Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dırnaq boyalarının tərkibində olan 3 ziyanlı maddə
Dırnaq boyalarının tərkibində olan 3 ziyanlı maddə
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 1707
Səs ver:
Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəlif marka və saysız sayda rəng çalarları vardır.
Lakin boyalardan uzun zaman istifadə etdikdən sonra, bir çox xanımlar dırnaqlarının  pisləşməsini müşahidə edirlər. Zamanla dırnaqlar zəif, rəngsiz və tez qırılmağa meyilli olurlar. Bəs, hər həftə istifadə etdiyimiz bu boyaların tərkib hissəsindən xəbərdarsınızmı?
Boya aldıqda çalışın onun tərkib hissəsi haqda məlumatı oxuyasınız. Yadda saxlayın, boyalarda əntəhlükəli maddələr - toluol, formaldeqid və ftalatlardır. Bunlar orqanizmdə toplanan və çıxarılması mümkün olmayan toksik maddələrdir.
Formaldeqidlər - boyaya kəskin spesifik qoxu verən maddələrdir ki, onları uzun zaman qoxladıqda baş ağrısı, ürəklə əlaqədi problemlər və sinir pozğunluqları yarana bilir. Bundan əlavə onlar dırnaqların həddən artıq qurudulmasına səbəb olub, nəticədə dırnaqları  zəif və tezsınan edir.

Toluol - bu maddə, boyanın tez qurumasını və dırnaqda yaxşı saxlanılmasını təmin edir. Lakin bu çox güclü konserogen maddədir. Həmçinin bir çox ucuz və keyfiyyətsiz boyaların tərkibində çox miqdarda spirt və aseton olur ki, onlar dırnaqların qurumasına səbəb olurlar.
Bu məqalədən belə nəticəyə gələ bilərsizni ki, boyalardan istifadə orqanizm üçün ziyandır. Təibi ki bu belədir, lakin, artıq satışda "toluolsuz" boyalar da vardır. Çalışın belə boyalardan istifadə edin və ən əsası isə zamanla dırnaqlarınıza istirahət verin. Müxtəlif qoruyucu və qidalandırıcı rəngsiz boyalar vardır ki, onlar  vitamin və minerallarla zəngin olub, dırnaqların profilaktik müalicısi üçün istifadə edilir.

Həmçinin dırnaqlarınız üçün müxtəlif  tərkibli  vannalar da çox xeyirlidir. Sizə bir neçə resept təqdim edirik:
Dəniz duzlu möhkəmləndirici vanna.
1 x/q dəniz duzu  və 1 stəkan ilıq suyu qarışdırıb, əllərinizi bu suda 10 dəqiqə saxladıqdan sonra, qurulayıb, qidalandırıcı krem sürtməniz məsləhət görülür.(dəniz duzu yoxdursa, adı xörək duzu da istifadə etmək olar)
Yağlı vanna.
1/2 stəkan bitki yağı və 1/2 alma sirkəsini qarışdırıb(yağı biraz qızdırmanız məsləhət görülür), 15 dəqiqə saxladıqda sonra salfet və ya yumuşaq dəsmalla qurulayın.
Vitaminli vanna.
1/4 stəkan günəbaxan yağı, 5-6 damcı A vitamini, 3 damcı yodu qarışdırın. Bu vanna da əlləri 20-25 dəqiqə saxlayın sonra eyni qaydada qurulayın. Belə vannanı həftədə 2 dəfə qəbul etdikdə, dırnaq və əl dərisi  lazımı vitamini alacaq.


Şərhlər:
Baxılıb: 1707
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz