmək məsləhətdir. Süni dırnaqları çıxardiqdan dərhal sonra onları yenidən uzatmaq məsləhət deyil. Əvvəlcə onlara xüsusi kosmetik qulluqedici vasitələrin köməyi ilə müalicə etmək lazımdır.


Şərhlər: 16
Baxılıb: 1449
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
qizdan xosum gelmir
29 mart 2015 19:50
# 16
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
leyla_258
dirnaqlarima hec fikir vermirem.
29 mart 2015 18:55
# 15
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
lelos
men uzada bilmirem qirilir
29 mart 2015 15:05
# 14
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Aynuray
maraqli geldi
29 mart 2015 00:29
# 13
SEN MENIM SADELIYIME BAXMA MUREKKEBIMDE BATARSAN
vipbetul
dirnaq boyasindan cox isdifade etmirem etdiklerimse xaricden aliram orginaldilar
28 mart 2015 23:34
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
ne dirnaq uzadiram ne de manikur edirem. hec gelecekde de uzatmaq fikrim yoxdu dirnaqlari. cunki menim secdiyim stil uzun dirnaqlara icaze vermir
28 mart 2015 23:00
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
Qlamurr
Nə süni şəkildə,nə də təbii şəkildə dırnaq uzatmağı sevmirəm,özümü narahat hiss edirəm,ancaq manikuruma hər zaman diqqət edirəm.
28 mart 2015 16:56
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
bi defe bacimin toyunda taxmisam dirnaq vessalam ama heyatda dirnaqlarim cox uzundu cunki sevirem ele dirnaqlari
28 mart 2015 16:13
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nezka
Taxma dırnaq işlətməmişəm işlətmərəm də
28 mart 2015 13:08
# 8
İçimi görsən mənə aptek alarsan.
_BELOSNEJKA_
Dirnaq uzatmagdan heeeeeec xosum gelmir ozumu nrht hiss edirem toyumdada hec qoymadim qoysunlar ama oxumaq maragli oldu
28 mart 2015 11:34
# 7
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
emis
taxma dirnaq hec xosum gelmir tebiilik sevirem demirem hec vaxt istifade etmerem ama bir dirnagim ucun belke ne vaxtsa dirnaq ekdirdim prablem var tesekkurler
28 mart 2015 11:17
# 6
BARBI
Her zaman manikuruma xususi diqqet yetirirem ama hec vaxt suni dirnaqdan istifade etmirem cox pis gorsenir
28 mart 2015 10:52
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ayan97
Sunni dirnaqlardan istifade etmirem, amma dirnaqlarim suynan isdiyen kimi agarir ve qppmaya basliyirlar,..
28 mart 2015 10:49
# 4
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Rusi
xowum gelmir suni dirnaglardan hec vaxtda istifade etmemiwem oz dirnaglarim uzundu pilka
28 mart 2015 10:43
# 3
aliceWOnDer
Suynu dırnaqdan istifadə etməmişəm...oz dırnaqlarım uzun və səliqəlidi...manikuruda ozum evdə eddirəm
28 mart 2015 10:12
# 2
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Süni dırnaqdan heç vaxt istifadə etməmişəm , dırnaq və əlimə həmişə diqqət edirəm , manikürünü də ya özüm edirəm yada öz dəstimlə salonda , başqa cür arxayın olmaq olmaz gərək hər bir xanımın şəxsi manikür dəsti olsun .
28 mart 2015 10:07
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz