Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi
Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 618
Səs ver:
Mat dodaq boyaları bir neçə mövsümdür ki, dəbdən çıxmır. Bu yaz və yay mövsümündə isə məşhurluğun zirvəsindədir. Amma yenə də, bəzi xanımlar vizual olaraq dodaqlarını nazik göstərdiyindən mat dodaq boyasının istifadəsindən uzaq gəzirlər. Bütün bu komplekslərinizi nəzərə alıb biz sizə müxtəlif formalı dodaqlarda mat dodaq boyasının düzgün şəkildə istifadə edilmə yollarını təqdim edirik.

Nazik dodaqlar
Belə bir inanc yaranıb ki, mat dodaq boyası nazik dodaqları daha da nazik göstərir. Əslində isə bu, belə deyil! Sadəcə məhsulu düzgün tətbiq etmək lazımdır:
1. Vizual olaraq nazik dodaqları böyük göstərməyin sirri: dodaq boyası ilə eyni çalarda olan dodaq qələmilə dodaqları konturlamaq lazımdır. Hətta yumşaq şəkildə dodaqların səthindən bir az kənara da çıxmaq olar.
2. Dodağınızın üstü hissəsinə bir az haylayter tətbiq edin. Bu üsul sizə dodaqlarınızın həcmini böyük göstərməyə kömək edəcək.
3. Nəhayət, dodaq boyasının tətbiqinə gəldik çatdıq. Bunun üçün giləmeyvə çaları olan “Şirin çəhrayı” dodaq boyasını seçib, dodaqlarınıza vurğulayın.

Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi
Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi

Assimmetrik dodaqlar
Dodaqlarınız yüngülvari assimmetrikdirsə bu, mat dodaq boyasından imtina üçün əsas səbəb deyil. Sadəcə dodaq qələmi haqqında unudun. Bir sözlə ki, müasir dəb qaydaları da icazə verir ki, dəqiqlikdən uzaqlaşın. O zaman dəqiq dodaq make-up- ı üçün dodaq qələmi mütləq deyil. Azca dodaq boyası dağılmış təsiri bağışlayan dodaqlar daha cazibəli görünüş bəxş edir.
1. “Giləmeyvə kokteyli” çalarında seçilmiş mat dodaq boyası ilə əvvəlcə bir qat şəkildə dodaq boyasını dodaqlarınıza tətbiq edin.
2. Yavaşca salfeti öpün, sonra az-maz pudra çəkin və dodaq boyasını ikinci dəfə çəkin.
3. Dodaqlarınızın orta hissəsinə diqqət edin: bura daha dolğun olmalıdır. Bunun üçün dodağınızın orta hissəsinə bir az da tünd çalarlı dodaq boyası tətbiq etmək lazımdır. Bu üsul dodaqlara həcm verməklə onu daha cazibəli edir.

Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi
Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi

Dolğun dodaqlar
Əgər sizin dolğun dodaqlarınız varsa o zaman onları parlaq rənglərlə boyamağa çəkinməyin. Əksinə siz şanslı xanımlardansınız.
1. Əvvəlcə dodaqlarınızı konturlayın.
2. Nazik bir fırça ilə dəqiqliklə boyanı dodaqlarınıza çəkin. Bunun üçün qırmızı çalarlı dodaq boyası yerinə düşər.
3. Əgər konturu dəqiq tətbiq etməmisinizsə və ya da boya konturdan kənara çıxıbsa dodaq boyasını silməyə tələsməyin. Sadəcə yaxşı örtücüdən istifadə edin. Örtücünü bir fırça və ya pambıq köməyilə konturun pozulduğu hissələrə tətbiq edin. Budur, qüsursuz dodaq makiyajınız hazırdır!

Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi
Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi


Şərhlər: 10
Baxılıb: 618
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Onun_Mələyi
Duduwlarin hem ince hemde biraz dolqundur.sifetme yarawir yani...qirmizi pomadani severek istifade edirem.1-ci duduwlarma yumwaldici krem,2-ci azacix tanalika ve ya kalektir,3-duduw etrafna kalektir(aq qelem dodaq ucun)4-cu kontur,5-ci pomadani tedbiq edirem .bu usul duduwlarin hem celbedici,pomadinin daha cox qalmasina ve duduwlarin daha dolqun qorunmesine komey edir....twk...melumat ucun.
19 iyul 2016 00:45
# 10
Bir duam var,səndən amin gözləyirdua09123
Nur Melikzade
Menim dodaqlarim dolgundu.Mat dodaq boyalarindanda seve -seve istifade edirem.
18 iyul 2016 23:31
# 9
İmza
rəmsə
Mən də eynən birinci üsüldan istifadə edirəm,haylayter vazgeçilməzimdir,dodağımın üst hissəsində və üzümün bəzi yerlərində.
18 iyul 2016 23:12
# 8
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
vipbetul
pamada xoslayanlar oxusun
18 iyul 2016 21:49
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gülüş.
Dodaqlarim bir az dolgundu dodaq boyasindan yerinde istifade edirem
18 iyul 2016 19:48
# 6
MODABAZ
Menım dodagım ıncedı amma helekı makyaj ıstıfade etmırem
18 iyul 2016 19:44
# 5
Heyata daim gulmek lazimdii
___Jasmin___
Menimde dodagim dolgundu sonuncu kimi ele onanda dolgundu ama pomadadan isstifade etmirem hele yasim balacadi
18 iyul 2016 19:14
# 4
I remained behind now the mother of 14 spring -Big

BARBI
Menim ust dodagim ince alt dodagim dolgundur. Dodaq boyasinnan duzgun istifade edirem.
18 iyul 2016 18:55
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
HAPPY_EYES
axirincisi iyrenc gorunur
18 iyul 2016 18:55
# 2
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
narmiwka_15
mende dolgundu ama ehtiyac yoxdu helem
18 iyul 2016 18:01
# 1
Be Happy))
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz