Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Manikür və pedikür haqqında bilməniz lazım olanlar
Manikür və pedikür haqqında bilməniz lazım olanlar
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 3150
Səs ver:
 Əllər ünsiyyət əsnasında ən əhəmiyyətli ünsürlərdən biridir. 
 Baxımlı olmanın ön şərtlərindən biri də  manikür  və pedikürdür.Gündəlik həyatımızda bütün bədənimizə olduğu kimi əl və ayaq baxımınada əhəmiyyət verməliyik. İnanın yaşına, mövsümə və moda rənglərinə görə dırnaq boyası tətbiq olunmalıdır.
Davamlı olaraq qırılan və ayrılan dırnaqlar, qidalandırıcı dərmanlar ilə gücləndirilməlidir. Pedikür xüsusilə yayda böyük əhəmiyyət daşıyar. Qışda davamlı olaraq bağlı ayaqqabılar içində hava almayan ayaqlarımızın sağlam və xoş görünməsi üçün pedikürə ehtiyac vardır. Batan ayaq dırnaqları bağlı ayaqqabılar içində qaldıqca böyük problemlərə yol açar. Ekspert  tərəfindən bu problem müalicə edilməlidir.

Ayaq sağlamlığı
Təbii ki tibb hər vaxt ən təsirli müalicə üsullarına malikdir. Amma bəzi kiçik problemlər zamanı da həkimə getmədən əvvəl evdə edilə biləcək müalicə yolları vardır.
Döyənək: Ayaqlarınızı, içərisində şampun olan 2ltlik ilıq suda 10 dəqiqə gözlədin. Ayaq dərisini yumşatmaq üçün, sudan çıxardığınız ayaqlarınıza bitki mənşəli yağlayar ya da kremlərlə masaj edin. Daha sonra pomza daşı ilə ayaqlarınızı ovun. Ayaqlarınızı görə biləcəyiniz şəkildə ayaqlarınızı bir yastığın üzərinə qoyun. Döyənəyin üzərinə vazelin sürtün. Döyənəyi pambıqlı məxmər bir parça  ilə sarıyın. Hər duşdan sonra parçanı dəyişdirərək, 1 həftə boyunca bu şəkildə bağlayın. Döyənək yenilənsə eyni əməliyyata davam edin, əgər ağrılı davam edirsə mütləq bir həkimə müraciət edin.

Baxımlı əllər və ayaqlar
Hər cür xarici faktora məruz qalan əllərimizin diqqətli bir baxıma ehtiyacı vardır. Zərif, düz, baxımlı əl və dırnaqlar üçün edilməsi lazım olanları belə sıralaya bilərik. İlk iş əllərinizi yuduqdan sonra yumşaldıcı krem istifadə etmək və həftədə bir gün  manikür etməkdir.

Manikür
Manikür ustanıza etdirə biləcəyiniz kimi, evdə özünüz də edə bilərsiniz.
1. Əvvəlcə dırnaqlarınızdakı dırnaq boyasını təmizləyin, dırnaq diblərinə yumşaldıcı krem sürtün.
2. İsti suya bir neçə damla şampun və yarım limon suyu əlavə etdikdən sonra əllərinizi iki dəqiqə bu suda gözlədin.
3. Daha sonra dırnaq dibindəki ətləri götürün.
4. Dırnaqlarınızı törpüləyin, əllərinizi krem ilə birlikdə masaj edin.
5. Əvvəl dırnaq qoruyucusu daha sonra dırnaq boyasını sürtərək manikürünüzü tamamlayın.

Əl və ayaq baxımının pik nöqtələri
-Baxım kremləri dırnaq ətlərini yumşaldar.
-Dırnaqlarınızın nəfəs alması lazımdır, bu səbəbdən davamlı boyalı olmamasına diqqət yetirin.
 -Əllərinizin yumaşaq olmasını istəyirsinizsə; iki çay qaşığı bal və yarım limon suyunu qarışdıraraq əllərinizə sürtün.
-Əlləriniz çox tərləyirsə soyuq suyun altına tutun, soyuq su qan dövranını qısa müddətdə nizamlar və tərləməyi önləyər.
Ayaqlar: Bədənin bütün yükünü çəkən ayaqlar laqeydlik edilməməlidir. İlk addım ayaqların yorğunluğunu aradan qaldırmaqdır. Daha sonra  pedikür  ilə son nöqtəni qoya bilərsiniz.

Püdikür

1. Dırnaq diblərini yumşaltmaq üçün krem və ya jel tətbiq edin. Daha sonra ayaqlarınızı isti su dolu bir qabda istirahət etdirin, yumşalmalarını gözləyin. Suyun içinə bitki mənşəli maddələr də ata bilərsiniz.
2. Daha sonra dırnaq diblərini itələyərək ölü toxumanı yox edin.
3. Dırnaqlarınızı törpüləyin, üst qisiminidə törpüləşdirməyə laqeyd yanaşmayın.
4. Krem sürtdükdən sonra bir qat dırnaq gücləndirici sürtün.
5. Ponza daşı ilə ayaqlarınızdakı ölü hüceyrəni təmizləyin, tərləməyə qarşı qoxulu ayaq kirşanlarını istifadə edin.

Təsirli  ayaq baxımının pik nöqtələri
-Ayaqlarınıza xüsusilə topuq qisiminə losyon və nəmləndirici məhsullarla masaj edin.
-Krem sürtərkən dırnaq ətlərinə sürtmyə laqeyd yanaşmayın.
-Topuqlarınız sərtdirsə yatmadan əvvəl vazelin sürtün və pambıqlı corab geyin.
-Ayaqlarınızı istirahət etdirmək üçün isti su içinə lavanta çiçəyi yağı əlavə edin, yorğunluğu alın.
-Ayaqlardakı ölü dərilər üçün peeling edən baxım məhsulları istifadə edə bilərsiniz.

Problemli dırnaqlara həllər...
Qırılan ya da ayrılan dırnaqlarınızı qüvvətləndirmək üçün nə etməlisiniz? Çoxumuz buna kalsium əksikliyinin, ya da nizamsız qidalanmanın səbəb olduğunu sanarıq. University of Alabama at Birminghamdan Dermatolog Prof. Boni Elewskiye görə qidalanmanın dırnaqların qırılması üzərində çox az təsiri var. Bunun əsas səbəbi quru dırnaqlardır. Qırılan dırnaqlar üçün ən yaxşı həll yağlayar və losyonlarla onlara yaxşı bir baxım təmin etmək. Dırnaqlara dərin bir müalicə vermək üçün 10 dəqiqə müddətlə ilıq zeytun yağında gözlədə bilərsiniz. Səthi tətbiq olunan dırnaq gücləndiricilər də heç bir işə yaramır və nəmləndiricilərin nüfuz edilməsini maneə törədir. Soya zülalının da dırnaqlar üzərində çox faydalı təsirləri mövcuddur, xüsusilə soya südü gündəlik olaraq B Vitamin ailəsindən gələn biotin ala bilərsiniz. Ya 80 mq-lıq həblər halında ya da yumurta sarısı və ya maya yeyərək bu ehtiyacı qarşılaya bilərsiniz.

Əl estetiki
Hava çirkliliyi, günəş şüaları, pis hava şərtləri kimi mənfi faktorlardan əllərinizin də təsirləndiyini bilirdiniz? Baxımına diqqət yetirilməyən və istifadə edilən əllər, üzünüzdən daha tez yaşlanır. Yaşlanmasının ən əhəmiyyətli əlaməti isə dərisinin diriliyini itirməsi və üzərində açıq qəhvərəngi ləkələr meydana gəlməsidir. Ancaq kosmetik cərrahıda bunun da çarəsi var. Lazer əməliyyatıyla, əllərin üzərində ibarət olan ləkələrin bütünü yox edilə bilir. Əl dərisinin qırışmasına və ləkə meydana gəlməsinə qarşı çıxarılmış bir çox xüsusi məhsulu bazarda rahatlıqla tapa bilərsiniz. Təmizlik üçün nəmləndirici ya da krem ehtiva edən əl sabunlarını seçin. Əllərinizi yuduqdan sonra quruluq hiss edirsinizsə, nəmləndirici bir kremi masaj edərək tətbiq edin. Təbii məhsulların yanında markaların da əl nəmləndirici məhsulları var. Günəş və pis hava şərtlərinə qarşı qoruyucu krem sürtün. Əl dərinizdə sərtləşmə varsa,  məhsullarla bu problemi ortadan qaldıra bilərsiniz. Ləkə meydana gəlməsinə maneə törətmək üçün retinol, A, C və E vitaminləri ehtiva edən baxım kremlərini istifadə edin.

/Mənbə: Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 3150
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz