Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Manikür - pedikür haqqında bilmədikləriniz
Manikür - pedikür haqqında bilmədikləriniz
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2198
Səs ver:
BAXIMLI ƏLLƏR VƏ AYAQLAR 
Hər cür xarici faktora məruz qalan əllərimizin etinalı bir baxıma ehtiyacı vardır. Zərif, düz, baxımlı əl və dırnaqlar üçün edilməsi lazım olanları belə sıralaya bilərik. İlk iş əllərinizi yuduqdan sonra yumşaldıcı krem istifadə etmək və həftədə bir gün manikür ideal.
MANİKÜR 
Salonda etdirə biləcəyiniz kimi, evdə özünüzdə edə bilərsiniz.
1.Öncelikle dırnaqlarınızdakı lakı təmizləyin, dırnaq diblərinə yumşaldıcı krem çəkin.
2.İsti suya bir neçə damla şampun və yarım limon suyu əlavə etdikdən sonra əllərinizi iki dəqiqə bu suda gözlədin.
3.Daha sonra dırnaq dibindəki ətləri itələnin, səthdə qalan ölü toxumanı alın.
4.Dırnaqlarınızı törpüləyin, əllərinizə krem ilə birlikdə masaj edin.
5.Önce dırnaq qoruyucusu daha sonra lak sürərək manikürünüzü tamamlayın.
ƏL BAXIMININ PİK NÖQTƏLƏRİ
-Baxım kremləri dırnaq ətlərini yumşaldar.
-Dırnaqlarınızın nəfəs alması lazımdır, buna görə davamlı laklı olmamasına diqqət edin.
-Əllərinizin yumaşacıq olmasını istəyirsinizsə, iki çay qaşığı bal və yarım limon suyunu qarışdıraraq əllərinizə çəkin.
-Əlləriniz çox  tərləyirsə, soyuq suyun altına tutun, soyuq su qan dövranını qısa müddətdə nizamlar və tərləməyi önləyər.
Ayaqlar: Bədənin bütün yükünü çəkən ayaqlar laqeydlik edilməməli. İlk adım/addım ayaqların yorğunluğunu aradan qaldırmaq. Daha sonra pedikür ilə son nöqtəni qoya bilərsiniz.
PEDİKÜR
1.Dırnak diblərini yumşaltmaq üçün krem və ya jel tətbiq edin. Daha sonra ayaqlarınızı isti su dolu bir qabda istirahət etdirin, yumşalmalarını gözləyin. Suyun içinə bitki mənşəli maddələr ata bilərsiniz.
2.Daha sonra dırnaq diblərini itələyərək ölü toxumanı alın.
3.Dırnaklarınızı törpüləyin, üst qisiminidə törpülemeyi laqeyd yanaşmayın.
4.Krem çəkdikdən sonra bir qat dırnaq gücləndirici çəkin.
5.Ponza daşı ilə ayaqlarınızdakı ölü hüceyrəni təmizləyin, tərləməyə qarşı qoxulu ayaq pudralarını istifadə edin.
TƏSİRLİ AYAQ BAXIMININ PİK NÖQTƏLƏRİ
-Ayaqlarınıza xüsusilə topuq qisiminə losyon və nəmləndirici məhsullarla masaj edin.
-Krem çəkərkən dırnaq ətlərinə sürməyə laqeyd yanaşmayın.
-Topuqlarınız sərt isə yatmadan vazelin sürün və pambıqlı corab geyin.
-Ayaqlarınızı istirahət etdirmək üçün isti su içinə lavanta çiçəyi yağı əlavə edin, yorğunluğu alar.
-Ayaqlardakı ölü dərilər üçün peeling edən baxım məhsulları istifadə edə bilərsiniz.
PROBLEMLİ DIRNAQLARA HƏLLƏR… 
Qırılan ya da ayrılan dırnaqlarınızı qüvvətləndirmək üçün nə etməlisiniz? Çoxumuz buna kalsium əskikliyinin, ya da nizamsız qidalanmanın səbəb olduğunu sanarıq. Qırılan dırnaqlar üçün ən yaxşı həlli yağlar və losyonlarla onlara yaxşı bir baxım təmin etmək. Dırnaqlara dərin bir müalicə vermək üçün 10 dəqiqə müddətlə ilıq zeytun yağında gözlədə bilərsiniz. Səthi tətbiq olunan dırnaq gücləndiricilər də heç bir işə yaramır və nəmləndiricilərin nüfuz edilməsini maneə törədir. Soya zülalının da dırnaqlar üzərində çox faydalı təsirləri mövcud, xüsusilə soya südü və tofu ya da gündəlik olaraq B Vitamin ailəsindən gələn ‘biotin' ala bilərsiniz. Ya 80 mglik həblər halında ya da yumurta sarısı və ya maya yeyərək bu ehtiyacı qarşılaya bilərsiniz.
 
/Mənbə: Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 2198
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz