Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəl əllərə sahib olmağın 5 yolu
Gözəl əllərə sahib olmağın 5 yolu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2893
Səs ver:
Xarici görünüşünə diqqət yetirən xanımlar belə çox zaman əllərinə qulluq etməyi unudurlar.

Müəxəssislər baxımlı əllərə sahib olmağın həm də sağlamlığa təsir etdiyini müəyyən ediblər.

1. Bol su içmək

Suyun sağlamlığa xeyri saymaqla bitməz. Gündə 2 litr maye qəbul etmək sağlam həyatın əsas şərti olmaqla yanaşı, gözəl dəri üçün də əvəzolunmaz vasitədir. Bədəndə ehtiyac yaranan su tələbatı ödənməzsə, qurumağa başlayan dəridə müxtəlif problemlər yaranar. Xüsusilə əllərdən başlayan bu qurumanın qarşısını almaq üçün bol-bol sudan istifadə etməyiniz məsləhətdir.

2. Ev işləri görərkən əlcək geyinmək

Gün ərzində özümüz də bilmədən ən çox əllərimizə ziyan dəyir. Xüsusilə ev işləri əllərin daha çox kənar təsirlərə məruz qalmasına səbəb olur. Bu işləri görərkən əlcək geyinməyə diqqət edin. Bu zərəri aradan qaldırmaq üçün əllərinizi gündə 2 dəfə nəmləndirin.

3. Əlləri yuyarkən diqqətli olmaq

Əlləri mütəmadi olaraq yumaq orqanizmi mikroblara qarşı qorumaq üçün vacib şərtlərdəndir. Lakin əllərinizi yuyarkən dərinizi diqqətdən kənar qoymayın. Mütəxəssislər suyun normadan artıq isti və soyuq olmamasını tövsiyə edirlər. Onların fikrincə, istifadə olunan sabun dərini qurutmamalı və nəmləndirici tərkibli olmalıdır.

 4. Günəş şüalarından qorunmaq

 Əllərə təsir edən amillərdən biri günəş şüalarıdır. Mütəxəxssilər günəşin dərimizdə yarada biləcəyi ləkələrə qarşı krem və losyon istifadəsini zəruri hesab edirlər.

5. Gecə masajı etmək

Gün ərzində əllərinizə qulluq etmək üçün vaxt tapa bilmirsinizsə, bunu gecələr edin. Dərinizə uyğun maska düzəldin və nəmləndirici kremlərlə masaj edin. Hər gecə 5-7 dəq edilən masaj əllərinizin sağlam və gözəl qalmasını təmin edəcək.


Şərhlər:
Baxılıb: 2893
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz