Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evdə əl baxımı və çatlayan əllərə möcüzəvi həllər
Evdə əl baxımı və çatlayan əllərə möcüzəvi həllər
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 5041
Səs ver:
 Gözəl və baxımlı əllər, özümüzü bizə hər vaxt daha yaxşı hiss etdirər. Bir az pis olduqlarinda həm xoş görünüş itər həm də narahatlıqduyarıq. Xüsusilə ev işləriylə məşğul olan qadınların əlləri çox sıx su və yuyucula təmas edər, bu da tahriş olmalarına gətirib çıxarar. Dəri çatlayar, sərtləşər və əllərin təbii örtüsü təxrib olar. Gözəllik salonlarında tətbiq olunan əl duşları və kompreslər, köhnəlmiş əllərin özlərini yeniləyə bilmələri üçün ideal baxım üsullarıdır. Lakin bunların xaricində evdə də tətbiq edə biləcəyiniz, dırnaqlarınızın və əllərinizin mükəmməl görünməsini təmin edəcək sadə amma təsirli təkliflər var.
Nəmləndirici maska
Əlləriniz çox qurudusa, bu qarışıq tam sizə görədir. Bir qaynadılmış kartofu əzib içinə bir az vazelin və quru çobanyastığı çiçəkləri əlavə edin. Bir az qarışdırıb əlinizə sürtün. Sonra da əlinizi pambıqlı bir dəsmala qucaqlayaraq yarım saat qədər gözləydin. Ardından ilıq suyla yuyun.
Aromatik yağlarla əl duşu
Yumuşaq əllərə sahib olmanın yanında xoş iy vermələri də hər qadının xoşuna gələr. Bunun üçün 3 damla lavanta yağı, 2 damla bergamot yağı və 10 damla badam yağını 1çay qaşığı qliserin ilə qarışdırın. Vəsaiti bir qabın içindəki isti suya əlavə edin və qarışdırın. Əllərinizi 20 dəqiqə boyunca bu duşun içində saxlayın. Sonra diqqətlicə ovuşturarak qalan yağı da dəriyə yedirin.
Zeytunyağı ilə əl duşu
Əllərinizin üstü çatlayır, hətta zaman zaman sızıldayırmı? O zaman dərhal 1 çay stəkanı zeytunyağını benmari üsulu yüngülcə istilədin. İçinə 15 – 20 damla limon suyu əlavə edib yaxşıca qarışdırın. Əllərinizi bu yağın içində 5 – 10 dəqiqə gözlətdikdən sonra ilıq su və sabunla yuyub qidalandırıcı bir nəmləndirici sürtün.
Badam yağı masajı
Xüsusilə soyuq havalar əllərin çox tez çatlamasına və dərinin qalınlaşmasına səbəb olar. Badam yağı bu mövzuda ən böyük köməkçinizdir. 2 yemək qaşığı badam yağını benmari üsulu 37 – 40 dərəcə istilikdə istilədin. Dairəvi hərəkətlərlə əvvəl əlinizin üstünə, sonra da ovuclarınıza doğru masaj edərək yaxşıca dərinizə yedirin və əllərinizin bir neçə dəqiqə isti qalmasını təmin edin.

Evdə əl baxımı və çatlayan əllərə möcüzəvi həllər

 Əllərinizi kremləyin

Bütün bu üsulların xaricində, əllərdə ibarət olan quruluğu aradan qaldırmaq üçün dərini qidalandıran əl kremlərini seçim edə bilərsiniz. Kremi gün içində az miqdarda amma tez tez sürtməyə diqqətyetirin. Biləklərinizdən başlayaraq barmaqlarınızın oynaq yerlərinə qədər dairəvi və diqqətli hərəkətlərlə masaj edərək dərinizə yedirin. Xüsusilə gecə istifadə edilən əl kremləri, siz yatarkən hüceyrələri qidalandırar.
Sağlam dırnaqların sirri
Əgər dırnaqlarınız qurudursa və asanca qırılırsa, çox sıx təmizlik maddələriylə təmas edirlər deməkdir. Bir qadının əlləri nə qədər gözəl olursa olsun, əgər dırnaqları şəkilsiz və qırıqsa, gözəlliyi kölgələnər. Buna görə dırnaqlarınızın da baxımını laqeyd yanaşmayın.
Soğan suyu masajı
Quru soğanın özsuyu ilə də dırnaqlarınıza masaj edə bilərsiniz. Beləcə sərtləşmələrini təmin edə bilər və qırılmalarını önləyə bilərsiniz.
Manikürə l
aqeyd yanaşmayın
Səhv qidalanmaqla doğru mütənasib olaraq çatlayan, qırılan, soyulan və saralan dırnaqlarınızın baxımlı görünməsini təmin etmək üçün, üç həftədə bir manikür etməyə diqqət yetirin. Ayrıca bir cila və ya lakla dırnaqlarınızın canlı və baxımlı görünmələrini təmin edə bilərsiniz. 
Davamlı olaraq saralmalarından şikayətçisənsə; 1 ədəd limonu çox az suyla qarışdırıb dırnaqlarınızı bir neçə dəqiqə içində gözlədin. Asan qırılmalarını önləmək üçün də, dırnaq diblərinə vazelinlə masaj edin. Çünki vazelin asanca əmilib dərini nəmləndirər və dırnaqların güclənmələrini təmin edər.
 
Təcümə Edi: N E L L I



Şərhlər:
Baxılıb: 5041
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz