Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rəngli tuşlar və onların düzgün istifadəsi
Rəngli tuşlar və onların düzgün istifadəsi
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 528
Səs ver:
Rəngli tuşlar yazın əsas trendlərindəndir. Amma əksəriyyətimiz qara rəngli tuşlara üstünlük veririk. Bir az cəsarətli davransaq qəhvəyi rəngli tuş da istifadə edə bilərik. Və bu iki rəngdən bir addım da xətti keçmərik. Bütün bunlara baxmayaraq risk edib azca parlaq tuşlardan istifadə etsəniz özünüzü Amerika qitəsini kəşf etmiş kimi hiss edərsiniz. Təbii ki, əgər siz özünüzə yaraşan tuşu seçib, düzgün istifadə etdiyiniz zaman yaxşı nəticə əldə etmiş olacaqsınız. Yox, əgər sizə hansı rəngli tuş yaraşar və ondan düzgün istifadə qaydasını bilmirsinizsə kefinizi pozmağa dəyməz. Bu yazı məhz sizin üçündür.

Yaşıl tuş
Yaşıl rəng tuşlar arasında ən mübahisəli rəng olsa da, qorxmaq lazım deyil. Bu mövsüm biz bu rəngli tuşlar ilə makiyaja daha çox Dior-un yaz-yay kolleksiyasının təqdimantında rast gəldik. Modellərin kirpikləri əsl yaz yaşıllığını xatırladırdı. Onların kipriklərindəki tuşlar parlaq yaşıl rəngdə olsa da, gündəlik üçün tünd yaşıla üstünlük verməlisiniz.

Necə istifadə edilməli
Yaşıl rəngli tuş qəhvəyi çalarlarla yaxşı gedir. Bu, ya qəhvəyi rəngli göz kölgəsi, ya qələm və yaxud da ki, eyeliner ola bilər. Diqqət etməlisiniz ki, mütləq tuşunuz tünd rəngli olsun.

Arzuolunan göz rəngi
Yenə də, qəhvəyi rəngli gözlər yaşıl tuşlar üçün ən idealıdır. Qəhvəyi rəngli gözlərinizə yaşıl rəngli tuşlarınızı çəkdikdə gözləriniz açıq qoz və ya fındıq rəngində olacaq. Eyni zamanda baxışlarınız daha parlaq və ifadəli təsir bağışlayacaq.

Lilac və Bənövşəyi tuş
Lilac və bənövşəyi rəngli tuşlar “payız” çalarları olan qızlara daha çox yaraşır: qızılı və ya şabalıdı saçlarla mükəmməl kontrast yaradır.

Necə istifadə edilməli
Bənövşəyi çalarda olan tuşu kipriklərinizə çəkmək üçün öncədən onları kiprik şəkilləndirici ilə düzəldin və daha sonra 2-3 qat tuşu çəkin.

Arzuolunan göz rəngi
Yaşıl və ya mavi rəngli gözlər bu tuşlar üçün idealdır. Lilac rəngində olan tuş yaşıl gözləri daha da vurğulayır, mavi gözlərə isə xüsusi çalar qatır. Eyni zamanda qəhvəyi rəngli gözləri olan xanımlar bənövşəyi rəngli tuş istifadə etsələr onların gözlərinin rəngi bir az maviyə çalacaq.

Mavi tuş
Mavi rəng neytral rəng olduğundan demək olar ki, bütün brendlərin kolleksiyalarında yer alır. Və buna görə də, onunla kipriklərinizə həcm vermək istəsəniz diqqətli olun ki, ucuz vasitə gözlərinizə zərər verə bilər.

Necə istifadə edilməli
Mavi və göy rəngli tuşlarla heç bir karandaş, eyeliner istifadə etmədən gündəlik lakonik, gözalıcı makiyaj edə bilərsiniz. Sadəcə göz qapaqlarınızı əsas və bej rəngli kölgə ilə vurğulayın, sonra isə mavi tuşunuzu kipriklərinizə çəkin. İkinci variant isə mavi rəngli tuşla gecə makiyajı etməkdir. Bunun üçün sizə mükəmməl “smoky eyes” və mavi tuş lazımdır. Gecə makiyajınızda mavi rəngli tuşdan və “smoky eyes”dan istifadə edəcəksinizsə sizə nəm təsiri bağışlayan (vamp) makiyaj daha uyğun olar.

Arzuolunan göz rəngi
Mavi rəng tuşla yenə də, qəhvəyi rəngli gözlər idealdır. Bu rəng gözlərin rəngini boz çalara yaxınlaşdıracaq.


Şərhlər: 17
Baxılıb: 528
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fidan ALYEVA
Sitat: ___Jasmin___
Istfade etmirem amma zenimce qara daha da qeseng olar

Yeqin ki
4 avqust 2016 20:07
# 17
.O.F.S.
MODABAZ
Bırce goy tuj daha gozeldııı
1 avqust 2016 19:32
# 16
Heyata daim gulmek lazimdii
narmiwka_15
menim xowum gelmir rengli tuwlardan
27 iyul 2016 20:54
# 15
Be Happy))
___Jasmin___
Istfade etmirem amma zenimce qara daha da qeseng olar
26 iyul 2016 14:10
# 14
I remained behind now the mother of 14 spring -Big

Fialka
Əsasən qara rəngə üstünlük verirəm amma bu rəngli tuşlar iki cür olur hansı ki, bəziləri məxməridir yalnız günəş işığında rəng seçilir bəziləridə var ki, qabarıq formada rəng hiss olunur ki, bunu da heç sevmirəm).
26 iyul 2016 14:09
# 13
S.Heydarova
Yalnız qara tuş istifadə edirəm
26 iyul 2016 12:36
# 12
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Nur Melikzade
Men cox sevirem rengli tuwlari.
25 iyul 2016 23:43
# 11
İmza
YalniZ-ArZu
Birinci wekildeki qizin gozlerin vurub goyerdibler ele bil,ne pis gorunur bu reng tuw:)))
Goy tuwdan istifade etmiwem,ancaq indi secimim qaradi.Mence kiprik qara olar,suni renglemeyin ne menasi var?
25 iyul 2016 22:52
# 10
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Cindrella
Daha cox sadeliye onem verdiyimden istifade etmirem.
25 iyul 2016 22:39
# 9
Zuxa
Qara ve goy tyslardan istifade edirem
25 iyul 2016 21:20
# 8
Balacam
Bir ara maragim variydi ama indi cox vaxt tuwdan istifade etmirem.qoy nefes alsinlar.cox surtmek ziyandi.toya gedende vururam.renglileride qoymuwam elede qalib birdefe istifade ermiwem goyden yawila el vurmadim bele.ama deliyemde gordumse istifade etmesemde almaliyam
25 iyul 2016 20:44
# 7
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
vipbetul
bir tus rengi olar o daki qarada
25 iyul 2016 19:17
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Angel
menim birdene var yawil renginde ele termodada qalib hec vurmuram
25 iyul 2016 19:13
# 5
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
BARBI
Mende rengli tuslardan cox istifade edirem. En cox benovseyi ve mavi tuslardan istifade edirem
25 iyul 2016 19:09
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Onun_Mələyi
Rengli tuşları sevmirem.ama gözlərim açıq qehveyidir deye yarasir mene.yalnız qara rengden istifade edirem.suslu
25 iyul 2016 18:59
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
Barbaris
xowlamiram rengli tuw istifade de etmirem
25 iyul 2016 18:41
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Gülüş.
Rengli tuslari sevmirem
25 iyul 2016 18:35
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz