Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tətildən sonra makiyaj necə olmalıdır?
Tətildən sonra makiyaj necə olmalıdır?
Göndərən: Narın Yağış
Şərhlər: 8
Baxılıb: 325
Səs ver:
Tətildən sonra makiyaj necə olmalıdır?
Fikir vermisiniz ki, dərini “Qızıl Şərq Günəşi bəzədikdən” sonra adi pomada, dodaq parıldadıcısı, göz kölgəsi və sürmə üzdə tamamilə fərqli görsənir.

Bəs bu cür bronzlaşmış dodağa, gözə və ümimüyyətlə dəriyə necə və hansı makiyaj ləvazimatlardan istifadə etmək lazımdır ?

Makiyaj eksperti Jorj Forgani bildirib ki, tətil sonrası olan makiyaj xanımların isti yay günlərində vərdiş və istifadə etdiyi yüngül makiyajdan daha fərqli, əsasən də daha ağır olmalıdır. “Lakin bu demək deyil ki, tətildən gələn xanımlar maska effektli makiyaj ləvazımatlara söykənməlidirlər, əksinə onlar parlaq rənglərə – rəngli kölgələrə, göz laynerlərə və pomadalara üstünlük verməlidirlər”.

Dodaqları necə vurğulamaq lazımdır?
“Pomada çalarların seçimi çox vaxt xamın geyim tərzindən də asılı olur” – Jorj Forgani.
“ Dodaqlara gəldikdə ekspert bildirir ki, bu mövzuda xanımlar azaddırlar və istədikləri rəng və parıldıcıdan istifadə edə bilərlər. Əgər istəyirsiniz ki, görünüşünüz zərif və fərqli günə uyğun olsun, onda əsasən şərab və giləmeyvə tonlarında olan pomadalara üstünlük verin. Həmçinin, bej və mat tonlara olan pomadalar və parıldıcılara da nəzər salmaq xanımlar üçün xeyirli olar.

Gözlər üçün necə çalarlar seçmək lazımdır?
Amma bir məqam var ki, o da dəyişilməz qalır. Bronzlaşmış üzdə göz makiyajını kirpiklərin qalınlığı ilə vurğulamaq lazımdır. Buna görə də, xanımlara qoyulma kirpik effekti yaradan tuşlardan istifadə etməyə tövsiyyə edirəm. Göz kölgəsi və ya sürmədən istifadə edilirsə, bu zaman istifadə olunan rənglər xanımın gözlərin rəngini vurğulamalıdır. Yaşıl rəngli gözlər üçün bənövşəyi və ya açıq yaşıl, mavi rəngli gözlər üçün isə göy və ya açıq mavi tonlar daha vurğulayıcı və uyğun olar. “ Xanımlar hər zaman onu da yadda saxlasınlar ki, onlar rəngli kölgələrdən sadəcə göz makiyajını vurğulamaq üçün istifadə etməlidirlər” – ekspert bildirir.

Bronz effektinə necə nail olmaq olar?
Əgər siz hələ də tətildə olmamısınız, amma bronzlaşmış dəri arzulayırsınızsa, bunu makiyaj ləvazimatlar ilə də yaratmaq olar və hətta rəfiqələriniz də sizi bir həftə qaynar qumlar arasında və yay günəşi altında dincəlmiş kimi biləcəklər. Bronz effektini yaratmaq üçün təkcə bronzlaşdırıcıdan istifadə etmək lazım deyil. Tətildən qayıdandan sonra və ya ümumilikdə tətilə getməyiniz də amma bronz effektini yaratmaq məqsədli xanımlar istifadə etdikləri tonal kremin bir ton daha bronz rəngindən istifadə etməlidirlər. Kremi qalın fırça ilə eyni dərəcədə üzə və əsasən də üzün dərin cizgilərinə vurub, sonra da üzərinə bronzlaşdıcını vurmaq məsləhətdir.


Şərhlər: 8
Baxılıb: 325
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
eeee tetilden sonra ya evvel ne ferqi vare,makiyaj ele makiyajdida.
23 avqust 2016 16:28
# 8
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
MODABAZ
Men makyaj etmırem helekı twkk
22 avqust 2016 23:51
# 7
Heyata daim gulmek lazimdii
Onun_Mələyi
Sitat: son bahar
cox sagolun xebere gore ozum aciq derili xanimam ne qeser gun suasi qebul etsemde qaralmiram sadece derim yanir ona gorde qoruyucu kremlerden isdifade edirem

Mənim bir rəfiqəm və sinif yoldaşımda elədi.heç qaralmazlar...deri yanar sadece.
22 avqust 2016 23:42
# 6
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
makyaji xoslamiram
22 avqust 2016 21:34
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Cindrella
Men bronslasmis reng sevmirem.Ozum ne qarayam ne ag tam ortasindayam.Ancaq indi biraz qaralmisam.Indi de gunesli vaxt evden vole cixmiram ki qaralmayam.
22 avqust 2016 21:24
# 4
Totu
Tşk lazım deyil
22 avqust 2016 20:05
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
son bahar
cox sagolun xebere gore ozum aciq derili xanimam ne qeser gun suasi qebul etsemde qaralmiram sadece derim yanir ona gorde qoruyucu kremlerden isdifade edirem
22 avqust 2016 18:22
# 2
...
narmiwka_15
makyajdan istifade elemirem menlik xeber deil
22 avqust 2016 18:18
# 1
Be Happy))
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz